“Həyat məni sındırdı…”
Icma.az bildirir, Olay.az portalına istinadən.
Aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt ilə boşandıqdan sonra şəxsi həyatı barədə nadir açıqlama verib.
OLAY yazır ki, yeni filmi “Couture 51”in təqdimat mərasimində verdiyi müsahibədə 51 yaşlı aktrisa uşaqlarının böyüməsinin onun özünü dərk etməsinə və bu gün özünə baxışına necə təsir etdiyindən danışıb.
Söhbətin davamında aktrisa etiraf edib ki, bütün diqqətini övladlarına yönəltdiyi üçün Pittdən boşandıqdan sonra heç kimlə münasibət qurmayıb.
Bununla belə, Ancelina gələcəyə nikbin baxdığını və həyatının yeni mərhələsinə başlamağa hazır olduğunu bildirib.
“Mən özümü 51 yaşında hiss etmirəm və qocalıq haqqında düşünməyə hələ hazır deyiləm. Hiss edirəm ki, yenidən yaşamalıyam. Yenidən azad olmalıyam. Çünki mənə elə gəlir ki, həyat məni bir qədər sındırıb” deyə aktrisa etiraf edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 İyun 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















