Icma.az
close
up
RU
Hərbi ekspert AZALı HƏDƏFƏ ALDI “Bunlar dəlidirlər, nədirlər?!” Yeni Çağ Media

Hərbi ekspert AZALı HƏDƏFƏ ALDI “Bunlar dəlidirlər, nədirlər?!” Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Düşünürəm ki, AZAL rəhbərliyi məsuliyyət daşıyır və cinayətkarlar cəzalandırılmalıdır”.

Bu sözləri Yeniçağ.az-a açıqlamasında hərbi ekspert Rey Kərimoğlu deyib.

O, 25 dekabr tarixində J2-8242 Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğramasını şərh edib:

“Ərazi Rusiya ərazisidir və orda Azərbaycan təyyarəsi vurulub. Mən düşünürəm ki, təyyarəni Rusiya vurub. Bildiyiniz kimi, ərazidə uzun müddətdir Ukraynanın hava zərbələri həyata keçirilir. Təkcə Şimali Qafqaz yox, eləcə də Həştərxan, Tatarıstan, Rostov və digər ərazilər Ukrayna ordusu tərəfindən hədəfə alınır, ərazilərdəki hərbi obyektlər, yanacaqdoldurma məntəqələri və digər infrastrukturlar vurulur. Ukrayna bunu hərbi qaydalara uyğun edir. Təyyarəmizi isə Rusiya vurub. Buna görə də Rusiya təcili şəkildə üzr istəməli və dövlətimiz bundan sonra digər prosedurları başlatmalıdır”.

Ekspert qəzada AZAL-ın rolunu şərh edərək aviaşirkətin qüsurlarından da bəhs edib:

“Digər tərəfdən, düşünürəm ki, AZAL çox ciddi qüsurlara yol verib. Burda cinayət hadisəsi var. Ərazinin təhlükəli olduğunu bildikləri halda oraya uçuşlar həyata keçiriblər. Hələ utanmaz-utanmaz təhlükəli sayıla biləcək əraziyə bu gün daha bir təyyarə göndəriblər. Bunlar xəstədirlər, dəlidirlər, bunlar harada yaşayırlar, xəbərləri yoxdurmu?! AZAL görmür ki, region müharibə zonasıdır və oraya sərnişin təyyarəsi göndərmək olmaz?! Mənə elə gəlir ki, bu iş ciddi araşdırılacaq və AZAL rəhbərliyi də təhlükəli əraziyə uçuşlar həyata keçirdiyinə görə məsuliyyət daşıyır və cinayətkarlar cəzalandırılacaq. Son olaraq onu bildirə bilərəm ki, bütün bu işlərin başında Rusiya dayanır. Ümid edirəm üzr istəyəcəklər. Bu məsələdə Rusiyanın adamı Kadırov da məsuliyyətə cəlb edilməli və cavab verməlidir”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri