Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Həmişəlik yox ola biləcək 10 it cinsi

Həmişəlik yox ola biləcək 10 it cinsi

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dalmatin, uzun tüklü kolli və bobteyl də daxil olmaqla bir neçə məşhur it cinsi yox olmaq təhlükəsi ilə üz-üzədir. Bir vaxtlar geniş tanınan və böyük populyarlıq qazanan bəzi it cinsləri bu gün sürətlə əvvəlki mövqelərini itirir. İnsanlar getdikcə daha çox məşhur ev heyvanlarına və ya xüsusi seleksiya yolu ilə yaradılmış dizayner cinslərinə üstünlük verirlər. Nəticədə nadir Britaniya və İrlandiya mənşəli itlər diqqətdən kənarda qalır, onların sayı azalır və bəzi cinslər ciddi risk qrupuna düşür.

Lent.az bu 10 it cinsini təqdim edir:

Böyük Britaniyanın Royal Kennel Club təşkilatı bu cinslərin bir neçəsini həssas yerli cinslər kateqoriyasına daxil edib. Siyahıda kino, reklam və çoxəsrlik tarixi sayəsində məşhurlaşan itlər də var.

Bloodhound

İri, sallanan qulaqları olan bu ov iti ilk növbədə son dərəcə güclü iybilmə qabiliyyəti ilə tanınır. Bloodhound cinsindən yalnız ovçuluqda deyil, insanların axtarışında da istifadə olunub. Lakin hazırda bu cinsin populyarlığı ciddi şəkildə azalır. 2025-ci ildə Böyük Britaniyada cəmi 5 Bloodhound balası qeydiyyata alınıb. Son 10 ildə qeydiyyatların sayı 90,6 faiz azalıb.

Otterhound

Otterhound ən nadir Britaniya it cinslərindən biri hesab olunur. Tarixən bu itlər su samuru ovlamaq üçün istifadə edilib. Cins XIX əsrdə İngiltərənin şimal-qərbində formalaşıb. Hazırda bütün dünyada təxminən 600 Otterhound olduğu bildirilir. 2025-ci ildə Böyük Britaniyada cəmi 10 bala qeydiyyata alınıb.

Sussex Spaniel

Bu cinsin tarixi bir neçə əsrə gedib çıxır. Sussex Spaniel haqqında ilk rəsmi təsvir 1795-ci ildə İngiltərənin eyniadlı qraflığında verilib. Bu gün cinsin vəziyyəti ürəkaçan deyil. Ötən il Böyük Britaniyada cəmi 15 Sussex Spaniel balası qeydiyyata alınıb.

Curly-Coated Retriever

Bu retriver cinsi daha məşhur Labrador Retriever və Golden Retriever ilə qohum hesab olunur. Buna baxmayaraq, qeydiyyat sayına görə onlardan xeyli geri qalır. 2025-ci ildə Böyük Britaniyada cəmi 25 Curly-Coated Retriever balası qeydiyyata alınıb. Son on ildə bu cinsə maraq 69,9 faiz azalıb.

Soft Coated Wheaten Terrier

Siyahıda yer alan yeganə teryer cinsi də populyarlığın kəskin azalması ilə üzləşib. Son 10 ildə qeydiyyatların sayı 71,8 faiz azalıb. 2016-cı ildə 326 it qeydiyyata alınmışdısa, 2025-ci ildə bu göstərici cəmi 92 olub.

Bobtail

Old English Sheepdog kimi də tanınan bobteyl it cinslərinə maraq göstərməyən insanlara belə yaxşı tanışdır. Uzun illər bu tüklü it Dulux boyalarının reklam simvolu kimi məşhur olub. Lakin bu tanınmışlıq belə cinsi populyarlıq itkisindən qoruya bilməyib.

2025-ci ildə Böyük Britaniyada cəmi 218 bobteyl qeydiyyata alınıb.

Uzun tüklü kolli

Şotlandiya mənşəli bu çoban iti dünyada əsasən Lassie obrazı ilə məşhurlaşıb. Personajın böyük populyarlığına baxmayaraq, cinsin özünün qeydiyyat göstəriciləri azalır. 2025-ci ildə Böyük Britaniyada 345 uzun tüklü kolli balası qeydiyyata alınıb. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə təxminən iki dəfə azdır.

Dalmatin

Dalmatinləri az tanınan it cinsləri sırasına aid etmək mümkün deyil. Onların xallı görünüşü bu cinsi dünyanın ən məşhur itlərindən birinə çevirib. Buna baxmayaraq, Dalmatinlərin də populyarlığı tədricən azalır. Son 10 ildə qeydiyyatların sayı 32 faiz azalaraq 2025-ci ildə 743-ə düşüb. 2021-ci ildə Böyük Britaniyada 1662 Dalmatin qeydiyyata alınmışdı. Bu göstərici ilə müqayisədə azalma 55 faizdən çoxdur.

Irish Water Spaniel

Bu qeyri-adi cins İrlandiyanın doqquz yerli it cinsindən biridir. Öz vətənində ona bəzən “bataqlıq iti” də deyilir. Son 10 ildə qeydiyyatların sayı 42 faiz azalıb. 2016-cı ildə 69 bala qeydiyyata alınmışdısa, 2025-ci ildə bu rəqəm 40-a düşüb.

Greyhound

Greyhoundlar sürətləri və zərif bədən quruluşları ilə məşhurdur. Buna baxmayaraq, bu cinsdən olan rəsmi damazlıq itlərin sayı azalmaqda davam edir. Böyük Britaniyanın parklarında rast gəlinən Greyhoundların əksəriyyəti rəsmi damazlıq xətlərdən gələn balalar deyil, keçmiş yarış itləridir. Son 10 ildə qeydiyyatların sayı 75,6 faiz azalıb. 2016-cı ildə 41 Greyhound qeydiyyata alınmışdısa, 2025-ci ildə onların sayı cəmi 10 olub. Qeydiyyatların azalması bu cinslərin yaxın gələcəkdə tamamilə yox olacağı demək deyil. Bununla belə, statistika göstərir ki, sahiblərin marağı daha populyar cinslərə yönəldikdə hətta çox məşhur itlər belə həssas vəziyyətə düşə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri