Icma.az
close
up
RU
Həmkarlar ittifaqları iqlim dəyişikliyi ilə mübarizədə birləşdi FOTO

Həmkarlar ittifaqları iqlim dəyişikliyi ilə mübarizədə birləşdi FOTO

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Modern.az-ın məlumatına görə, Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində təşkil olunan tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl keçid” prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. “Ədalətli keçid” prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, “yaşıl iqtisadiyyat”a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.
İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT “ədalətli keçid” yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.

Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria “Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu” mövzusunda təqdimatla çıxış edib.

Sonra “İqlim dəyişikliyi və əmək dünyası” mövzusunda panel müzakirələr aparılıb.
Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri