Icma.az
close
up
RU
Hər şeyə qulp qoşanlar... Virtual təəssübkeşlər kimlərdir?

Hər şeyə qulp qoşanlar... Virtual təəssübkeşlər kimlərdir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Kamil Əlisoyun “Virtual təəssübkeşlər” adlı yazısını təqdim edir.

Yazıya Xətib Təbrizidən sitat gətirərək başlamağı daha məqbul sayıram. Çünki XI əsrdə tənqid elminin dəqiq şərhini və necəliyini bizə yazılı surətdə çatdırıb. O deyib: “Bir fikri deməkdən daha çətin bir iş varsa, o da o fikri tənqid edə bilməkdir”.

Tənqid bir sənətdir. Həqiqətən də, sirlərinə bələd olmadan bu işi həyata keçirsən, kimisə tənqid, yaxud mühakimə etsən, özün qınaq obyektinə çevrilirsən. Artıq tənqid də tənqidlikdən çıxmış olur.

Tənqidetmə deyəndə bir mədəniyyətdən söhbət gedir. Bu, həddən ziyadə incə işdir.

Bugünkü gündə sosial media o qədər operativdir ki, sürətinə çatmaq çətin məsələdir. Bir də, bütün bu operativlik içərisində bizim “virtual təəssübkeşlərimiz” var - hər məsələyə sadəcə rəy bildirmək üçün rəy bildirənlər, tənqid adıyla mahiyyətdən kənara çıxıb mövzunu anlaya bilməyənlər, özünü çox yüksək səviyyədə görənlər, bütün proseslərə öz mövqeyini bildirib “can yandıranlar”…

İlk növbədə tənqid, sadəcə, mənfi cəhəti görmək deyil.

Müsbət tərəfləri görmək, tərifləmək özü də tənqiddir.

Bunu anlaya bilməyənlər, tənqidi ancaq elə “ağ yuyub qara sərmək” kimi başa düşənlər bu gün yersiz rəy bildirənlərin, demək olar ki, 90 faizini təşkil edir.

Tənqid əksərən, obyektiv anlayış deyil. Bu, ilk növbədə, cəmiyyət içərisində fərdlərin, qlobal çərçivədə cəmiyyətlərin, xalqların hadisələrə baxış tərzidir. Bizdə yas mərasimində ağlayırlar, ağı deyirlər, bəzi Afrika qəbilələrində deyib - gülməmək ayıb sayılır ki, ölənin ruhunu şad yola salaq.

Tənqid adamı ifadə etdiyi fikrinə görə qınamaq deyil. Tanımadan yazmaq, alçaltmağa çalışmaq, özünü üstün göstərməyə çalışmaq, “Sizin kimilər”, “Sən kimsən ki, fikir bildirirsən”, “Birinci elə öz dediyinə bax” kimi cümlələrlə, sözlərlə başlayan fikirlər təəssüf ki, cəmiyyətimizə yad deyil.

Tənqid kobudluq deyil, qarşı tərəfə hörmətsizlik deyil. Bütün bunları dərk ediriksə, nə xoş bizə...

2020 - ci ilə qayıdaq... 8 noyabrdan 9 noyabra keçən gecə müharibə bitəndə və sonrakı bütün gün boyunca sosial şəbəkələrdə “rusbaşlar” göbələk kimi hər yerdən boy göstərdilər. Rəylərdə qırğın çıxarırdılar. Şəhərdə maşınlarda rus bayraqları yelləyə-yelləyə sağa-sola çapırdılar. İndi hardadırlar?..

Müharibəyə və günümüz hadisələrinə, bundan bir qədər əvvəl İrandakı Azərbaycan səfirliyinə edilən hücumlara qədər onlara qardaş deyən “Babayi - dərvişlər” hardadır?

Bunlar bilirsiniz, hansı təfəkkür yiyələridir?

Yadıma gəlir, lap əvvəl Mərkəzi Bankın günlük məzənnə xəbərləri gedirdi, qat- qat pullar, pulsayma maşınları, onların kadrları ekranda göstərilirdi. “Ə, ondan bir dənə verin, xərcləyək də” deyən adamlar və onlardan geriyə qalanlardır...

Hələ bu harasıdır? Səhərdən axşama kimi hər videonun altına “Allah şəhidlərimizə rəhmət eləsin” yazanlar... Onlar hər şeydə bədbinlik və faciə axtaranlardır. Ürəklərində qalmış eqonu, yarım- yamalaq və məqsədsiz nifrəti büruzə verməyə yer gəzirlər.

Deməli, o gün bir nəfər feysbukda bal videosu paylaşıb. Bəh - bəhlə yeyir. Yenə altından bir nəfər yazıb: “Allah şəhidlərimizə rəhmət eləsin”. Mən anlam verə bilmədim, bəlkə siz bir əlaqə qura biləsiniz? Elə bil bunun qardaşı arı olub. Bal istehsalı prosesində qəhrəmancasına dünyasını dəyişib. Yaxud kimsə hansısa yaxınının, əzizinin toyundan foto paylaşır, şərhlərdə "Heyif şəhidlərimizdən, Allah şəhidlərimizə rəhmət eləsin" şərhləri uçuşur...

Bu yaxınlarda Xalq yazıçı Elçin Əfəndiyevin yas mərasimindən görüntülər və Xalq yazıçısı Anarın bir fotosu paylaşılmışdı. Dostunun qızını qucaqlayıb ağlayırdı. Həmçinin, kədərli bir video da var idi ki, göz yaşlarını tuta bilmir, çətinliklə öz içindən keçənləri sözə çevirir. Rəylərdə hər cür məxluqat var idi: Onu qınayanlar, həmin mərasimdən ona da arzulayanlar, “Elçin nə yazıb ki?” deyənlər, onun yaşını bəhanə edib ölümünü adiləşdirənlər, “Anar iyerarxiya qurub, AYB-ni zəlil eləyib" deyənlər...

Xalq artisti Röyanın atası bugünlərdə vəfat edib. Altından rəy yazıblar ki, kişi xəcalətindən öldü. Sizi əmin edə bilərəm ki, o adam indi elə bilir ki, özü çox yüksək əxlaqa malik adamdır. Amma bir az dərinə gedirsən və ..

Demək ki, nə olursa, olsun, hər şeyə bir qulp qoşanlar hər yerdədirlər...

“Molla Nəsrəddin"in məşhur bir lətifəsində olduğu kimi hər şeyə bəhanə tapanlar həmişə aktivdirlər: "Molla özü minir eşşəyə, arvad və uşaq piyada gəlir. Deyirlər, utanmır, arvad- uşağı piyada gedir, özü eşşək belində. Bunu eşidib düşür, arvadı mindirir eşşəyə, yenə deyirlər, o boyda arvaddır, ərinin yanında eşşəyə minib, hörmətsizlik edir. Bunu da duyan Molla ən sonda arvadı da salır eşşəkdən aşağı, uşağ mindirir. Bir az sonra yenə danışırlar ki, cavan uşaqdır, ata-anası qalıb, özü eşşəyə minib. Molla axırda məcbur qalıb özü eşşəyi şələlənib aparası olur...”.
Qısacası, kim nə yazır, nədən yazır yazsın, ona qulp qoşan, məsələyə öz çərçivəsindən baxan, heç vaxt obyektiv ola bilməyən adamlar var...

P.S. Girib bu yazının da altında şərhlərdə yazacaqlar: "Allah şəhidlərimizə rəhmət eləsin..."

2500 il buzda saxlanan xalı - Maral türk mədəniyyətində nəyin simvolu idi? Həmid Herisçi: "Həyatımı 350 min dollar civarında sığortalamışdı..." Məşhur aktrisa oğurluğa görə saxlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri