Icma.az
close
up
RU
Hər evdə var, lakin qadağan edilə bilər Vətəndaşları gözləyən yeni risk

Hər evdə var, lakin qadağan edilə bilər Vətəndaşları gözləyən yeni risk

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər üzərlik bitkisi ilə bağlı həm sosial şəbəkələrdə, həm də mediada geniş müzakirələr aparılır. “Peganum harmala” – xalq arasında “üzərlik”, “qarmala” kimi tanınan bu bitki tərkibində psixoaktiv təsir göstərən alkaloidlərin olması səbəbindən bir sıra ölkələrdə nəzarətə götürülüb. Xüsusilə Rusiya Federasiyası bu bitkini narkotik tərkibli bitkilər siyahısına daxil edib. Bu isə xaricə səfər edən vətəndaşlar üçün hüquqi risklər yaradır və mövzunu aktuallaşdırır.

Azərbaycanda üzərliklə bağlı hüquqi tənzimləmələrin sərtləşdirilməsinə ehtiyac varmı, yoxsa mövcud qaydalar kifayətdir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, üzərlik bitkisinin tərkibində olan harmalin, harmalol və digər harman alkaloidləri elmi baxımdan psixoaktiv təsirə malik maddələr kimi tanınır:

“Bu maddələrin farmakoloji və neyropsixoloji təsiri sübut edildiyindən, bəzi dövlətlər, xüsusən Rusiya onları narkotik və ya psixotrop maddələrlə eyni hüquqi müstəvidə tənzimləməyə başlayıb. Bu da region ölkələri üçün presedent xarakteri daşıyır. Məsələ yalnız tibbi və ya etnobotaniki deyil, həm də hüquqi-siyasi qiymətləndirmə tələb edir. Burada mövcud qanunvericilik, beynəlxalq öhdəliklər və insan hüquqları aspekti birlikdə nəzərə alınmalıdır. Cinayət Məcəlləsi (CM) və İnzibati Xətalar Məcəlləsi psixoaktiv maddələrlə bağlı məsuliyyəti müəyyən edir. Hazırda üzərlik birbaşa narkotik bitki kimi təsnif edilməyib. Lakin tərkibindəki psixoaktiv alkaloidlər səbəbindən CM-nin 234-235-ci maddələri üzrə məsuliyyət yarana bilər. Bu isə hüquqi qeyri-müəyyənlik və vətəndaşların yanlış məlumatlandırılması riskini artırır”.

Ellada Bayramova

Hüquqşünasın sözlərinə görə, tibbi və elmi istifadəyə nəzarəti təmin edən mexanizmlər olsa da, ənənəvi xalq təbabəti kontekstində aydın tənzimləmə mövcud deyil:

“Azərbaycan bir sıra beynəlxalq hüquqi aktlara qoşulub. 1961-ci il Narkotik Vasitələr haqqında Vahid Konvensiya narkotik vasitələrin istehsalı və dövriyyəsinə nəzarət öhdəliyi yaradır. 1971-ci il Psixotrop Maddələr Konvensiyası psixoaktiv maddələrin nəzarət altına alınmasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu qoruyur. 2003-cü il UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyası isə ənənəvi və mədəni praktikaların müdafiəsini nəzərdə tutur. Bu sənədlər psixoaktiv maddələrin elmi və tibbi məqsədlərlə istifadəsinin nəzarət altında saxlanmasını, eyni zamanda mədəni və ənənəvi istifadə ilə bağlı hüquqi balansın qorunmasını tələb edir.

Üzərlik bir çox bölgələrdə xalq təbabəti və mədəni ritual elementi kimi istifadə olunur. Hüquqi qiymətləndirmə zamanı ənənəvi tibbi istifadənin qorunması, sağlamlıq üçün riskli dozalara yol verilməməsi, mədəni irsin müdafiəsi və qanunsuz dövriyyə ilə ənənəvi istifadənin dəqiq fərqləndirilməsi nəzərə alınmalıdır”.

Ellada Bayramova qeyd edib ki, vətəndaşlar üçün əsas risklər xarici ölkələrdə fərqli hüquqi tənzimləmələrin tətbiqi və sosial şəbəkələrdə psixoaktiv maddələrlə bağlı paylaşımların hüquqi məsuliyyət doğura bilməsidir:

“Qanunvericilikdə psixoaktiv maddələrlə bağlı ümumi normalar mövcud olsa da, üzərliklə bağlı açıq təsnifatın olmaması hüquqi qeyri-müəyyənlik yaradır. Nəticə etibarilə, üzərlik məsələsi hüquqi, tibbi, mədəni və beynəlxalq standartlar baxımından kompleks yanaşma tələb edir. Mövcud qanunvericilikdə boşluqların aradan qaldırılması, nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ənənəvi və tibbi istifadəyə dair hüquqi çərçivənin dəqiqləşdirilməsi, vətəndaşların məlumatlandırılması zəruridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Fevral 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri