Icma.az
close
up
RU
Həmin sənət adamları polis idarəsində məndən üzr istəyiblər

Həmin sənət adamları polis idarəsində məndən üzr istəyiblər

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan bir neçə gün əvvəl avtomobilini satdığını, hazırda taksilərdən istifadə etdiyini deyib. 

Axşam.az-a açıqlama verən müğənni bunun səbəbini açıqlayıb. O bildirib ki, maaşınına görə çox cərimələr ödəyib:

"Çox köhnəlmişdi, 2003-cü ilun maşınıdır. Bu yaxınlarda isə xarab oldu, qaldım yolda. Ustaya aparanda dedi ki, köhnədir, artıq dəyişdirməlisən. Yenisini alacağam, hələ düşünürəm. Çoxlarını düşündü ki, borca görə satmışam, yox. Həm də maşın məni çox xərcə salırdı. Mən 2, 3, hətta 5 min manat cərimə ödəyirdim. Bütün qazancım cərimələrə gedirdi. Taksidə gəzmək mənəsərf edir. Həm də taksi sürücülərini məlumatlandırıram. Onların Azərbaycan musiqisindən xəbərləri yoxdur. Oturub ən yazıq mahnılara qulaq asırlar. Onlara əsl musiqimizi dinləməyi öyrədirəm.

Millət vəkilərimizə səslənirəm ki, taksilərlə bağlı başqa müzakirəyə fikir versinlər. Ölkəyə gələn turistlər taksiyə minir. Onlar turistlərə əsl Azərbaycan musiqisi dinlətdirməlidirlər". 

E.Seyidcahan bir müddət əvvəl ATV kanalını məhkəməyə verməsindən söz açıb. O bildirib ki, tək kanalı yox, bir neçə sənət adamını da polisə şikayət edib:

"ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcəklər. Onları bağışlamaram. Onlar tək məni yox, mənə ad verənləri təhqir edirlər. Mənim şeirlərimi başa düşməyə bilərlər. Amma onu təhqir etmək olmaz. 

Bir çox sənət adamını da polisə şikayət etmişəm. Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam. Amma bəzilərini bağışlamadım və məhkəmə prosesi gedir".

Qeyd edək ki, E.Seyidcahan şeirinin kanalda verilişlərdən birində təhrik edildiyini deyərək, onları məhkəməyə verib. 

Seyidcahan eyni zamanda meyxanaçı Vüqar Əbdülovu da məhkəməyə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri