Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Rusiyadan miqrantları üzən QƏRAR

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Hər bir halda hədəf, özgüvən və məsuliyyət əsas amillərdir

Hər bir halda hədəf, özgüvən və məsuliyyət əsas amillərdir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan azərbaycanlı tələbə Vüsal Hümbətzadə öz təəssüratlarından danışıb. Newscenter.az müsahibəni təqdim edir:
-Vüsal bəy, əvvəlcə özünüz haqda məlumat verərdiniz
-Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam. Bu il isə İsveçrənim Sürix Universitetinə qəbul olmuşam.
-Sizi digər tələbələrdən fərqləndirən nədir?
-Təhsil aldığım müddət ərzində həm müxtəlif lahiyələrdə və tədbirlərdəki iştirakım, həm akademik, həm də sosial göstəricilərimin yüksək səviyyədə olması mənimdə digər tələblərdən seçilməmin ən əsas göstəricilərindən biridir.
-Hazırda təhsil aldığınız universitet və ixtisasınız barədə fikirlərinizi bilmək istərdik
- Öz vəsaitim hesabına xaricdə təhsil üçün müraciət edərkən akademik baxımdan inkişaf edəcəyim, faydalanacağım, gələcəkdə tətbiq edə biləcəyim bir təcrübə qazanacağım, eləcə də nəzərdə tutduğum ixtisas və tədris komponentlərini özündə birləşdirən dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağı qarşıma məqsəd qoydum. Nəticə etibarilə, dünya reytinq siyahısında 7-ci yerdə qərarlaşmış İsveçrənin Sürix universitetinə qəbul oldum
-Həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?
-Hər bir halda hədəf, özgüvən və məsuliyyət əsas amillərdir. İsveçrəyə gəlmək çətin deyil. Amma daha öncədən xaricə gedəcəyinin, başqa bir xalqın qonağı olacağının fərqinə varmaq gərəkdir. Yerli əhalinin dilinə, mədəniyyətinə, qanunlarına və seçimlərinə hörmət şərtdir.Yaşamaq üçün seçdiyin ölkəni ikinci vətənin kimi qəbul etməlisən ki, o ölkəyə daha tez uyğunlaşa biləsən. Ona görə də nəinki İsveçrədə, ümumiyyətlə, istənilən xarici ölkədə təhsil almaq və yaşamaq istəyən həmvətənlərimizə tövsiyyə odur ki, ilk növbədə həmin ölkənin haqqında geniş araşdırma aparsınlar. İqlim, sosial mühit, mədəniyyət və bir çox faktorları dəfələrlə diqqətlə nəzərdən keçirsinlər.
-Universiteti dönəmində müəllimlərin gözündə necə bir tələbə idiniz?
-Düşünürəm ki, bu sualı müəllimlərimin cavablandırmağı daha uyğun olardı. Onu deyə bilərəm ki, universitet dönəmindən aktiv tələbə olmağa çalışmışam. Məqsədim hər zaman universitetimin adını ucaltmaq idi. Universitet vaxtları bir çox yarışlara və müsabiqələrə qatılıb bir çox nailiyyətlər əldə etmişəm.
-Şəxsi inkişaf üçün hansı üsullardan istifadə etdiyinizi deyə bilərsiniz?
- Düşünürəm ki, şəxsi inkişaf üçün ilk olaraq yeniliklərə açıq olmalısan və düzgün ətraf seçməlisən. Düzgün ətrafın olması çox vacibdir. Çalışıram ki, ətrafımdakı insanlar da hər zaman öz üzərlərində işləsin.
-Özünüzü necə bir tələbə kimi təsvir edərdiniz?
- Düşünürəm ki, mənim özümü təsvir etməyim doğru olmaz, çünki mənimlə bağlı ən dəqiq fikri müəllimlərim irəli sürə bilər. Mən doğru hesab etdiyim yolla irəliləyirəm və yanlışlarımı görəndə düzəltməyə çalışıram. Əgər doğru bildiklərim içərisində yanlışlar olarsa, bunu müəllimlərim daha dəqiq deyə bilər.
-Bu qədər istedadlı tələbə olmağı nəyə və kimə borclusunuz?
- İsedadlı tələbə olmağımı təbii ki, öncə ailəmə borcluyam. Valideynlərim hər zaman mənim təhsilimə dəstək olurlar. Bundan əlavə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev başda olmaqla müəllimlərimə böyük minnətdarlığımı bildirirəm ki, onlar bizim uğur əldə etməmiz üçün mühüm addımlar atırlar.
-Gün ərzində sosial şəbəkələrdən nə qədər istifadə edirsiz?
- Sosial şəbəkələrdən sadəcə məlumat almaq, paylaşmaq və işlərim üçün istifadə edirəm.
-Könüllü fəaliyyətlərinizdə ən çox yadda qalan hadisə nə olub?
- Mən 30-dan çox könüllü təşkilatlarda fəaliyyət göstərmişəm. "Ədliyyə könüllüləri", "Bir könüllü", "Miqrasiya könüllüləri", "Diplomatiya könüllüləri" və s. ADU-da isə “Gənc politoloqlar qurumu”nun sədri olmuşam. Könüllü fəaliyyətimdə ən yadda qalan hadisə Elm və təhsil naziri Emin Əmrullayevin və Baş Nazir Əli Əsədovun aktiv könüllü fəaliyyətimə görə mənə sertifikat və fəxri fərmanla təltif etmələri olub. Eyni zamanda "Diplomatiya könüllülərində" Ayxan Hacıyevin mənə arayış verməsi ən yadda qalan hadisələrdən biri olub.
-Gələcəkdə daha hansı uğurlara nail olmaq istəyərdiniz, ümumiyyətlə hədəfiniz nədir ?
- Gələcəkdə diplomatiya sahəsində fəaliyyət üçün hazırlaşıram. Ən böyük hədəfim və arzum Azərbaycanı siyası arenada təmsil edə biləcək bir diplomat olmaqdır. Bunun üçün əlimdən gələni etməyə çalışıram. Uğurlar biz çalışdıqca əldə olunur. Ona görə də, öz üzərimizdə düzgün işləməliyik. Təhsilimi alıb vətənə geri döndükdən sonra da ən başlıca hədəfim əldə etdiyim bilik, bacarıq və təcrübələri maksimum tətbiq edə biləcək bir peşəkar mühitdə çalışaraq bilavasitə ölkəmə və cəmiyyətimə faydalı olmaqdır. İştirak edəcəyim mötəbər tədbirlər və gələcək peşəkar fəaliyyətim ilə Azərbaycanı davamlı olaraq beynəlxalq müstəvidə təmsil etmək və haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq həmişə ən böyük amalım olaraq qalacaq.
Aydan İbrahimli
Newscenter.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:354
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see890

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see384

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see303

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see220

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see212

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see209

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see202

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see202

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see199

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see193

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see189

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see188

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see184

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see181

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see180

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see173

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see170

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see169

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri