Icma.az
close
up
RU
Hər kəsə eyni fitrə düşmür Doğru hesablamanın yolu budur

Hər kəsə eyni fitrə düşmür Doğru hesablamanın yolu budur

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ramazan ayının bitməsinə sayılı günlər qaldıqca fitrə zəkatı ətrafında müzakirələr qızışır. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar.

Bəs fitrə zəkatı həqiqətən hamı üçün eyni olmalıdır, yoxsa hər kəs öz imkanına görə müəyyən etməlidir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Fərid Abdullah bildirib ki, fitrə zəkatı Fitr bayramı günü ehtiyacı olanlara verilməsi vacib olan bir ibadətdir və orucun kamilləşməsinə xidmət edir:

“Fitrə zəkatı Fitr bayramı günü fəqirlərə və ya müəyyən olunmuş yerlərə sərf edilməsi vacib olan bir maldır. Hədis mənbələrində fitrə zəkatının əhəmiyyətinə xüsusi yer verilib. Qeyd olunur ki, fitrə zəkatı orucun kamil olmasına səbəb olur.

Fəqihlərin rəyinə əsasən, fitrə zəkatı vermək yetkinlik yaşına çatmış, ağlı başında, ayıq vəziyyətdə olan, yoxsul və ya qul olmayan şəxslər verməlidir. Müsəlman alimləri bu mövzuda həmrəydirlər.

Belə şəxs həm özü, həm də onun himayəsində olan, yəni çörəyini yeyən hər bir şəxs üçün təqribən 3 kiloqram miqdarında buğda, arpa, xurma, kişmiş, düyü və ya bu qəbildən olan ərzaq verməlidir. Alternativ olaraq, bu məhsulların pul qarşılığını ehtiyacı olan şəxsə ödəmək də mümkündür”.

O əlavə edib ki, bu vəsait 8 müxtəlif istiqamət üzrə ehtiyaclı kateqoriyalara sərf oluna bilər:

“Bəzi fəqihlər fitrə zəkatının aşağıdakı 8 istiqamətdən birinə sərf edilə biləcəyini bildirirlər: Fəqirə, miskinə, zəkat toplayan şəxsə, zəkat verildiyi təqdirdə İslamı qəbul edəcək və ya müsəlmanlara kömək etmiş qeyri-müsəlmana, qul azad etməyə, borcunu ödəyə bilməyən borcluya, dinin ümumi mənafeyi üçün (məsələn, məscid və ya körpü tikintisi), səfərdə çətin vəziyyətdə qalan müsafirə”.

Fərid Abdullah söyləyib ki, fitrə zəkatının heyvanlara və qeyri-müsəlmanlara verilməsi məqsədə uyğun hesab olunmur:

“Bəzən sual olunur ki, niyə fitrə zəkatı heyvanlara və ya qeyri-müsəlmanlara verilmək məsələsi ön plana çəkilmir. İslamın əsas məqsədi müsəlman cəmiyyətinin rifahını təmin etməkdir və bu məqsədlə müəyyən sistem qurulub. Qeyri-müsəlmanlar və ya sahibsiz heyvanlar üçün isə ayrıca yardım mexanizmləri mövcuddur”.

İlahiyyatçı qeyd edib ki, bir şəxsin fitrəsi başqa birinin üzərinə düşürsə, həmin şəxsin ayrıca fitrə verməsi vacib deyil:

“Əgər Fitr bayramı gecəsi, günəş batmamışdan əvvəl evə qonaq gəlsə və ev sahibinin himayəsində hesab olunarsa, həmin qonağın fitrəsi ev sahibinin üzərinə düşür. Lakin əksər alimlər yalnız iftar üçün qısa müddətə gələn qonaqları bu hökmə daxil etmirlər. Yəni qonaq müəyyən müddət qalmaq niyyətindədirsə, onun üçün fitrə verilməlidir.

Əgər bir şəxsin fitrəsini başqası ödəməlidirsə, həmin şəxsin özü üçün ayrıca fitrə çıxarması vacib deyil. Məsələn, xaricdə oxuyan və xərcləri atası tərəfindən qarşılanan övladın fitrəsini ata verir.

Əgər fitrəni verməli olan şəxs bunu etməzsə, bəzi alimlər ehtiyat olaraq həmin şəxsin özünün verməsini tövsiyə edir. Əgər insan öz fitrəsini özü verərsə, bu, onun yerinə verməli olan şəxsi məsuliyyətdən azad etmir (bəziləri icazə halında bunu kifayət hesab edir). Seyyid olmayan şəxs seyyidə fitrə verə bilməz. Əgər fəqir seyyiddirsə, ona başqa seyyid yardım etməlidir. Fitrə zəkatı niyyətlə verilməlidir. Bu niyyət şərtdir. Əgər fitrə vaxtında verilməzsə və kənara qoyulmazsa, sonradan qəza və ya əda niyyəti etmədən verilməlidir. Ana bətnində olan körpə üçün fitrə vacib deyil. Bir neçə fəqirə vermək olar, lakin bir nəfərə verilən miqdar 3 kiloqramdan az olmamalıdır. Bir nəfər üçün verilən 3 kiloqram eyni növ ərzaqdan olmalıdır. İki nəfər üçün verilən 6 kiloqramın isə 3 kilosu bir növdən, digər 3 kilosu başqa növdən ola bilər.

F.Abdullah vurğulayıb ki, müasir dövrdə fitrə zəkatının kart vasitəsilə verilməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur:

“Fitrə zəkatı ixlasla və Allaha yaxınlaşmaq niyyəti ilə verilməlidir. Bayramın daxil olduğu məlum olduqdan sonra, xüsusilə bayram namazından əvvəl verilməsi daha yaxşı hesab olunur. Tövsiyə edilir ki, insan əvvəlcə öz yoxsul qohum və qonşularını nəzərə alsın, həmçinin imanlı və ləyaqətli insanlara üstünlük versin.

Müasir dövrdə kart vasitəsilə fitrə verməklə bağlı fərqli fikirlər mövcuddur. Bəzi alimlərə görə, birbaşa fəqirin kartına pul köçürmək olar. Nağd pulu ayırdıqdan sonra onu karta yerləşdirib göndərmək tövsiyə olunur. Digər rəyə görə, fəqirdən vəkalət alınmalı və pul onun adından qəbul edilərək göndərilməlidir. Alternativ olaraq, əvvəlcə pulu əmanət kimi köçürmək, sonra fəqirin onu fitrə kimi qəbul etməsi mümkündür. Vasitəçi olduqda isə əvvəlcə ona əmanət kimi göndərilir, daha sonra həmin şəxs vəkil edilərək pulu fəqirə çatdırır. Əgər bu məsələlərdə anlaşılmazlıq yaranarsa, din xadimlərinə müraciət etmək tövsiyə olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri