Hər il bu ürəkparçalayan yeri xatırlamalıyam? Məşhur Çin şairindən həyat yoldaşına
Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Sonq Xanədanlığı dönəmində (XI əsr) yaşamış çinli şair, rəssam, dövrünün tanınmış elm və dövlət xadimi Su Şinin doğum günüdür.
Kulis.az bu münasibətlə onun "Birinci ayın 20-ci gecəsində vəfat etmiş həyat yoldaşımı yuxuda görərkən" şeirini sətri tərcümədə təqdim edir.
On ildir ki, dirilərlə ölülərin arasına sonsuz bir məsafə düşüb,
Onu tez-tez xatırlamıram,
amma unutmaq da mümkün deyil...
Onun tənha məzarı min li uzaqdadır,
harada torpağa tapşırıldığını belə deyə bilmirəm.
Yenidən qarşılaşsaq belə,
bir-birimizi tanıya bilmərik.
Üzüm toz-torpaq içində qalıb,
gicgahlarımdakı saçlarım qar kimi ağarıb.
Dərin gecədə qəfil bir yuxu
məni yenidən doğma yurduma qaytarır.
O, balaca pəncərənin önündə oturub,
libasını düzəldir, üzünü bəzəyir.
Biz bir-birimizə baxırıq,
bir kəlmə də demədən —
göz yaşları min sətirə çevrilir.
Məgər hər il bu ürəkparçalayan yeri xatırlamalıyam?
Gecənin səmasında ay parlaq işıq saçır,
çılpaq şam ağacları isə məzarı keşik çəkir...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 08 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















