Icma.az
close
up
RU
Hər şey həmin gündən başladı xalqın seçimi, Azərbaycanın taleyi

Hər şey həmin gündən başladı xalqın seçimi, Azərbaycanın taleyi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına əbədi həkk olunur. 

Bu günlərdən biri də 1993-cü il oktyabrın 3-dür. Həmin gün xalqımız öz taleyini, müstəqilliyini və dövlətçiliyini qurtuluş yoluna çıxarmaq üçün tarixi bir qərar verdi.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmışdı:

“1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, milli birliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni daha da dərinləşdirirdi.

Bir tərəfdən siyasi böhran, digər tərəfdən işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir, xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilirdi. Məhz belə bir məqamda xalqın xilası üçün güclü, müdrik və qətiyyətli liderə ehtiyac vardı. Bu lider Heydər Əliyev idi”.

Onun sözlərinə görə, həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və uzaqgörənliyi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi:

“Lakin xalqın inamı daha böyük idi. 1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün tariximizin qürur səhifəsi kimi xatırlanan həmin gün, əslində, müstəqilliyimizin xilası, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın gələcəyə inamının bərpası demək idi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanda sabitlik bərqərar olmağa başladı. Ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlətçiliyin əsasları möhkəmləndirildi. İqtisadiyyatı bərpa etmək üçün mühüm addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu, Azərbaycanın gələcəkdə enerji xəritəsində mühüm yer tutmasını təmin etdi”.

Parlamentari söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin Prezidentliyi həm də milli ideologiyanın bərpası, xalqın öz gücünə inanması demək idi:

“O, müstəqil Azərbaycanın dövlət atributlarını möhkəmləndirdi, ordu quruculuğunu prioritetə çevirdi, milli həmrəylik və birlik ideyalarını gerçəkləşdirdi. Hər addımı ilə xalqın Prezidentinə çevrildi, dövlətçiliyin dayaqlarını möhkəmləndirdi”.

S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir:

“Onun müəyyənləşdirdiyi inkişaf xətti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu yeni dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirərək, ölkəmizi regional güc mərkəzinə, söz sahibinə çevirib. Məhz bu siyasətin davamı olaraq Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu mövqe qazanıb, ordumuz güclənmiş, 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər əldə edilib.

Tarixi həqiqət odur ki, 3 oktyabr 1993-cü ildə başlanmış böyük yol bu gün cənab İlham Əliyevin müdrik və qətiyyətli liderliyi ilə öz məntiqi zirvəsinə çatıb. Azərbaycan artıq regionda sülhün, sabitliyin və inkişafın təminatçısına çevrilib. 1993-cü il oktyabrın 3-də xalqımız yalnız Prezidentini seçmədi, həm də gələcək nəsillərin işıqlı sabahını müəyyənləşdirdi”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri