Hərbi qeydiyyat qaydası sərtləşdirildi: Məlumat verməyənləri yüksək cərimə gözləyir
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada hərbi qeydiyyatla bağlı qaydalara dəyişiklik edilib. Rusiya prezidenti Vladimir Putin yaşayış yerinin dəyişdirilməsi barədə hərbi komissarlığa məlumat verilməməsinə görə cərimə nəzərdə tutan qanunu imzalayıb.
Moderator.az xəbər verir ki, yeni qaydalara əsasən, bu tələb artıq yalnız çağırış dövründə deyil, ilin bütün ayları ərzində qüvvədə olacaq.
Qanuna görə, vətəndaş yaşayış yerini üç aydan artıq müddətə dəyişdiyi halda bu barədə hərbi komissarlığı məlumatlandırmazsa, 10 min rubldan 20 min rubladək cərimə olunacaq.
Rəsmi izahda bildirilib ki, dəyişiklik hərbi uçotun dəqiqləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Yeni qaydaların yaxın dövrdə tam tətbiqinə başlanacağı gözlənilir.
Baxış sayı:79
Bu xəbər 16 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















