Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Hər kəsə öz zəhməti qalır...

Hər kəsə öz zəhməti qalır...

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Dünyanın ən məşhur adamlarının bir ortaq fikri var: “Biz bu məqama zəhmətlə, alın təri ilə çatmışıq”.
Doğrudur, indi elə bir vaxtda yaşayırıq ki, bir gecədə milyonçu və ya məşhur olmaq mümkündür, amma bunlar müvəqqəti haldır, bəşər tarixi istər fiziki, istərsə də əqli cəhətdən zəhmətlə tərəqqi edərək, bu günümüzə gəlib. Məşhur sənət adamları, rəssamlar, şairlər, yazıçılar belə etiraf edirlər ki, uğur qazanmaq üçün təkcə istedad kifayət deyil, istedad zəhmətlə, təcrübə ilə birləşdiyi halda arzu edilən nəticəni, uğuru əldə etmək mümkündür. Zəhmət, təcrübə istedadı cilalayır, gözəlləşdirir, inkişaf etdirir.
Zəhmətkeş insan həmişə xətir-hörmətli olur, başqalarına möhtac olmur. Uca dinimiz İslam insanı halallığa, zəhmətə, başqalarının əlindən tutmağa çağırır. Zəhmətkeş insan başqaları üçün də faydalı olur, bərəkət dolu bulud kimi getdiyi yerə xeyir aparır. Allah (c.c.) Qurani-Kərimin Nəcm surəsinin 39-cu ayəsində zəhmət haqqında belə buyurur: “İnsana ancaq öz zəhməti (səyi, işi, əməli) qalar!” Bu ayə o qədər geniş həqiqəti ehtiva edir ki, haqqında saatlarla danışmaq olar. Yəni, doğru niyyətlə halal zəhmət insana həm dünyada, həm də axirətdə qazanc gətirir.
İstənilən, arzu edilən nəticəyə qovuşmaq üçün sistemli və ardıcıl işləmək şərtdir. Böyük iş adamları öz həyat yollarından danışarkən, qazandıqları uğurun sirrini açıqlayarkən cürbəcür başlıqlar altında tövsiyələr verirlər. Əslində, bütün bunlar mühitə, şəraitə görə dəyişə bilər, dəyişməyən amillər odur ki, doğru olasan, haqlı olasan, istədiyini əldə etmək üçün yorulmadan, usanmadan, əzmlə, ardıcıl və planlı iş görəsən. Hər şeyi bir gündə əldə etməyin mümkün olmadığını bildiyin kimi, bir günü boş buraxmağın da zərərli olduğunu anlayasan, gün ərzində görəcəyin işləri irəlicədən planlaşdırasan və o planlaşdırdığın işləri yerinə yetirməyin mexanizmini hazırlayasan. Sevimli Peyğəmbərimiz (s.ə.s.) insanları aktiv olmağa, hər cür çətin vəziyyətdən doğru çıxış yolu tapmağa çağırır. Acizliyi, başqalarına möhtac olmağı nə Allah (c.c.), nə də Onun Sevimli Peyğəmbəri (s.ə.s.) xoş görür, insanları işləməyə, halal yolla qazanmağa təşviq edirlər. Hz. Peyğəmbər (s.ə.s.) belə dua edərdi: “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan və xəsislikdən sənə sığınıram”.
Əməksiz, zəhmətsiz əldə edilən qazanc, müftəxorluq və tənbəllik insanın həm bədənini, həm də ruhunu korlayır. Bir nəfər Sevimli Peyğəmbərimizin yanına gəlir və Ondan yardım istəyir. Rəsulullah isə onu işləyərək qazanmağa yönəltmək istəyir, istəmir ki, o adam başqalarına əl açsın. Ona görə də, evində pula gedəcək bir şeyi olub-olmadığını soruşur. Həmin adam da bir örtük olduğunu söyləyir. Rəsulullah o örtüyü gətizdirir, iki dirhəmə satır, pulu həmin adama verib deyir ki, bir dirhəminə ərzaq alıb ailəsinə versin, bir dirhəminə də balta alıb gətirsin. O adam Rəsulullahın tapşırığına əməl edir, Rəsulullah öz əli ilə o baltanı saplayıb adama verir və tapşırır ki, gedib odun toplayıb Mədinə bazarında satsın. Həmin səhabə bir neçə gündən sonra Rəsulullahın hüzuruna gəlir və onu bu işə yönəltdiyi üçün Sevimli Peyğəmbərimizə təşəkkür edir, ailəsinin ehtiyacını artıqlaması ilə ödədiyini söyləyir.
Rəsulullah (s.ə.s.) halal zəhmət haqqında belə buyurur: “Heç bir kəs öz əlinin əməyini (çalışaraq, işləyərək qazandığını) yeməkdən daha xeyirli bir şey yeməmişdir”.
Bir gün Hz. Peyğəmbər (s.ə.s.) Mədinə bazarında işləməkdən əlləri qabar bağlamış bir nəfəri görür, onun əlindən tutub yuxarı qaldırır, camaata göstərir və buyurur: “Cəhənnəm alovu bu əli yandırmaz. Allah və Onun Rəsulu bu əli sevirlər. Hər kim öz əlinin zəhməti ilə dolansa, Allah onun üzərinə mərhəmət nəzərini salar”.
Bir gün də Peyğəmbərimizə bir nəfəri nişan verirlər və bu adamın həmişə ibadətlə məşğul olduğunu, onun və ailəsinin dolanışığını isə qardaşının verdiyini deyirlər. Bunu eşidən Peyğəmbərimiz buyurur: “Onun və ailəsinin dolanışığını təmin edən qardaşı Allahın nəzdində onun özündən daha artıq sevimli və abid sayılır”.
Həzrət Əli (k.v.) Kufə məscidində oturmuş bir dəstə adam görür. Bunların kim olduğunu soruşanda cavab verirlər ki, bunlara “əhli-həqq” deyirlər. Onlar heç bir işlə məşğul olmadan həmişə məsciddə qalırlar. Kim onlara yemək versə, alıb şükür edirlər, yemək tapmayanda isə səbir edirlər. Həzrət Əli əmr edir ki, həmin adamları oradan çıxarsınlar. O adamların hərəsi bir işin ardınca gedirlər və öz zəhmətləri ilə yaşamağa başlayırlar.
Bır gün də İmam Məhəmməd Baqir (ə) qızmar istinin altında bağda bellə işləyir, alnından tər damcıları süzülür. Səhabələrdən biri ona etiraz edir və bu işin Peyğəmbər nəvəsinə yaraşmadığını deyir. İmam isə ona belə cavab verir: “İşləmək də bir növ ibadətdir. Mən burada ona görə işləyirəm ki, özüm və ailəm sənə və başqalarına möhtac olmasın”.
Halal yolla ailəsinin dolanışığını qazanmağın fəziləti haqqında kifayət qədər nümunə gətirmək mümkündür. Amma elə düşünürük ki, Allah kəlamı inanan insan üçün kifayətdir.
Halallıq olan yerdə bərəkət olar, tərəqqi olar, həmrəylik olar, sevgi olar, səmimiyyət olar, xoş ovqat olar. Əl qabarı, alın təri insanın bəzəyidir, ibadət təkcə namaz, oruc deyil, imamın da buyurduğu kimi, halal yolla ailəsinin dolanışığını təmin etmək üçün işləmək də ibadətdir.
Hər kəsə halallıq və halal yolla ailəsinin ehtiyaclarını təmin edə bilmək səadəti arzulayırıq.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:536
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri