Həmkarımız Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi nin fəxri üzvü seçilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) İdarə Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, Aztibb.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova AQDİM-in fəxri üzvü seçilib.
O, irsi qan xəstəliyindən əziyyət çəkən insanlara və ümumilikdə qan donorluğunun inkişafında mütəmadi olaraq göstərdiyi diqqətə görə bu ada layiq görülüb.
Qeyd edək ki, AQDİM-in əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qanvermə aksiyaları və bu yöndə təbliğat xarakterli tədbirlər "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Aprel 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















