Icma.az
close
up
RU
Hər Vətən Şəhidinin haqqı var boynumuzda FOTOLAR

Hər Vətən Şəhidinin haqqı var boynumuzda FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və “Orion-E” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Hər Vətən Şəhidinin haqqı var boynumuzda” adlı aksiya keçirilib. SİA xəbər verir ki, 15-16 mart tarixlərində keçirilən aksiya çərçivəsində İmişli rayonundan Aprel döyüşləri, Vətən müharibəsi və Antiterror əməliyyatları zamanı şəhid olan 53 qəhrəmanımızın hər birinin ailələri ziyarət edilərək bayram sovqatı paylanılıb. Hər bir şəhid ailəsi ilə görüşən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edərək bildirib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Şəhid valideynləri ilə görüşdə Səfa Ağayev qeyd edib ki, bugün şəhid ailələrinə, şəhid övladlarına münasibət elə bir səviyyəyə gəlib çatıb ki, indi Azərbaycan xalqının hər bir üzvü onları öz ailəsindən hesab edir, hər bir şəhidi öz evimizdən getmiş kimi sayırıq. Gedənlər hamısı evimizdən, ölkəmizdən, millətimizdən gedib. Biz nə qədər çalışsaq da, etdiklərimiz onların xidmətlərinin bir faizi də ola bilməz. Gələcəkdə bu ailələrdə böyüyən uşaqların hər biri Azərbaycan xalqı üçün qürur yarada biləcək hadisələrin müəllifləri olacaqlar.

Ziyarət zamanı “Orion-E” ərazi partiya təşkilatının fəalı Anar Cabbarlı bildirib ki, ölkə rəhbərliyi hər zaman şəhid ailələrinə qayğı ilə yanaşır. Biz də “Orion-E” ərazi partiya təşkilatı olaraq özümüzə borc bildik ki, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının rəhbərliyi ilə birgə şəhid ailələrini ziyarət edərək, bayramlarını təbrik edək. Hər bir vətəndaşın borcudur ki, şəhidləri yad etsin, ailələrini ziyarət eləsin. Şəhid hər zaman dövlətin və tanrının ən yüksək məqamındadır, biz daimi onları xatırlayırıq. Şəhidlər başımız üstündədir, hər zaman qəlbimizdədir.

Ziyarətdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri