Icma.az
close
up
RU
Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər

Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər

Azərbaycanda dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasında əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması, cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər.

Sonxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinə görə 3-cü müavinət növü dəfn müavinətidir. Dəfn üçün müavinətlər üzrə xərclər bu il ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb. Bu ilin I yarısında 20 311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da bu ilin proqnoz göstəricisinin 48,4 %-i qədərdir. I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 milyon manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2 %-i deməkdir. Növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı bu ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və yaxud 1,2% az proqnozlaşdırılıb. Növbəti il dəfn müavinəti üzrə xərclər bu ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb. Bu ilin I yarısında dəfn müavinəti ödənilmiş şəxslərin 19 478 nəfəri və yaxud 95,9 %-i əmək pensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 milyonmanatı və yaxud 97,5 %-i əmək pensiyaçılarının payına düşür. Bu ilin I yarısında vəfat etmiş əmək pensiyaçılarının sayı 16 870 nəfər olsa da, təqdim edilmiş məlumatda pensiyaçı üzrə olmaqla müavinətlə təmin edilmiş şəxslərin sayı 2 608 nəfər çox göstərilib ki, bu da pensiyaçının əvvəlki ildə vəfat etməsinə baxmayaraq müavinətin təyin edilməsi üçün bu il müraciət edilməsi ilə əlaqədardır. Məlumatlara əsasən 1 pensiyaçıya düşən orta müavinət məbləği 839,4 manat, 1 sığortaolunana düşən orta müavinət məbləği isə 495,9 manat təşkil edir.

"Qanunvericiliyə əsasən, sığortaolunanlara hesablanan dəfn müavinətinin məbləği 500 manat, əmək pensiyaçıları üzrə isə minimum əmək pensiyasının 3 misli, yəni 840 manatdır. Lakin növbəti ildə minimum əmək pensiyası məbləğinin artırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyinin gözlənildiyini nəzərə alsaq, artıq növbəti il üçün əmək pensiyaçılarına ödəniləcək dəfn müavinətinin məbləğinin də yüksələcəyini diqqətə almaq vacibdir. Belə ki, "Büdcə zərfi"nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin edilcəyi 41 500 halın nəzərdə tutulduğu, bu il müavinət təyin edilmiş halların əsas hissəsinin (bu il üzrə 95,9 %-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8 %-ə bərabər olan məbləğin tələb olunacağını göstərir. Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və yaxud sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər", - deyə Rəydə qeyd olunub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri