Icma.az
close
up
RU
Həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib Anar Əliyev

Həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib Anar Əliyev

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amili durur. Bunun nəticəsidir ki, son illərdə sosial müdafiə sistemində ardıcıl və dərin islahatlar həyata keçirilir. 2018-2025-ci illər ərzində həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və həmin ayrılan illik əlavə vəsait 7 milyard 600 milyon manat təşkil edib. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, qeyd olunan dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb. Dövlət sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 1,9 milyard manata yüksəlib. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb. Ötən müddət ərzində əmək müqavilələrinin sayı isə 41 faiz artaraq 1 milyon 851 minə çatıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artıb. Bunun da böyük hissəsi özəl sektorun payına düşüb. "Həmin göstəricilər ölkəmizin sosial sahədə həm miqyas, həm də keyfiyyət baxımından əhəmiyyətli nailiyyətləri nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, postmüharibə dövründə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi diqqət mərkəzində olub, 132 min unikal şəxsə 400 mindən çox xidmət göstərilib. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu dövr ərzində şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 6 min 800 mənzil verilib, 28 min nəfər məşğulluq tədbirlərlə cəlb edilib, 11 min nəfərə 89 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib", - deyə nazir vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri