Hər kəsin etdiyi təhlükəli səhv: Bu yeməkləri ikinci dəfə isitməyin!
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə İngiltərə Qrinviç Universitetinin Qida Təhlükəsizliyi üzrə mütəxəssisi Dr. Steysi Duvenagen deyib.
Onun sözlərinə görə, bu qidaların strukturunda baş verən dəyişikliklər bakteriyaların çoxalmasına və zəhərli maddələrin əmələ gəlməsinə səbəb olur.
Mütəxəssis xüsusilə aşağıdakı qidaların təkrar qızdırılmamasını tövsiyə edir:
• Ispanaq - Nitratın nitritə çevrilməsi nəticəsində xüsusilə uşaqlar üçün təhlükə yaradır.
• Toyuq - Campylobacter və Salmonella kimi bakteriyalar düzgün saxlanmadıqda çoxalır.
• Düyü - Otaq temperaturunda qalan düyüdə Bacillus cereus bakteriyaları artır və qızdırmaq onları məhv etmir.
• Kartof - Təkrar qızdırıldıqda botulizm riski yüksəlir.
• Göbələk - Zülal strukturu dəyişir və həzm problemlərinə səbəb ola bilər.
Mütəxəssislər hazır yeməklərin bir dəfə hazırlanıb dərhal və ya soyudulub sadəcə bir dəfə istehlak edilməsini tövsiyə edirlər.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2025 06:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















