Icma.az
close
up
RU
“Hər kəs ata ana ola bilər, valideyn olmaq isə fərqlidir” Psixoterapevt

“Hər kəs ata ana ola bilər, valideyn olmaq isə fərqlidir” Psixoterapevt

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar uşaqlara qarşı zorakılıq halları əksər hallarda öz yaxınları, hətta valideynləri tərəfindən törədildiyinin şahidi oluruq.

Məsələnin psixoloji tərəfləri ilə bağlı Metbuat.az-a açıqlama verən psixoterapevt Rövşən Nəcəfov bildirib ki, hər kəs ata-ana ola bilər, amma hər kəs valideyn ola bilmir:

“Övlad sahibi olmaq böyük məsuliyyətdir. Valideyn olmaq, şəxsiyyət yetişdirmək və gələcəyə sağlam fərdlər yetişdirmək deməkdir. Psixi sağlamlıq problemi olan insanlar övlad sahibi olmamalıdırlar. Cinayətkar bir şəxs yetişdirmək kiminsə haqqı ola bilməz. Zorakılıqla böyüdülən uşaqlar gələcəkdə cəmiyyətdə öz yerini tapa bilmirlər. Özünü tapa bilməyən insanlar isə başqalarının həyatına zərər verirlər. Valideyn olmaq, övladını gələcəyə hazırlamaq və ona doğru təhsil verməkdir. Hər kəs uşaq dünyaya gətirməməlidir. Uşaq dünyaya gətirmək istəyən cütlüklər, bu məsuliyyətə hazır olmalıdırlar”.

Rövşən Nəcəfov hesab edir ki, uşaq dünyaya gətirmək istəyən cütlüklər psixoloji konsultasiyadan keçsinlər. Ekspertin şərhinə görə, bu, utanılacaq bir şey deyil; əksinə, cəmiyyətin qəbul etməli olduğu bir yanaşmadır:

“Ata və ya ananın övladına zorakılıq etməsi, onların psixikasının sağlam olmamasının göstəricisidir. Mental sağlamlıq problemlərinə göz yummamaq lazımdır. Psixi pozuntuları olan insanların ailə həyatı qurması normal deyil. Evlənmək müalicə üsulu deyil. Formalaşmış və reallığı əks etdirməyən düşüncələr, insanların yanlış inanclarına çevrilir. "O vaxtı belə idi" kimi ifadələrlə sağlam düşüncə yarana bilməz. O vaxtı belə olduğu üçün indi də belə olmalıdır yanaşması həqiqəti əks etdirmir. Elə o vaxtı belə olduğu üçün indi də belə olma ehtimalı yaranıb. Uşaqları döyən insanlar, uşaqlığında döyülərək böyümüş şəxslərdir. Təfəkkür bu cür şəkildə inkişaf etmir”.

Ekspert qeyd edib ki, uşaqda hər hansı bir davranış pozuntusu müşahidə ediləndə, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir:

“Uşağı döyməklə tərbiyə etmək olmaz. İnsan, yalnız insanı döyərək onu daha da travmaya doğru apara bilər. Ümumiyyətlə, "O vaxtı belə idi" kimi ifadələrlə sağlam düşüncə olmur”, - deyə ekspert qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri