Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı XƏBƏRDARLIQ
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Sara Marin Berbell danışıb.
Onun sözlərinə görə, insan ağrı hiss etdikdə həkim təyinatı ilə ibuprofen qəbul edə bilər. Lakin bu preparatdan həddindən artıq istifadənin ciddi fəsadlara səbəb olması riski də var.
Sara Marin Berbell qeyd edib ki, ibuprofenin müntəzəm və həkim nəzarəti olmadan qəbul edilməsi böyrəklərlə bağlı problemlər yaratması da mümkündür. Həkim buna öz pasiyentlərindən birini nümunə göstərib. Həmin qadın aybaşı ağrılarını normal hesab etdiyi üçün mütəmadi olaraq ibuprofen qəbul edib. Nəticədə aparılan qan analizləri böyrək funksiyalarında pozuntular olduğunu üzə çıxarıb.
“İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamamilə başqa məsələdir”, - S.MBerbell vurğulayıb.
Mütəxəssis əlavə edib ki, ağrı insanı davamlı olaraq ağrıkəsici qəbul etməyə məcbur edirsə, narahatlığın səbəbi araşdırılmalı, problem sadəcə müvəqqəti olaraq aradan qaldırılmamalıdır.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Sentyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















