Icma.az
close
up
RU
İranın Azərbaycana qarşı müharibəyə başlaması realdır?

İranın Azərbaycana qarşı müharibəyə başlaması realdır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “ATLAS” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. 

“Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir.  Məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb. Bundan başqa Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusun peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq etdiyi bildirilib.

Yayımlanan məlumatları nə İran, nə də Çin tərəfi təkzib edib. 2025-ci ilin aprel ayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanıb.

Birgə bəyanatın bəndlərindən biri təhlükəsizlik sahəsində əlaqələrin və müdabilələrin gücləndirilməsinə aiddir.  Əgər birgə bəyanatdakı bu bəndə rəğmən, Çin şirkətləri Azərbaycan hava limanlarının peyk görüntülərini İslam Keşikçiləri Korpusu komandanlığına təqdim ediblərsə, bu tərəfdaşlığın ruhuna uyğun deyildir”. 

Politoloq qeyd edib ki, Çin-İran hərbi əməkdaşlığı heç kimə sirr deyil:

“Çin İranı gərəkli hərbi təchizatla təmin edir, raket və dron üçün zəruri çiplər Çindən gəlir. Çin İranın hava müdafiə sistemlinin qurulmasına da yardım edir. Ancaq Çin-İran hərbi əməkdaşlığı bölgə  ölkələrinə qarşı yönəlirsə, bu ciddi narahatlıq doğurur. ABŞ-la müharibə zamanı İrandan Azərbaycan ərazisinə - Naxçıvan hava limanı ətrafına 3 dron atıldı.

Bunun səbəbi bu günə qədər izah edilməyib. İran parlamentinin mühafizəkar deputatlarından biri bildirmişdi ki, İslam Keşikçiləri Korpusu Körfəz ölkələri ilə yanaşı Azərbaycana da zərbə vurmağı planlayırmış, buna Prezident Məsud Pezeşkian mane olub.Belə çıxır ki, keçmiş mühafizəkar  Prezident İbrahim Rəisi helikopter qəzasında həlak olmasaydı və müharibə onun dövründə başlasaydı, İran Azərbaycanı da hədəf seçəcəkdi.

İranın Çin şirkətləri vasitəsilə Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etməsi xəbəri doğrudursa, ABŞ-İran qarşıdurması halında cənub istiqamətindən yenə mümkün təxribatlara hazır olmalıyıq. Azərbaycan-Türkiyəi strateji müttəfiqliyinin gücləndirilməsi bu səbəbdən də son dərəcə vacibdir”. 

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri