Icma.az
close
up
RU
Həsrət Məmmədyarov: “Qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq” MÜSAHİBƏ

Həsrət Məmmədyarov: “Qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Qadın güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan birinciliklərini dəyərləndirib, gələcək yarışlarla bağlı danışıb.

- İlk dəfə Astarada keçirilən qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi haqqında təəssüratlarınız necədir?

- Sözsüz, bu yarışın gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır.

- Ölkə birinciliyindən sonra Türkiyədə hər il keçirilən “Zəfər kuboku” turnirində iştirak etdiniz. Ancaq medal olmadı…

- Türkiyədə keçirilən yarış haqqında onu deyə bilərəm ki, mən ora ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevi apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəliydi. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlarımız da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq.

- İyunda keçiriləcək U-17 və U-15 Avropa çempionatlarına hazırlıq necə gedir?

- Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hal-hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlərimiz keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq.

- Avropa çempionatında hansı nəticəyə ümid edirsiniz?

-İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq prosesi keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, AÇ üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U20 yaş qrupuna keçməsi heyətimizi bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü nailiyyətlərə nail ola bilərik.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see163

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see142

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see138

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see131

Almaxanım ana oldu

04 İyul 2025 15:22see131

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see128

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see122

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see122

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see122

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see120

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see118

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see118

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see114

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri