“Hər kəs ən pis ssenariləri masasının üzərində tutmalıdır” “İqtisadi resessiya riski yüksəkdir”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
“ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin qlobal iqtisadi resessiyaya səbəb olması riski xeyli yüksəkdir”.
“AzPolitika” bildirir ki, bunu iqtisadçı Rövşən Ağayev “Facebook” səhifəsində yazıb.
“Hazırkı şərtlərdə qlobal iqtisadi böhranın ən böyük zərbəsini iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələr alacaq”, - ekspert izah edib.
R.Ağayev hesab edir ki, dünya iqtisadiyyatında mümkün daralma enerji daşıyıcılarının qiymətlərini aşağı çəkəcək. “Orta və uzun müddətli dövrdə maliyyə bazarlarındakı çalxantılar aktivlərin dəyərsizləşməsi riski yaradır. Hər kəs ən pis ssenariləri masasının üzərində, gözünün qabağında tutmalıdır”, - iqtisadçı vurğulayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















