Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“HƏR ŞEY ÖZ YERİNƏ QOYULACAQ(MI)?” Putin Azərbaycana dair suala geniş cavab verməkdən niyə qaçdı? +VİDEO

“HƏR ŞEY ÖZ YERİNƏ QOYULACAQ(MI)?” Putin Azərbaycana dair suala geniş cavab verməkdən niyə qaçdı? +VİDEO

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son vaxtlar Bakıdan Rusiyanın ünvanına müxtəlif bəyanatlar səsləndirilir. Bilmək istərdik ki, siz özünüz iki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bizim aramızda nə baş verib və dialoqu necə bərpa etmək olar?”

Bu, rusiyalı jurnalistin Çində Valdimir Putinə Azərbaycanla bağlı verdiyi sualdır. Lakin dəfələrlə o qədər də əhəmiyyəti olmayan suallara və mövzulara dair uzun-uzadı, şablon cavablar verdiyini gördüyümüz Putin bu vacib sualdan demək olar ki, yayındı.

Açıq göründü ki, dəqiq, arqumentləşdirilmiş cavab tələb edən bu sual qətiyyən onun ürəyincə deyil.

Onun cavabı isə cavabdan çox “malalamaq” xarakteri daşıyan söz yığını oldu və dediklərindəki yeganə diqqətəlayiq cəhət Azərbaycanla problemlərin olduğunun etitafıdır: Siz sual vermək istədiz, amma birdən dörd sual verdiniz. Olarmı ki, mən qısa cavab verim? Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya siyasi konyunkturaya əsaslanan suallar yaranır. Problemlər var. Biz bu gün Prezident Əliyevlə, onun xanımı ilə salamlaşdıq, iki-üç kəlmə söhbət etdik. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasındakı fundamental münasibətlər və onların inkişafına dair qarşılıqlı maraqlar sonda hər şeyi öz yerinə qoyacaq”.


Faktiki olaraq, Putin bu sualların demək olar, heç birinə cavab vermədi. Açıq göründü ki, Putin bu “cavabı” ilə verilən sualdan və mövzudan mümkün qədər tez “canını qurtarmaq” istədi. Bu da həmin mövzunun onun üçün qətityyən xoş, yaxud “asıb-kəsmək” üçün uyğun olmadığının göstəricisidir.

Digər yandan, Azərbaycan Prezidenti ilə ayaqüstü salamlaşma səhnəsi də ortalıqda, yumşaq desək, “soyuqluğun” olduğunu və əvvəlki nisbətən səmimi münasibətlərin xeyli zədələndiyini deməyə əsas verir. Putinin dediyi “iki-üç kələmə söhbət etdik” ifadəsinin özü də şübhəlidir, çünki buna dair hər hansı bir videogörüntü yoxdur.

Deməli, münasibətlərdəki gərginliyin kökləri üzdə görünəndən daha dərindir və bunu, çoxlarının gözlədiyi kimi, Çində ayaqüstü söhbətlə, yaxud yarım saatlıq təkbətək görüşlə müzakirə və həll etmək mümkün deyildi.

Çindəki görüş səhnəsi və Putinin Bakı ilə münasibətlərə dair sualdan qaçması göstərir ki, tərəflər ən azı yaxın gələcəkdə öz mövqelərindən çəkilmək fikrində deyillər və gərginlik davam edəcək. Təbii ki, burada geri çəkilməli, üzr istəməli və münasibətlərin bərpasına xidmət edən ciddi addımlar atmalı olan tərəf Moskvadır.Bakının haqlı mövqeyi dəyişməz qalır: Təyyarəmizin vurulması ilə bağlı üzr istənilməsi, günahkarların cəzalandırılması və Rusiyada azərbaycanlılara qarşı təhdidlərin dayandırılması.


Lakin hegemonluğa və imperiyaçılıq ədalarına öyrəşmiş Kreml, belə görünür ki, hələlik buna hazır deyil. Əksinə, Moskva Azərbaycanın tələblərinə özünəməxsus qudurğanlıqla reaksiya verir: Azərbaycana və azərbaycanlılara qarşı misli görünməmiş, əsl neonasist, faşist təbliğatı, Azərbaycanın hərbi müdaxilə, işğal, “SVO” ilə hədələnməsi, Rusiyadakı azərbaycanlılara qarşı təzyiq və təhdidlər, həmçinin, Ukraynadakı Azərbaycana aid SOCAR infrastrukturunun vurulması, eləcə də ölkəmizə qarşı kiberhücumlar və sair.

Bu arada, Azərbaycan liderinin Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal edərək, Şərqdəki ilk demokratik cümhuriyyətin varlığına son qoymasına dair səsləndirdiyi aşkar tarixi fakt Kreml təbliğatçılarını isterik şok vəziyyətinə salıb. Bu, o deməkdir ki, hədəf doğru seçilib və atış ən ağrılı yerlərdən birinə dəyib. 


Buna görədir ki, həmin açıqalmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, “Z kanalları”nın və Kreml təbliğatının Azərbaycana, onun rəhbərliyinə və ümumilikdə azərbaycanlılara qarşı təhqir və təhdidləri davam edir və hətta bütün əndazələri aşır. Faşizm səviyyəsinə çatmış şovinizm və imperiyaçılıq azarından qızdırmaya düşmüş Rusiya cəmiyyətinin böyük hissəsi isə bu təbliğatı sevə-sevə həzm edir və ona qoşulur. Sosial şəbəkələrin rus seqmentində Azərbaycana qarşı nifrətin və qəzəbin həddi-hüdudu yoxdur. Və bütün bunlar məhz Putin idarəçiliyinin, şəxsən onun özünün “əsəridir”!

Hazırda müşahidə etdiyimiz mənzərə Putin Rusiyasının işğalçı, irticaçı, təxribatçı və qaniçən mahiyyətinə tam uyğundur. Böyük ehtimalla hələ xeyli müddət də bu cür davam edəcək.

Xatırladaq ki, dekabr ayında təyyarəmizin vurulmasına dair aparılan təhqiqatın son rəsmi nəticəsi açıqlanacaq. Gözlə görünən faktları hazırda sual altına alan və təhqiqatın sonunu gözləməyi “tövsiyyə edən” Rusiya tərəfinin həmin vaxt son hesabata necə reaksiya verəcəyini görəcəyik.

Hələlik isə təəssüf ki, münasibətlərdə ciddi yumşalma, yaxınlaşma, istiləşmə və s. gözləməyə dəymir. Hətta nə vaxtsa bunun işartıları olacaqsa da belə, ölkə rəhbərləri və hökumətlər arasındakı əvvəlki yaxın, səmimi sayıla biləcək mühasibətlərin bərpası mümkünsüz görünür. Ən azından ona görə ki, getdikcə daha da azğınlaşan, başıpozuq Putin idarəçiliyi Rusiyaya qonşuları ilə normal, bərabərhüquqlu, suverenliyə qarşılıqlı hörmət və sivil beynəlxalq normalara uyğun münasibət qurmaq şansını tanımır.

Bəli, Rusiya Azərbaycanın ən böyük qonşusu, ən əhəmiyyətli ticarət tərəfdaşlarından biri, ölkəmizə iqtisadi, sosial, siyasi, tarixi bağlılığı olan bir nəhəng dövlətdir. Və bu qonşuluqdan da tərəflərin heç birinin qaçacaq yeri yoxdur. Lakin təəssüf ki, bu nəhəng dövlət özünü bizə qarşı cılız, miskin düşmənçilik tərzində aparmaqla bütün dünyanın gözü önündə kiçildikcə kiçilir. Azərbaycana gəlincə isə heç kim Rusiya ilə hərbi qarşıdurma tərəfdarı deyil və bizdəki bəzi üzdə olan, xarici kanallara siyasi şərhlər verən şəxslərin şimal qonşumuzun ünvanına hərbi ritorikada od-alovlu, döyüşkən bəyanatlar səsləndirməsi də yersizdir. Lakin eyni zamanda, bu günə qədər ortaya haqlı mövqe və ən əsası, iradə qoyan ölkəmizin indiki tarixi məqamda qarşılaşdığı namərdliyin önündə əyilməyə, geri durmağa da nə əsası, nə də mənəvi haqqı var. Çünki bu gün geriyə atılan kiçik addımın belə, sabah suverenliyimiz, dövlətçiliyimiz üçün daha böyük mənfi fəsadları ola bilər...

Cəlal Məmmədli

“AzPolitika.info”   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see394

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see240

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see183

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri