Icma.az
close
up
RU
Hər bir meyvə tərəvəz öz mövsümünə görə kodlaşdırılıb EKSPERT RƏYLƏRİ

Hər bir meyvə tərəvəz öz mövsümünə görə kodlaşdırılıb EKSPERT RƏYLƏRİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İstixana şəraitində və açıq təbiətdə yetişdirilən meyvələrin oxşar və fərqli cəhətləri, eləcə də insan orqanizminə xeyri və zərəri nələrdir? SİA mövzu ilə əlaqədar ekspertlərin fikirlərini öyrənib.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: "Təbiətin öz mövsümündə yetişdirdiyi meyvə və tərəvəzlər insan orqaniziminə daha faydalıdır və daha çox lazımdır. Çünki hər bir meyvə və tərəvəz öz mövsümünə görə kodlaşdırılıb. Məsələn, heyva qış meyvəsidir. Heyvanın bronxlara və öskürəyə faydası çoxdur. Nəzərə alsaq ki, insanlar qışda daha çox xəstələnirlər. İstixanalar məcburiyyət qarşısında olmalıdır. Çünki insanlar artıq meqopolis həyata öyrəşiblər. Hazırda əkinçilik kəndlərdə o qədər də yaxşı deyil. Fərdi təsərrüfatlar aşağı səviyyədədir. Ona görə də milyonlarla insan Bakı şəhərində yaşayır ki, bu insanları da qida ilə təmin etmək lazımdır. Meyvə və tərəvəzlərə ehtiyac var ki, ilboyu istixanalar bunu təmin etməlidirlər. Təbii ki, mövsümündə yetişən meyvə və tərəvəzin faydaları daha çoxdur".

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: "Meyvə-tərəvəzlər insan orqanizmini vitamin və minerallarla təmin edən, eyni zamanda lifli qida məhsulu hesab olunur. Sağlamlıq üçün çox faydalıdır. Mövsümündə təbii şəkildə yetişdirilən meyvə-tərəvəzlər daha çox faydalıdır. Artıq son dövrlərdə istixana şəraitində də meyvələr yetişdirilir ki, onun üstünlükləri ilə yanaşı zərərləri də var.

İstixana şəraitində yetişdirilən meyvələr iqlimə və fəsillərə bağlı olmadan ilin hər fəslində yetişdirilir. Burada süni istilik və yaxud da rütubət lazımdırsa, bunlar insan tərəfindən tənzimlənərək meyvə-tərəvəzə uyğun şəkildə verilir. Ziyanvericilərə qarşı istifadə olunan pestisitlər, herbisitlər və sürətli böyümə üçün istifadə olunan gübrələr və digər kimyəvi maddələr onun həm dadında, həm tərkibində müəyyən dəyişiklərə gətirib çıxardır. Əgər bu qeyri-peşəkar şəkildə istifadə olunubsa, bu zaman kimyəvi maddələrin miqdarı çox olduğundan meyvələr və tərəvəzlər daha çox toksin maddələr yığır. Antioksidant səviyyəsi istixana şəraitində yetişdirilən meyvə tərəvəzlərdə olmur.

Açıq havada, təbii şəkildə öz mövsümündə yetişən meyvələrin dadı, qoxusu digərlərinə nisbətən daha faydalı olur. Lakin bunların hər biri fərqli ölçüdə, rəngi günün işığına görə bəzi yerləri daha tünd, bəzi yerləri daha açıq olsa da daha faydalıdır. Amma istixana şəraitində olanda hər biri daha gözoxşayan, daha parlaq, eyni ölçüdə, eyni formada olur. Ümumi götürsək, hər biri orqanizmi liflərlə, maye ilə təmin edən qida məhsuludur".

Müəllif: Nuray Paşşanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri