Icma.az
close
up
RU
Hər şey planlı idi: Trampın tətbiq etdiyi strategiya BU TARİXDƏ yazılıb ŞOK

Hər şey planlı idi: Trampın tətbiq etdiyi strategiya BU TARİXDƏ yazılıb ŞOK

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

İngiltərənin The Telegraph qəzeti gündəmə səs-küylü bir iddia atıb. Qəzetə görə, Oval Ofisdəki münaqişədən Moskvaya yaxınlaşmağa qədər baş verən hər şey – Trampın atdığı hər addım – ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən ötən ilin aprel ayında yazılmış planın bir hissəsidir.

Hurriyyet.az xəbər verir ki, The Telegraph bildirir ki, Trampın Ukraynanı nəzarət altına alma və ölkəni sülh danışıqlarına məcbur etmə strategiyası, keçən il birbaşa prezidentin Kiyev üzrə xüsusi nümayəndəsi tərəfindən yazılmış və yayımlanmış diqqətli bir planın izlərini daşıyır. ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq keçən ilin aprel ayında Ukraynaya edilən hərbi yardımların dayandırılmasının Kiyevi danışıqlara məcbur etmək üçün istifadə oluna biləcəyini yazmışdı.

Bəs plan və reallıq necə işləyir? Musavat.com detalları təqdim edir:

PLAN NƏ DEYİR?

ABŞ Rusiyanın daha da irəliləməməsi və sülh sazişindən sonra yenidən hücum etməməsi üçün Ukraynanı silahlandırmağa və müdafiəsini gücləndirməyə davam etməlidir. Bu yardım gələcəkdə Ukraynanın Rusiya ilə sülh danışıqlarına qatılmasını təmin edəcək.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Planın bu hissəsi tam olaraq Kelloqun dediyi kimi həyata keçdi. Tramp Putin ilə sülh danışıqlarına başladı və sonra Ukrayna Prezidenti Volodimir Zelenskini masaya dəvət etdi. Kiyev və Vaşinqton mədən razılaşması üzərində işləyərkən silah yardımı davam edirdi. Lakin Oval Ofisdə Tramp ilə Zelenski arasında baş verən dramatik mübahisədən sonra əlaqələr sürətlə pozuldu. ABŞ Ukraynaya silah tədarükünü dayandırdı və kəşfiyyat məlumatlarının paylaşımını kəsdi. Zelenski məcburən geri addım atdı və indi bu dəstəyi yenidən qazanmaq ümidi ilə Vaşinqtonla əlaqələri bərpa etməyə çalışır.

PLAN NƏ DEYİR?

ABŞ Prezidenti və digər NATO liderləri Ukraynanın NATO üzvlüyünü təhlükəsizlik zəmanətləri olan geniş bir sülh sazişi qarşılığında uzun müddət təxirə salmağı təklif etməlidir. Bu, Rusiya Prezidenti Putini sülh danışıqlarına qatılmağa inandıracaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

The Telegraph-a görə, bu güzəşt Trump Putinlə danışmağa başlamazdan əvvəl artıq verilmişdi. ABŞ-nin müdafiə naziri Pete Hegseth Brüsseldə keçirilən NATO toplantısında “Amerika Birləşmiş Ştatları Ukraynanın NATO üzvlüyünün müzakirələr yolu ilə həllinin real nəticə olacağına inanmır” ifadəsini işlətdi. Bir neçə saat sonra isə Trump sosial media hesabında Putin ilə sülh danışıqlarına başladığını elan etdi.

PLAN NƏ DEYİR?

Ukraynadan torpaqlarını geri qaytarmaq hədəfindən imtina etməsi tələb olunmasa da, bunun üçün gücdən deyil, diplomatik yollardan istifadə etməsinin vacib olduğu vurğulanacaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Amerikalı rəsmilər ard-arda verdikləri açıqlamalarda Ukraynanın sülh müqabilində Rusiyaya bəzi əraziləri güzəştə getməli olduğunu vurğulayırlar.

PLAN NƏ DEYİR?

ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq və münasibətləri normallaşdırmaq öhdəliyi götürəcək və bu yalnız Ukraynanın da qəbul edə biləcəyi bir sülh sazişinin imzalanması ilə mümkün olacaq.

GERÇƏKDƏ NƏ BAŞ VERİR?

Kulis arxasında ABŞ rəsmilərinin münaqişə başa çatan kimi Moskvaya tətbiq edilən sanksiyaları yüngülləşdirmək üçün planlar hazırlamağa başladıqları iddia edilir.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Mart 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri