Icma.az
close
up
RU
Hesablama Palatasının aparat rəhbəri: Orta Müddətli Xərclər Çərçivəsinin auditi planlaşdırılır Müsahibə

Hesablama Palatasının aparat rəhbəri: Orta Müddətli Xərclər Çərçivəsinin auditi planlaşdırılır Müsahibə

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

APA-Economics” Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyəti ilə bağlı Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə ilə müsahibəni təqdim edir.

- Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planının bu il son ilidir. Strateji Planla nələr əldə edildi?

- Qeyd etdiyiniz kimi, 2021-2025-ci illəri əhatə edən Strateji Planın (SP) icra müddəti bu ilin sonunda başa çatır. SP ilə müxtəlif sahələrdə Hesablama Palatasının inkişafı üçün mühüm işlər görülmüş və nəzərdə tutulan əksər hədəflərə nail olunub. Ölkəmizdə dövlət auditinin beynəlxalq standartlara uyğunluğu təmin edilib, auditin əhatə dairəsi artırılıb,səmərəlilik auditlərinin geniş şəkildə tətbiqinə başlanılıb. Bundan əlavə, ilk dəfə olaraq bəzi iri həcmli vəsait icra edən qurumların konsolidə edilmiş maliyyə hesabatlarının auditi keçirilib, kənar dövlət maliyyə nəzarəti tədbirləri üzərindən büdcələrə rəylərin verilməsinə başlanılıb, həm rəylər, həm də auditlər üzrə təklif və tövsiyələrin izlənilməsi üçün mexanizmlər qurulub və onların icra faizi artırılıb. Həmçinin, icra qurumlarının hesabatlarında tövsiyələrimizin icrası barədə məlumat verilib. Ölkədə ilk dəfə olaraq illik hesabatvermədə Hesablama Palatası tərəfindən nəticəəsaslı büdcə modelindən istifadə edilib, beynəlxalq audit təşkilatlarının İdarə Heyətində və Audit Komitələrində üzvlük təmin edilib, kadr potensialı gücləndirilib, rəqəmsal həllərdən istifadə genişləndirilib, o cümlədən yeni Dövlət Auditi İnformasiya Sisteminin qurulmasına başlanılıb.

- Ölkədə ilk dəfə olaraq hesabatvermədə nəticəəsaslı büdcə modelindən istifadə etmisiniz. Bu nə deməkdir?

- Nəticəəsaslı büdcə dövlət vəsaitinin ayrılmasının fəaliyyət (nəticə) göstəriciləri ilə əsaslandırılmasını və vəsaitin icrasının bu göstəricilərə uyğun ölçülməsini tələb edir. Biz illik hesabatlarda strateji sənədimizin illik əməliyyat planlarını müvafiq büdcənin icrası ilə əks etdirdik. Məsələn, illər üzrə Strateji Planın illik Əməliyyat Planlarında nəzərdə tutulmuş fəaliyyətlərdən 90%-dən çoxunun icrası təmin edilib. Eyni zamanda, illik planların icrasının izlənilməsi üçün hazırlanan və əsas performans göstəricisindən (KPI) ibarət olan Monitorinq Çərçivəsi üzrə də ilin yekunları üzrə faktiki göstəricilərin icra faizi yüksək (80%-dən çox) olub. Müvafiq illər üzrə büdcəmizin icra faizi isə 80% ətrafında olub.
Bu yanaşmanın tətbiqində məqsədimiz ölkəmizdə aparılan nəticəəsaslı büdcə islahatına dəstək verməkdir. Qurumlar praktik olaraq bizim timsalımızda “Strateji planlar necə hazırlanmalı, icra edilməli və izlənilməlidir?” nümunəsi ilə tanış olurlar.


-Hesablama Palatasının yeni dövr üzrə strateji prioritetlərini necə qiymətləndirirsiniz? Başqa sözlə, əsas hədəflər nədən ibarət olacaq?

-2021-2025-ci illər üzrə faktiki həyata keçirilmiş fəaliyyətləri, SAI PMF və həmkar qiymətləndirməsinin, habelə cari vəziyyətinin təhlili üzrə digər alətlərin nəticələrini təhlil edərək biz növbəti 5 illik dövr üçün peşəkar və təşkilati inkişaf strategiyasını hazırlamışıq. Məqsədimiz müəyyən edilmiş problemləri həll etmək, mövcud nailiyyətləri qorumaq və gücləndirmək, iddialı hədəflərə nail olmaqdır.
Növbəti 5 ildə biz diqqəti Dövlət Auditi İnformasiya sisteminin qurulması, digər dövlət qurumların informasiya sistemlərinə inteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektin tətbiqi və data analitika alətlərindən istifadənin genişləndirilməsi, yüksək keyfiyyətli dövlət auditi təcrübəsinin davam etdirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi, OMXÇ-nin auditi, tövsiyələrimiz əsasında dövlət maliyyəsinin idarəedilməsinin təkmilləşdirilməsi, qlobal təşəbbüslərə dəstəyin verilməsi, beynəlxalq ali audit orqanı cəmiyyətində peşəkar imicin bir qədər də artırılması və s. kimi prioritetlərə yönəltməyi hədəfləyirik. Hazırda yeni Strateji Planımızın layihəsi hazırdır. İlin sonuna kimi Kollegiya iclasında müzakirə edilərək təsdiqlənməsi nəzərdə tutulur.

-Dövlət Auditi İnformasiya Sisteminin qurulmasının məqsədi nədir?

- Bildiyiniz kimi, müasir dövlət auditi artıq ənənəvi yoxlamalar ilə kifayətlənmir və böyük verilər, maşın öyrənməsi və süni intellektin kütləvi tətbiqinə doğru sürətlə inkişaf edir. Dövlət Auditi İnformasiya Sistemi bu müasir texnologiyaları və analitik imkanları kənar dövlət maliyyə nəzarəti və büdcə prosesində irəli gələn fəaliyyətimizə inteqrasiya etməyi hədəfləyir.
Sistemin əsas məqsədi dövlət qurumlarından müxtəlif məlumat və hesabatları mərkəzi platformada toplamaq, icmallaşdırmaq, çeşidləmək və rəqəmsal həllərdən istifadə edərək təhlil etmək (emal etmək) və risk ssenariləri əsasında nəticələr əldə etməkdir.
Sadə dildə desək, DAİS data analitikası və Bİ alətləri ilə təkrarlanan tapşırıqları avtomatlaşdıraraq istifadəçilərə vaxt qazandırmaqla ilkin tapıntıları aşkarlamağa və aidiyyəti proseslərin ümumi keyfiyyətini və səmərəliliyini artırmağa imkan verəcək.

- Milli Məclisdə Hesablama Palatasının xərclər smetası müzakirə edilirdi. Xərclər üzrə artımı təklif etdiniz. Artım hansı istiqamətə yönəlib? Ümumiyyətlə, maliyyə təminatınızda problemlər mövcuddurmu?

- Xeyr, Hesablama Palatasının maliyyə təminatımızda heç bir problem yoxdur. Bunun hüquqi əsasını “Hesablama Palatası haqqında” Qanun müəyyən edir. Burada göstərilir ki, ayrılan vəsait normal fəaliyyətimizə imkan verməli, eyni zamanda hər növbəti ilin cari xərcləri əvvəlki ildən az olmamalıdır.
İlkin layihə ilə müqayisədə artım təklifimiz isə əsasən yaradılmasına başlanılan informasiya sistemi üzrədir. Belə ki, növbəti ildə İS üzrə daha geniş həcmli işlərin həyata keçirilməsinə ehtiyac yaranacağı nəzərə alınmaqla artım təklif olunmuşdur.
Ümumilikdə artım məbləği xərclər smetasının 1%-nə bərabərdir.

- Son dövrlər Hesablama Palatası müxtəlif dövlət orqanları və beynəlxalq təşkilatlarla memorandumlar imzalayır. Burada xüsusilə təlim fəaliyyəti ön plana çıxır. Bilmək istəyirik ki, bu fəaliyyətlər yalnız Hesablama Palatasının əməkdaşları üçün nəzərdə tutulub və ya maraqlı tərəflər də bu imkanlardan yararlana biləcək?

- Bəli, son dövrlərdə bu kimi təşəbbüslərdə artım izlənilir. Məqsədimiz həm qurumumuzun əməkdaşlarının potensialının artırılmasına, həm də müxtəlif dövlət qurumları üçün bəzi mövzularda təlimlərin keçirilməsi ilə aidiyyəti sahədə irəliləyişlərin əldə edilməsinə yönəlib. Məsələn, növbəti il üçün dövlət satınalmaları, maliyyə hesabatlılığı, OMXÇ və onun auditi və s. mövzularda qurumlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, növbəti illərdə müvafiq qurumlarla birgə daha 1 təşəbbüslə çıxış etmək istəyirik. Bu, İctimai sektorda Peşəkar Auditor Layihəsinin hazırlanması və tətbiqidir. Bu istiqamətdə hələ ki, başlanğıc nöqtəsindəyik.

- Hesablama Palatası hər ilin büdcə layihəsi ilə yanaşı, bir sıra Fondların büdcə layihəsinə rəy verir. Amma burada İcbari Tibbi Sığorta Fondu (İTSF) yer almır. Bu nə ilə bağlıdır?

- İcbari Tibbi Sığorta Fondu ilə bağlı tənzimləmə nisbətən yenidir. 2022-ci ildə “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilərək Fond icmal büdcənin komponentlərinə daxil edilib.
Hesablama Palatasının Fondun auditini aparması ilə bağlı hər hansı problemi yoxdur və audit həyata keçirilib, nəticələr açıqlanıb.
Lakin Fondun büdcə layihəsinə və icrasına rəy verilməsi qanunvericilikdə təsbit edilməyib. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə müzakirələr aparılır və gələcəkdə qanunvericiliyə dəyişiklik edilməsi istisna olunmur.

- MİDA-nın fəaliyyəti, xüsusilə mənzillərin satış mərhələsində sistemdə yaranan problemlərlə bağlı gündəmdədir. Hesablama Palatası bu fəaliyyəti qiymətləndiribmi?

- Hesablama Palatasının rəsmi saytında “audit təklif et” bölməsi mövcuddur və vətəndaşlar bu bölmə vasitəsilə istənilən dövlət qurumu üzrə audit təklifi irəli sürə bilirlər. Daxil olan müraciətlər risk qiymətləndirilməsi əsasında dəyərləndirilir. Burada icra olunan vəsaitin həcmi, əvvəlki auditlərin aparılıb-aparılmaması və s. meyarlar nəzərə alınır.
MİDA ilə bağlı bir neçə il əvvəl audit aparılıb və nəticələr illik hesabatda əks olunub. Ümumilikdə vətəndaşların müraciət və təklifləri diqqətlə nəzərdən keçirilir və zərurət yaranarsa, bu müraciətlər audit üçün əsas ola bilər.

- Vətəndaş müraciətləri əsasında audit aparılan qurumlar olubmu?

- Bəli, məsələn, İcbari Tibbi Sığorta Fondunda audit məhz bu cür vətəndaş müraciətləri əsasında aparılan risk qiymətləndirilməsinə əsasən müəyyən edilib.

- Dövlət satınalmaları üzrə nəzarət necə həyata keçirilir?

- Dövlət satınalmaları büdcə vəsaitlərinin əhəmiyyətli hissəsini təşkil edir və Hesablama Palatasının auditlərinin əsas predmetlərindəndir. Auditlərin 80% ətrafında bu sahə əhatə olunur. Palata öz satınalmalarını da beynəlxalq effektivlik göstəriciləri əsasında qiymətləndirir və bu məlumatları ictimaiyyətlə bölüşür. Məqsəd digər qurumlarına nümunə olmaqdır.

- Büdcə xərclərinin effektivliyi cəmiyyət üçün necə şəffaf ola bilər?

- Hazırda dövlət sektorunda nəticəəsaslı büdcə modelinə keçid prosesi davam edir və sizin qeyd etdiyiniz məsələ məhz bu yanaşmada nəzərə alınır. Yəni dövlət qurumu büdcədən vəsait istəyərkən yalnız xərclənəcək məbləği deyil, həmin vəsait hesabına hansı nəticələri əldə etməyi planlaşdırdığını da göstərməlidir. İlin sonunda isə “bu qədər vəsait icra etdim və bu nəticələri əldə etdim” məntiqi ilə hesabatvermə formalaşır. Bu, büdcə xərclərinin yalnız icra səviyyəsinə görə deyil, eyni zamanda nəticəsinə və effektivliyinə görə qiymətləndirilməsi üçün imkan yaradır.
Bu yanaşma hazırda Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) tətbiq olunan bölmələrdə müəyyən formada tətbiq edilir. Eyni zamanda, islahatın icrası ilə bağlı təkmilləşdirilməli sahələri də görürük və bu məsələləri öz rəylərimizdə qeyd edirik. İslahat büdcəyə tam şamil edildikdən sonra büdcə vəsaitlərinin istifadəsinin nəticəsini və effektivliyini daha aydın şəkildə görmək mümkün olacaq.
Bu modelin üstünlüyü ondan ibarətdir ki, xərcləmə ilə nəticə arasında əlaqə güclənir və dövlət sektorunda fəaliyyət göstəriciləri ilə büdcə planlaması arasında daha sistemli bağ qurulur. Keçid hissə-hissə aparılır. Hesablama Palatası da yeni strateji planda OMXÇ-nin auditini nəzərdə tutur və ehtimal edirik ki, bu istiqamətdə auditin nəticələrini növbəti illərdə açıqlaya biləcəyik.

Foto: İlkin Nəbiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri