Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Hər yerdə mənfi rəy yazanlar ifşa olundu: bunu istəyirlərmiş AÇIQLAMA

Hər yerdə mənfi rəy yazanlar ifşa olundu: bunu istəyirlərmiş AÇIQLAMA

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar sosial şəbəkələrdə müsbət və ya mənfi paylaşımlara olan reaksiyalar arasında ən çox neqativ şərhlərə rast gəlinir. Üstəlik bu hal günü-gündən artır və kütləviləşir. İşin maraqlı tərəfi isə ən yaxşı paylaşımlara belə mənfi rəy yazanlar da olur. Bir vaxtlar insanlar sosial şəbəkələrdə məşhurlaşmağın tərəfdarı idisə, bəziləri indi haqlarında yazılacaq mənfi rəylərdən qorxurlar. Bəzən məşhurlar belə paylaşımlarının rəy yerlərini bağlayırlar. 

Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, insan münasibətlərinin ən dərin qatında bir ehtiyac gizlidir. Onun sözlərinə görə, bura tanınmaq, hiss edilmək, varlığının başqaları tərəfindən təsdiqlənməsi daxildir:

"Psixoloq Erik Bernin “transaksional analiz” nəzəriyyəsində bu ehtiyac “nəvaziş (stroke)” adlanır. Bernə görə, insanın xoşbəxt və sağlam qalması üçün müntəzəm şəkildə sosial nəvazişə, yəni başqalarının diqqətinə, sözü, baxışı, toxunuşu və ya reaksiyasına ehtiyacı var.

Bu nəvazişlər iki cür ola bilər: müsbət nəvaziş: tərif, təşəkkür, anlayış, empati, razılıq; mənfi nəvaziş: tənqid, lağ, qarşıdurma, hətta aqressiv münasibət.

Bernə görə, “mənfi nəvaziş, nəvazişsiz qalmaqdan yaxşıdır”. Yəni insan heç bir reaksiyanın olmamasındansa, mənfi reaksiyanı üstün tutur, çünki ən azından “görülür”. Buradan baxanda sosial şəbəkələrdə artan mənfi rəylərin psixoloji mexanizmi bir qədər aydın olur.

Bugünkü insan informasiyanın içində boğulur, amma emosional baxımdan daha çox tənhadır. Paylaşımlar, şəkillər, fikirlər hamısı bir cəhd kimidir: “məni görün, məni hiss edin”. Lakin bu “görünmək” mühitində diqqət qazanmaq get-gedə çətinləşir. Beləliklə, mənfi rəy yazmaq tənqid, ironiya, təhqir, kinayə sosial görünmə forması halına gəlir. İstifadəçi fərqində olmadan öz “nəvaziş” payını bu yolla təmin edir. Kiminsə cavab verməsi, onu müdafiə etməsi və ya ona qarşı çıxması hamısı bir növ sosial əlaqədir.

Bəzi tədqiqatlar göstərir ki, neqativ rəy yazmaq beyində dopamin ifrazını artırır. Bu da qısamüddətli bir “məmnunluq” hissi yaradır. Yəni insan, başqasını incitsə belə, içində “eşidildim” hissini yaşayır. Bunun uzunmüddətli nəticəsi isə sosial şəbəkələrin get-gedə emosional qarşıdurma meydanına çevrilməsidir.

Əslində, burada xəstəlikdən çox, emosional aclıqdan danışmaq lazımdır. İnsan sosial varlıqdır və “nəvaziş” onun psixoloji qidasıdır. Müsbət qida tapmayanda, mənfiyə üz tutur. Tənqid, aqressiya və nifrət şərhləri bu aclığın simptomudur".

Psixoloq qeyd edib ki, əgər “nəvaziş” ehtiyacı bu davranışın təməlini təşkil edirsə, o zaman sual yaranır: "niyə müasir insan bu ehtiyacını müsbət yolla deyil, mənfi yolla qarşılayır?":

"Bu sual üzərində son illərdə çoxsaylı tədqiqatlar aparılıb və nəticələr olduqca maraqlıdır.

Mənfilik qərəzi - insan beyni mənfi informasiyanı müsbətdən daha tez və güclü emal edir. "Mənfilik qərəzi” sosial mediada daha da güclənir, çünki diqqəti cəlb edən hər şey xüsusilə də mənfi emosiyalar daha çox paylaşılır və görünür olur. Yeni araşdırmalar göstərir ki, neqativ mesajlar insanların yaddaşında 60% daha çox qalır.

Mənfi reaksiyanın mükafatlandırılması - "MIT Media Lab"ın 2022-ci il tədqiqatı (“Toxicity Drives Engagement”) göstərdi ki, "x" və "instagram" kimi platformalarda zəhərli və ya aqressiv şərhlər müsbət şərhlərdən orta hesabla 2,8 dəfə çox reaksiya ("like", "reply" və "share") alır. Bu, alqoritmik bir dövrə yaradır: platforma daha çox reaksiyanı “uğur” kimi görür və eyni tonda məzmunu daha çox göstərir. Nəticədə, istifadəçilər öyrənirlər ki, mənfi şərh yazmaq daha çox diqqət gətirir, bu da bir növ davranış öyrənməsi (behavioral conditioning) mexanizmidir.

Onlayn mühitdə sosial məsuliyyətin azalması - Psixoloq John Suler izah edir ki, insan anonim və ya məsafəli olduqda, üz-üzə davranış qaydalarını unudur. Müasir tədqiqatlar göstərir ki, onlayn anonimlik, xüsusilə gənclər arasında, aqressiv və təhqiramiz üslubu 40% artırır.

İstifadəçi artıq “insana” deyil, “profilə” yazır, empati azalır, məsuliyyət hissi itir.

Emosional yoluxma - "Facebook"un məşhur 2014-cü il eksperimentində sübut olundu ki, istifadəçilərə mənfi emosiyalarla dolu paylaşımlar göstərildikdə, onlar da növbəti günlərdə daha çox neqativ məzmun paylaşmağa başlayırlar. Yəni mənfi emosiyalar sosial mühitdə yoluxucu davranır. 2022-ci ildə Stanford Universitetinin apardığı araşdırma bu nəticəni yenidən təsdiqləyir: “sosial qəzəb” onlayn platformalarda ən sürətlə yayılan emosiyadır.

Emosional boşalma kimi mənfilik - Miçiqan Universitetinin 2021-ci il tədqiqatına görə, insanlar gündəlik həyatda bastırdıqları stres, qəzəb və qısqanclığı onlayn mühitdə daha asan ifadə edirlər. Bu davranışın arxasında paradoksal bir məqsəd var: mənfi yazmaq, adətən, özünü ifadə etmənin təhrif olunmuş formasıdır. İstifadəçi, real həyatda deyə bilmədiyi cümləni şərhdə deyir və bununla da daxili gərginliyini azaldır.

Kütləvi emosional təzyiq və sosial müqayisə - 2023-cü ildə "PNAS" jurnalında dərc olunan “Online Aggression and Collective Stress” adlı araşdırma göstərdi ki, böyük sosial böhranlar (məsələn, iqtisadi qeyri-sabitlik və pandemiya) dövrlərində mənfi şərhlərin sayı 2–3 dəfə artır. Tədqiqatçılar bunu kollektiv emosional təzyiqin onlayn təzahürü kimi şərh edirlər. İnsanlar öz gərginliyini “başqasının uğuru” üzərindən boşaldır, xüsusilə də o uğur vizual şəkildə (şəkillər, müsbət paylaşımlar) təqdim olunanda.

Nəticədə, bütün bu tədqiqatlar bir istiqamətə işarə edir. Müasir insan artıq emosional aclıq içindədir. O, görünmək istəyir, amma rəqabətli, səsli və təzyiqli mühitdə görünmək çətinləşib.

Bu aclıq bəzən müsbət münasibətlə deyil, mənfi nəvazişlə doyurulur. Mənfi şərh, tənqid və ya istehza bunların hər biri “məni hiss et, məni gör” çağırışının başqa formasıdır. Əsl problem, mənfi rəyin çoxalması deyil, müsbət əlaqə qurma bacarığımızın azalmasıdır".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:351
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri