Icma.az
close
up
RU
Həyat yoldaşıma heç nə almıram, deyir ki, sən özün mənə hədiyyəsən Aqil Abbas

Həyat yoldaşıma heç nə almıram, deyir ki, sən özün mənə hədiyyəsən Aqil Abbas

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Bu gün dünyada 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edilir.

Teleqraf-ın əməkdaşı bununla bağlı ictimaiyyətin tanınmış nümayəndələrinə 8 Mart-Beynəlxalq Qadınlar Günündə ailənizdəki xanımlara hansı hədiyyəni bağışlayırsınız" sualı ilə müraciət edib.

Sorğunun nəticəsini təqdim edirik:

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, 8 Mart-Beynəlxalq Qadınlar Günündə həyat yoldaşı və qızına gül dəstəsi bağışlayır: "Həmişə həyat yoldaşım və qızımı gül dəstəsi ilə təbrik edirəm. Bütün xanımlara ən səmimi arzularımı çatdırıram. Öz ailəmin timsalında bütün xanımlara cansağlığı, xoşbəxtlik arzu edirəm. Xanım üçün ilk olaraq xoşbəxtlik və cansağlığıdır. Həmişə ailələlərinin üstündə olsunlar. Bizim ailədə ənənə belədir, həmişə xanımlara gül hədiyyə edirəm. Adamın üzərində Allah var, məndən başqa hədiyyə tələb etmirlər. Qızım və həyat yoldaşım üçün əsas diqqət olsun, o da şükür Allaha var".

Millət vəkili Zahid Oruc deyib ki, 8 Martda ailəsindəki xanımlar üçün xüsusi ənənə formalaşmayıb: "Xanıma diqqət göstərmək baxımından, bayram münasibətilə süfrə açılır və bir arada həyat yoldaşım və qızımın xoş təəssüratlarını bölüşürük. Gül və xüsusi hədiyyə bağışlamaq kimi ənənəmiz dərin olmayıb. Amma səmimi və açıq deyim ki, qızıma aşırı dərəcədə bağlılığımız olduğuna rəğmən xüsusi olaraq tələbələlik illərində bu diqqəti müxtəlif formalarda "8 Mart-Beynəlxaq Qadınlar Günü" üzərindən göstərməyə çalışmışıq. Onun hansısa məsələsinə, qayğısına yardımçı olmuşuq, o cümlədən də hədiyyələr təqdim etmişik. Amma qızım qəti şəkildə bunun əleyhinədir. O valideyndən artıq dərəcədə diqqət, əlavə qayğı və maddi yardım götürmək kimi xarakterə malik deyil. Özünü kifayət qədər qürurlu aparır. İndi də belədir. Hətta, açıq desəm, qızım sizin sorğunu oxuduqdan sonra təəccüblənəcək və bəlkə ondan sonra əlavə hüquq və imtiyazlarla silahlanıb gələcəkdə üzərimizə gələ bilər (gülümsəyir). Amma indiki halda çox sadə, bir daha söyləyirəm ki, "8 Mart-Beynəlxaq Qadınlar Günü"ndə evimizdə süfrə açılır və ailəlikcə həyat yoldaşımı təbrik edirik, ona xüsusi rəğbətimizi, ehtiramımızı göstəririk. Düzünü deyim ki, siyasi fəaliyyətimin on illəri ərzində görməmişəm ki, 8 Mart onlar üçün fövqəladə təqvim olsun. O davranışı ortaya gətirməyiblər və belə bir zərurət yaratmayıblar".

"Bəs, xarici ölkələrə gedərkən həyat yoldaşınıza və qızınıza "Dolce Gabbana" , "Versace" kimi bahalı brendlərdən hədiyyə almısınızmı" sualına "Burada həm maddi faktor, həm istək, zövq, övladın bu məsələyə münasibəti və sair bir çox amillər var. Amma düzünü deyim ki, son dərəcə sadə bir həyata üstünlük vermişik. Ümumiyyətlə, xüsusi bayramlarda nə qızım, nə də oğlum heç vaxt hədiyyə istəməyiblər. Amma valideyn olaraq övladlarımıza müəyyən hədiyyələr etmişik, onların ehtiyac duyduğu, sadə-fədakar valideyn nümunəsini göstərməyə çalışmışıq", - deyə Z.Oruc bildirib.

Millət vəkili Ceyhun Məmmədov ailəsindəki xanımlara müxtəlif hədiyyələr təqdim edib:

"Əsasən, ailəmdəki xanımlara gül hədiyyəsi təqdim edirəm. Bu bayramda həyat yoldaşımı, bacılarımı, onların qızlarını və anamı təbrik edirəm. Ailə üzvlərimə fərqli hədiyyələrə gəlincə ətir, gül hədiyyə etmişəm. Onlara hədiyyə təqdim etməsəm belə, normal qarşılayarlar. Amma ənənəyə sadiq qalaraq həmişə çalışıram ki, mütləq hədiyyə ilə təbrik edim. Hərdən işimizin çoxluğu ilə əlaqədər hədiyyə təqdim edə bilmirik, amma bu bizim ailədə problem yaratmır. Xanımların zövqləri müxtəlifdir. Biri ətir, biri gül xoşlayır. Mənim fikrim elədir ki, xanımın nəyə ehtiyacı varsa, nəyi arzulayırsa, bəylər həmin hədiyyəni bağışlasınlar. Təqdim etdiyim hədiyyənin qiyməti 50-150 manat civarında olub. 8 Mart-Beynəxlaq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirəm. Qadınlar yalnız bu gün deyil, hər zaman diqqətə layiq olmalıdırlar. Kişilərə də arzu edirəm ki, həyatları heç vaxt xanımlarsız olmasın".

Xalq artisti Siyavuş Kərimi vurğulayıb ki, qadınlara sevgi yalnız bayramda deyil, il boyu göstərilməlidir: "Təkcə 8 Mart-Beynəlxalq Qadınlar Günündə gül hədiyyə etmirəm, başqa günlərdə də gül hədiyyə edirəm. Bu gün bütün kişilər kimi qadınlarımızı təbrik edirik, amma öz ürəyimiz kimi sevirik. Həyat yoldaşıma daha çox gül hədiyyə edirəm. Çünki həyat yoldaşım çiçəklərə qulluq etməyi də çox sevir. Bu gün münasibətilə bütün qadınları təbrik edirik, xüsusilə anaları, nənələri, gəlinləri, qızları. Oğlanlarım Amerikada yaşayır, verdiyiniz imkandan istifadə edib gəlinlərimi də təbrik edirəm!"

Rejissor Emil Quliyev deyib ki, 8 Mart- Beynəlxalq Qadınlar Günü ailəsində təmtəraqlı qeyd edilmir: "Düzü, bu bayramda sevinmirəm, çünki bununla bağlı pis xatirələrim var. Ümid edirəm ki, bu dəfə baryeri aşacam. Çox güman ki, həyat yoldaşımla hansısa məkana gedəcəyik. Ona hər zaman gül dəstəsi və boyunbağı hədiyyə edirəm. Bu dəfə həyat yoldaşımı və qızımı təbrik edəcəm. Bütün Azərbaycan qadınlarının bayramını təbrik edirəm və gülüş üzlərindən əskik olmasın!"

Bir müddət əvvəl Vəkillər Kollegiyası tərəfindən tənqid edilən "Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının rejissoru xanım vəkillərə də təbrik ünvanlayıb.

"Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə bildirib ki, hər zaman həyat yoldaşının bayramını təbrik edir və hədiyyə bağışlayır: "Həyat yoldaşıma hədiyyə bağışlamasam da, təbii qarşılayar. Ümumiyyətlə, bayramda hədiyyə almaq lazımdır. Daim həyat yoldaşıma gül və ətir hədiyyə edirəm. Bu gün üçün isə sürprizim olacaq. Bu sirr qalsın. Bütün xanımları təbrik edirəm. Arzu edirəm ki, hər zaman dəyərləri bilinsin, yalnız bayramlarda deyil".

Millət vəkili Aqil Abbas deyib ki, 8 Martda heç vaxt həyat yoldaşına hədiyyə bağışlamır: "Ailəmdəki xanımların bayramını təbrik edirəm. İki gəlinim və dörd nəvəm var. Nəvələrimə oyuncaq alıram, gəlinlərimə pul verirəm ki, özləri istədikləri hədiyyəni alsınlar, amma həyat yoldaşıma heç nə almıram. Həyat yoldaşım deyir ki, sən özün mənə hədiyyəsən. Evə tort alıram, amma həyat yoldaşım tort da yemir. Həyat yoldaşımla 43 ildir evliyik, yalnız nişanlı olanda gül almışam, evlənəndən sonra hədiyyə istəməyib. Mən həyat yoldaşıma hər gün xoş arzularımı bildirirəm, yalnız 8 Mart-Beynəlxalq Qadınlar Günündə deyil".

Xalq artisti Rasim Balayev də bayramda həyat yoldaşına və gəlinlərinə gül və ətir bağışlayanlar sırasındadır: "Onlara böyük bir hədiyyəm olmayıb. Elə bayram olub ki, həyat yoldaşıma hədiyyə almamışam, bu baxır, maaşın nə vaxt verilməsinə. Hədiyyə almayanda da həyat yoldaşım normal qarşılayır. Ən bahalı hədiyyənin qiyməti 150-200 manat olub. Çox yüksək qiymət olmayıb".

Xalq artisti Alim Qasımov isə deyib ki, ailəsində "8 Mart-Beynəlxalq Qadınlar Günü" xüsusi qeyd edilmir: "Çünki biz hər gün onların qayğısına qalırıq, maraqlanırıq. Ruzimizi bölüşürük, süfrə açırıq. Ona görə də bu bayram bizim üçün çox önəmli deyil. Süfrə açılmaqla da bayramı qeyd etmək olar. Gül almaq heyifdir, düzdür, mənə konsert proqramlarında gül dəstələri bağışlayırlar, amma onu israfçılıq kimi qəbul edirəm. Ümumiyyətlə, bayramlarda gözəl münasibət hədiyyədən də üstündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri