Icma.az
close
up
RU
“Ağdama, ümumilikdə, Qarabağa aid hər bir abidə daş yerinə qoyulacaq”

“Ağdama, ümumilikdə, Qarabağa aid hər bir abidə daş yerinə qoyulacaq”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Böyük Qayıdış dövlət proqramı uğurla icra olunmaqdadır. Artıq 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura qayıdıb. Bu, ilk növbədə həmin ərazilərdə həyatın canlanması, infrastrukturun qurulması və xidmətlərin təmin olunması ilə müşayiət olunan böyük həcmli işin görüldüyünü göstərir. 2022-ci ilin 19 iyulunda ilk qayıdış karvanı yola düşəndə biz Azərbaycan xalqının qayıdış hekayəsinin başlanğıcına şahidlik edirdik. İndiyədək Qarabağda Ağdam rayonunun 3 kəndi, Füzuli şəhəri, Şuşa şəhəri, Tərtər rayonunun 1 kəndi, Ağdərənin 4 kəndi, Xocalı rayonunun mərkəzi Xocalı şəhəri və 7 kəndi, Xocavəndin 1 kəndi, 2 qəsəbəsi, Şərqi Zəngəzurda isə Zəngilan rayonunun I, II, III Ağalı kəndləri, Cəbrayıl rayonunun mərkəzi Cəbrayıl şəhəri və 1 kəndi, Laçın rayonunun mərkəzi Laçın şəhəri və 3 kəndi, Kəlbəcər şəhəri öz sakinlərinə qovuşub. Bir neçə gün öncə isə Ağdam şəhərinin özünə və Xankəndinin Kərkicahan qəsəbəsinə də Böyük Qayıdış gerçəkləşdirildi. Cənab Prezident doğum gününü Qarabağda keçirərək Xankəndidə Zəfər Tağının və Ağdamda ikinci yaşayış kompleksinin açılışında iştirak edib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.

Ş.Cəlilzadə qeyd edib ki, Vətən müharibəsinin ön cəbhəsində olan və daima əsgərlərinə qələbə ruhunu daşıyan Lider işğaldan azad olunmuş doğma torpaqlarına qayıdan insanlara qələbə ruhunda həyatlarına davam etmək üçün istiqamətlər göstərib: “Yeni geosiyasi landşaftın memarı Vətən quruculuğunun da baş arxitektoru olaraq, eyni zamanda xalqın milli qələbə yaddaşının ideoloji təməllərini atır. Çünki qələbəni qorumaq ilk növbədə onu beyinlərdə qəlibləşdirməklə mümkündür. Torpaqlarını işğaldan azad edərək təhlükəsiz şəraitdə, sülh ilə, davamlı qayıdış hər xalqa nəsib-qismət olmur. Nəzərə alsaq ki, hazırda dünyada 73,5 milyon məcburi köçkün var, bu baxımdan Azərbaycan xalqı artıq bu siyahıdan çıxır. Yeni qələbə-qayıdış statistikası formalaşmaqda və günbəgün inkişaf etməkdədir. Sülhpərvər və davamlı qayıdışı təşkil etməklə Azərbaycan dövləti XXI əsrin nadir nümunəsini yaradır”.

O vurğulayıb ki, bu tarixi nailiyyətlərə gələcək nəsillər ən böyük qiyməti verəcəklər: “Çünki onlar işğal mirasından azad olunaraq, qələbə mirasına sahib olublar. Bununla yanaşı, cənab Prezident Ağdamlılarla görüşündə bir daha vurğuladı ki, Azərbaycanlılar başlarına gətirilən tarixi hadisələri, işğalı, soyqırımı, kütləvi deportasiyaları, qlobal miqyasda məruz qaldığımız ədalətsiz yanaşmaları unutmamalıdırlar. Çünki hadisələr unudulduqda təkrar yaşanır. Böyük Qayıdışın ümummilli dəyərini anlamaq üçün hansı proseslərdən keçdiyimizi indiki və gələcək nəsillər bilməlidir. Ağdamın vaxtilə II Dünya Müharibəsinin Xirosimasına bənzər şəkildə yerlə yeksan edilməsinə dair işğal dövrünün faktları muzeylərdə, sərgi-tarix guşələrində əbədi milli yaddaşa köçürülməlidir. Bu baxımdan Bakıdan sonra Xankəndidə inşa edilən Zəfər Tağları milli yaddaşın qorunmasına, Zəfərin əbədiləşdirilməsinə xidmət edən abidə olaraq böyük əhəmiyyət daşıyır. Bu istiqamətin məntiqi ardıcıllığında gələcəkdə dünyada ikinci olan Ağdam Çörək Muzeyi də bərpa edilə bilər. Necə ki, Qarabağ xanlarının İmarət saray-kompleksi artıq bərpa edilib, İmarət stadionunun tikintisinə başlanılıb, eləcə gələcəkdə Ağdama, ümumilikdə Qarabağa aid hər bir abidə-daş yerinə qoyulacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri