Icma.az
close
up
RU
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir

Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziya və radiolarda, influenserlərə, çöl və iç reklamlara xərclənir.  Hətta www.statista.com saytı 2025-ci il üzrə Azərbaycan reklam bazarını 298.24 milyon ABŞ dolları həcmində dəyərləndirib. Lakin bəzən reklam olsa da satış və marja sahibkarlar üçün kifayət etmir. Biznesin inkişafı xərclərlə proporsional olmur. O zaman problem haradadır sualı ortaya çıxır. 

Təbii ki, araşdırma, doğru ölçmə mexanizmləri olmadıqca müşahidə ilə fikir bildirmək çətinləşir. Lakin marketinq və kommuniksiya menecerləri də burda öz monotonluğunu qəbul etməlidir. Problem reklam sayında – çoxluğunda və ya azlığında yox, bütün brendlərin eyni dildə danışması, oxşar sloqanlardan istifadə etməsi, hətta eyni simalar, eyni influenserlərə müraciətindədir. Məsələn, bu gün bazarda çox brend var ki, fərqli olmaq istəyir, amma eyni cümlələri qurur: “mənim keyfiyyətim”, “münasib qiymətə”, “müştəri məmnuniyyəti”, “inanılmaz endirim” və s. İnsanlar artıq bu sloqanları eşitmir, bu çağırışlara fərqli və loyal yanaşmır. Çünki daha öncə eyni sloqanlarla bağlı müsbət və ya mənfi təcrübəsi var. Bunlar artıq istehlakçı üçün doğru çağırış yox, fon səsidir. Buna görə də artıq dünyanın lider markaları marketinqi yeniləyərək “neyro marketinq”ə fokuslanır. İnsan beyni seçicidir. O, yalnız ona toxunanı təhtəl yaddaşında saxlayır. Qalan hər şey avtomatik filterdən keçir və bloklanır. 

Günümüzün marketinqdə ən böyük səhv menecerlərin danışmaqla ünsiyyət qurmağı eyni şey olaraq görməsidir. Lakin müştərilərimiz üçün danışmaq təkcə mesajı ötürməkdir. Lakin onunla ünsiyyət, ona fərqli yanaşdığını hiss etməsidir. Yəni müştəri mesajla həyəcanlanmırsa, hərəkətə keçmirsə, o məlumatı paylaşmırsa xərclədiyiniz pul sadəcə itgidir. 

Son olaraq onu da qeyd edək ki, hər bir mesajın altında hərəkətverici və müştəriyə toxunan səbəb olmalıdır. O zaman bazarda fərqiniz hiss olunacaq. Çünki insanlar reklama yox, özlərini anlayanlara reaksiya verir.

Yazını hazırlayan Marketinq və kommunikasiyalar üzrə ekspert, Elvin Babayev. Daha çox yazıları izləmək üçün linkedin səhfəsini izləyə bilərsiniz: https://www.linkedin.com/in/elvin-babayev-menecer/ 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri