Icma.az
close
up
RU
Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir Sosial şəbəkələrdə qeyri etik tendensiya yayılıb

Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir Sosial şəbəkələrdə qeyri etik tendensiya yayılıb

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əvvəllər sosial şəbəkələrdə, xüsusilə də Tiktokda sadəcə qadın paltarları reklamlarında qadınların açıq-saçıq geyimləri ilə diqqət cəlb etməyə çalışırdılar. İndi isə restoranlar da, xüsusilə də, pivəxanalar bu yola ət atırlar.

Artıq bir çox kafe, restoran, geyim mağazası və ya gözəllik studiyası diqqət çəkmək üçün açıq-saçıq geyinmiş qızlardan istifadə edir. Guya bu, müştəri cəlb etməyin "müasir" yoludur. Amma əslində bu, cəmiyyətin zövqsüzlüyünün, mədəni səviyyəsinin və mənəvi boşluğunun açıq göstəricisidir.

Paltarsız paltar reklamı - Sosial şəbəkələrdə nəyi təbliğ edirlər?!

Qadın sadəcə "müştəri cəlb edən vasitə" kimi təqdim olunur. Qadının işi, davranışı, zövqü və savadı qiymətləndirilməli olduğu halda, bəzi sahibkarlar onu reklam alətinə çevirirlər. Bu, həm qadına, həm də cəmiyyətə hörmətsizlikdir. Həm insan ləyaqətinə, həm də peşə etikasına ziddir.

Əgər bir sahibkar öz işini bədən nümayişi ilə deyil, xidmət keyfiyyəti, səliqə, dürüstlük və mədəni münasibətlə tanıtdıra bilmirsə, deməli, onun biznesində dəyərlər yox, sadəcə görüntü var.

Qadın bədənindən reklam vasitəsi kimi istifadə etmək nə yenilikdir, nə də "azadlıq". Bu, sadəcə ucuz diqqət qazanmaq cəhdidir. Belə yerlər qısamüddətli maraq yaratsa da, uzunmüddətli etibar qazana bilmir.

Bu hal təkcə qadınlara deyil, kişilərə də təsir edir. Cəmiyyətin zövqü dəyişir, normal olan təbii davranışlar arxa plana keçir. Gənclər öyrənirlər ki, diqqət çəkməyin yolu əxlaq və bacarıqdan yox, cəlbedici geyimdən keçir. Bu, təhlükəli tendensiyadır.

Cəmiyyət o vaxt inkişaf edir ki, dəyər bədəndə yox, beyində, bacarıqda, davranışda ölçülür. Əks halda, hər parıltının arxasında boşluq gizlənəcək.

Mirzə
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri