Icma.az
close
up
RU
Hərbi bazalar gücləndirilir

Hərbi bazalar gücləndirilir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib. Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Cəmi 3 mindən bir qədər çox əhalisi olan bu adalar onunla “məşhurdur” ki, ABŞ İkinci Dünya mühüribəsi zamanı 1944-cü ildə adanı yaponlardan təmizlədikdən sonra bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Hirosima cə Naqasaki şəhərlərinə atom bombası atıb. Hərbi bazanın bu dəfəki hədəfi ABŞ-ın strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir.
Marian adaları ABŞ-ın Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər ikisi Okinava və Quam adalarında yerləşib. ABŞ-ın bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları mövcuddur. Bölgə ölkələrindən Filippin də ABŞ-la hərbi müttəfiqliyi gücləndirib. Bu Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambodjada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.
Marian adasının yerli qubernatoru ABŞ hərbi bazasının genişlənməsinə verdiyi icazəni belə izah edib ki, sülh şəraitində yaşamaq üçün müdafiəni gücləndirmək lazımdır. Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvan adasını güc yoluyla ələ keçirmək istəyərsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. ABŞ-ın yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil. Tramp Amerikanın xaricində pul xərcləməyin əleyhinədir. Ancaq Tramp və onun komandası eyni zamanda Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin formalaşmasını da istəmirlər. Yaponiya və Tayvan ABŞ-ın strateji müttəfiqləridir. Vaşinqton həm Yaponiyanı, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək. Əsas məqsəd ABŞ-ın xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaq olacaq.
Bu arada, ABŞ, Avstraliya və Yaponiyanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Tayvan boğaı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan adası ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilib.
“Atlas” Araşdırmalar Mərkəzi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri