HƏRBÇİLƏR PREZİDENT FƏRMANININ İCRA OLUNMAMASINA ETİRAZ EDİRLƏR Növbəti şikayət
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, dünən Hurriyyet.az saytına müraciət edən bir qrup hərbçi “4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard hara gedir?!”, - deyərək maaşlarının hələ də artırılmamasına etiraz edirdilər. Onlar bildirirdilər ki, Prezident İlham Əliyevin 27 yanvar 2025-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların maaşı 10 faiz artırılsa da, 4 aydır bu artım Müdafiə Nazirliyinin hərbçilərinə şamil olunmur.
Bu gün daha bir qrup hərbçi tərəfindən redaksiyamıza müraciət daxil olub. Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmət edən və adlarının açıqlanmasını istəməyən hərbçilər Prezidentin tapşırığının 4 aydır icra olunmamasına etiraz edirlər: “Yanvarda Cənab Prezidentin verdiyimi sərəncama əsasən, hərbi qulluqçuların əmək haqları 10 faiz artmalı idi. Lakin hələ maaşlarımızda heç bir dəyişiklik edilməyib.
Üstəlik, 3 ay bundan qabaq məzuniyyətə çıxsaq da, məzuniyyət pullarımız indyədək karta vurulmayıb.
Onu da qeyd edək ki, bu işdə bəzi qaranlıq qalan məqamlar da var. Deməli, zabit heyətinə hər ay “paket pulu” vurulur, amma bu, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçulara şamil olunmur.
Sabah müharibə olsa, bizləri geridə saxlayacaqlar? Yoxsa, müharibədə iştirak etməyəcəyik? Müharibə dövründə də hər vəzifədən olan əsgərlərimiz şəhid oldu. Belə ayrı-seçkilik salmaq heç düzgün deyil”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Baxış sayı:79
Bu xəbər 23 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















