Icma.az
close
up
RU
Sadə herpes (uçuq) viruslarından qorunaq!

Sadə herpes (uçuq) viruslarından qorunaq!

Icma.az, Saglamolun saytına istinadən bildirir.


Herpes -çox təhlükəli virusdur. Sadə herpes virusu sinir hüceyrələrinə daxil olur və burada yaşayır. Bu səbəbdən herpes infeksiyası sinir toxuması olan istənilən orqanlarda fəsadlar törədə bilər.


Sadə herpes virusları (Herpes simplex virus) Herpesviridae fəsiləsinin Simplexvirus cinsinə daxildir. Bu viruslar geniş yayılmaqla dünya əhalisinin böyük bir hissəsini zədələyir. Sadə herpes virusları insanlarda gingivostomatitlər, keratokonyuktivitlər, ensefalitlər, genital xəstəliklər və yenidoğulmuşlarda infeksiyalar kimi geniş spektrli xəstəliklər törədirlər. Sadə herpes virusunun iki tipi var:


• 1-ci tip sadə herpes virusu (SHV-1) - əsasən sifət nahiyyəsini, gözləri və mərkəzi sinir sistemini zədələyir;
• 2-ci tip sadə herpes virusu (SHV-2) - əsasən cinsi orqanları zədələyir.
Virus ətraf mühitin fiziki və kimyəvi amilllərinə (günəş şüalarının və ultrabənövşəyi şüaların, üzvi həlledicilərin, detergentlərin təsirinə) davamsızdır, məişət əşyalarının üzərində bir-neçə saat müddətində tələf olur. Liofil vəziyyətdə uzun müddət saxlanılır.


İnfeksiya mənbəyi xəstələr və virusgəzdiricilərdir. SHV-1 əsasən təmas yolu ilə, bəzən hava-damcı ilə yolu ilə yoluxur. Yoluxma daha çox erkən yaşlarda baş verir. SHV-2 əsasən təmas yolu ilə, o cümlədən cinsi yolla yoluxur, ona görə də bu virusla yoluxma cinsi fəaliyyət başladıqdan sonra müşahidə olunur, Virus anadan dölə transplasentar yolla, habelə doğuş yollarından yoluxa bilər.
Birincili herpesvirus infeksiyası mülayim gedişə malikdir, çox vaxt simptomsuz olur. Sonra viruslar yerli sinir uclarından daxil olaraq qanqlionlara (SHV-1 üçlü sinir qanqlionlarına, SHV-2 isə oma kələfi qanqlionlarına) gətirilir və burada latent infeksiya törədir.
Bu zaman neyronlar məhv olmur, lakin onların tərkibində virus genomu olur (bir hüceyrədə onlarla).
Latent infeksiyalaşmış qanqlionlarda neyronların 1%-i virus genomuna malik olur. Əksər şəxslər (təqribən 80%) virusun ömürlük gəzdiricisidirlər ki, viruslar onların sinir düyünlərində saxlanılaraq neyronlarda latent infeksiya törədir.
İnfeksiyalaşmış qanqlionlarda viruslar ömür boyu saxlanılır. İmmuniteti zəiflədən müxtəlif amillərin (soyuqlama, qızdırma, travma, stress, yanaşı gedən xəstəliklər və s.) təsirindən herpesvirus infeksiyalarının kəskinləşməsi (residivi) baş verir. Bəzi şəxslərdə virusların reaktivasiyasının ümumiyyətlə müşahidə edilməməsinin səbəbi naməlum olaraq qalır.
Sadə herpesivirus infeksiyalarının müxtəlif klinik təzahürləri vardır
Orofaringeal herpesivirus infeksiyaları SHV-1 ilə törədilir. Birincili infeksiya çox vaxt simptomsuzdur, lakin 1-5 yaşında uşaqlarda ağız boşluğu selikli qişasının və diş ətinin vezikulyoz və xoralızədələnmələrilə (gingivostomatitlə) təzahür edir. Xəsləlik qızdırma, boğaz ağrısı və ağız boşluğunda vezikulaların və xoraların əmələ gəlməsilə müşayiət olunur. Yaşlı şəxslərdə faringitlər və tonzilitlər müşahidə edilir. Yerli limfoadenopatiya mümkündür.


Xəstəliyin residivi əsasən dodaq nahiyyəsində -dərinin selikli qişaya keçid sərhəddində baş verdiyindən dodaq herpesi (uçuq)| adını almışdır. Dodaq herpesi zamanı vezikulaların əmələ gəlmə yerlərində güclü yandırıcı ağrı hiss edilir. Bir müddət sonra vezikulanın zirvəsi deşilir, yara əmələ gəlir ki, bu da sonradan qabıqla örtülərək sağalır. Vezikulalar quruduq¬dan və əmələ gəlmiş qabıqlar qop-duqdan sonra yerində çapıq əmələ gəlmir. Müəyyən müddət sonra xəs¬təliyin təkrar residivləri, adətən eyni nahiyyədə müşahidə edilir.
SHV-1 ilə törədilən kerato-konyuktivitlər də residivverən infeksiyalardır.
Xəstəlik gözdə keratitlər, buynuz qişada xoralar, yaxud göz qapağında vezikulaların əmələ gəlməsilə təzahür edir. Residivverən herpetik keratokonyuktivitlər ABŞ-da travmalardan sonra korneal korluğun əsas səbəblərindən biridir.
SHV-1 ilə törədilən ensefalitlər ağır gedişə malik olaraq yüksək letallığa malikdir. Sağalmış şəxslərdə çox vaxt qalıq neroloji əlamətlər müşahidə edilir.
Genital herpes əsasən SHV-2 ilə törədilir, lakin bəzən SHV-1 də genital herpesin klinik epizodlarının baş verməsinə səbəb ola bilər. Zədələnmə vezikulaların əmələ gəlməsi ilə təzahür edir ki, bunlar da tez bir zamanda xoralaşır. Xoralar adətən ağrılı olur, bəzən qızdırma, dizuriya və qasıq limfa düyünlərinin böyüməsilə ınüşayiət olunur. Kişilərdə ən çox penis, qadınlarda isə cinsiyyət dodaqları, uşaqlıq yolu və uşaqlıq boynu zədələnir. Müəyyən müddət sonra xəstəliyin residivləri, adətən eyni nahiyyədə müşahidə edilir.
Genital herpes zamanı aseptik meningitlər kimi ekstragenital fəsadlaşmalar mümkündür. Hesab edilir ki, SHV-2 uşaqlıq boynu xərçəngi törədə bilər.
Neonatal herpes, yaxud yenidoğulmuşların herpesi əsasən SHV-2 ilə törədilir. Ana bətnində, doğuş zamanı, yaxud doğuşdan sonra yoluxma mümkündür. Əksər hallarda yoluxma ananın doğuş yollarından keçərkən baş verir. Virus daxili orqanlara yayılmaqla generalizasiyalı infeksiya törədir. Yüksək letallığa malik olan neonatal herpes müalicə olunmadıqda təqribən 50% hallarda ölümlə nəticələnir.
Xəstəlik: 1) dəridə, gözlərdə, ağızda səpgilərin əmələ gəlməsi, 2) dəridə səpgilərlə, yaxud səpgilərsiz-ensefalitlər, 3) müxtəlif orqanlara, eləcə də | mərkəzi sinir sistemininə yayılmaqla gedə bilər. Yayılmış infeksiyalar daha çox ölümə səbəb olur. Ensefalitlər, virus pnevmonitləri və damardaxili koaqulopatiyalar ölümün əsas səbəblərindəndir, sağalmış uşaqların bir-çoxunda nevroloji əlamətlər müşahidə olunur.
Neonatal herpesin profilaktikası üçün əsas tədbir analarda genital herpesin aşkar edilməsi və müalicəsidir. Kesar kəsiyi də uşağın yoluxma riskini azaldır.
İmmun çatışmazlığı olan şəxslərdə SHV infeksiyalarının baş vermə riski daha yüksəkdir. Böyrək, ürək və sümük iliyinin transplantasiyası, eləçə də QİÇS və bədxassəli şişlər zamanı bu infeksiyalar xüsusən ağır gedişə malik olur. Belə hallarda respirator və həzm traktının seliklii qişalarının herpetik zədələnmələrilə disseminasiyalı |infeksiyalar inkişaf edir.

Virus infeksiyaları, eyni zamanda herpes (uçuq) viruslarından qorunmaq üçün immun sistemin normal fəaliyyəti çox vacibdir. İmmun sistemin normal fəaliyyəti üçün düzgün həyat tərzi, düzgün qidalanma, istirahət, düzgün yuxu rejiminə riayət etmək lazımdır. Bundan başqa immunmodulyasiya üçün Biotənzimləyici preparatlardan istifadə etmək olar.

Engystol
GÖSTƏRİŞ:
Virus infeksiyaları:
· KRVİ (qrip, paraqrip,
adenovirus və s.)
· Herpes infeksiyası
· Qızılca
· Su çiçəyi
· Kəskin və latent virus
infeksiyaları (HSV, CMV)
· Papilloma
· Virus hepatitləri
· Hamilələrdə virus infeksiyaları


Echinacea compositum cosmoplex


GÖSTƏRİŞLƏR:
· İnfeksion – iltihabi xəstəliklər (qızdırma və ya qızdırmasız)
· Tənəffüs yollarının infeksion iltihabi xəstəliklərinin profilaktika və müalicəsi
· Qeyri – spesifik immunitetin modulyasiyası

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see272

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see264

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see257

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see247

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see245

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see245

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see241

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see237

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see235

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see231

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see217

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see217

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see213

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see211

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see209

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see208

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see206

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see205

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri