Icma.az
close
up
RU
Həyata keçirlən iqtisadi strategiyanın uğuru

Həyata keçirlən iqtisadi strategiyanın uğuru

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Elimlər Akademiyasının 80 illiyi ilə bağlı keçirildiyi yubiley iclasda geniş nitqlə çıxış edən Prezident İlham Əliyev texnoloji inkişafa, rəqəmsallaşmanın, süni intelektin, hərbi sənayenin inkişafında və işğaldan azad olunmuş ərazilərdə geoloji işlərin aparılmasında alimlərin iştirakı məsələsini vacib hesab etdi. Dövlət başçımız qeyd etdi ki, “Hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir.”

Müasir dünyada təbbi resurslar ölkənin inkişafında öz yerini cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı üzərinə keçirməlidir. Qabaqcıl inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına diqqət yetirsək görərik ki, həmin ölkələrin inkişafında əsas yeri texnoloji və intelektual inkişaf dayanır. Dövlət başçımızın çıxışda ölkəmizin iqtisadi inkişafı ilə bağlı danışmazdan əvvəl texnoloji, rəqəmsallaşma, süni intelekt və hərbi sənayesinin inkişafına toxunması heç də təsadüfdən irəli gəlməyib. Çünki, ölkəmizdə müasir iqtisadi inkişaf modelinə keçid edilir və bu prosesdə alimlərin iştirakı keçid prosesini daha elmi əsaslarla uğurlu edəcəkdir.

Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun üzərinə keçid edilir. Gələn ilin dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfertləri azaltmaqla qeyri-neft sektorundan gələn gəlirlərinin 8% artırılmasının proqnozlaşdırılması bu sektorun iqtisadiyyatda artan payından irəli gəlir. Cari ilin 9 ayında ölkənin ÜDM-in artımı 1,3% olduğu halda qeyri neft sektorunda 2,9% artması artıq qeyri-neft iqtisadiyyatının prioritet olmasına keçidin göstəricisidir. Son vaxtlar enerji resurslarının ÜDM-də payı azalması neftin hasilatının azalması ilə bağlıdır. Məsələn, cari ilin 9 ayında neft hasilatı sektorunda 4,6% azalma olmasına baxmayaraq qaz hasilatında 2,8% artıma nail olunaraq ümumi enerji istehsalının azalmasını 1,9% səviyyəsinə qərarlaşmasına baxmayaraq ümumi ÜDM artım tempinin qorunub saxlanılması qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Bu baxımdan qeyri-neft sektorun texnoloji inkiaşf, rəqmsallaşma və süni intelektin üzərinə keçid edilməsi ümumi iqtisadi inkişaf göstəricilərini nəinki qoruyub saxlanmasına, həm də inkişaf dinamikasında yeni uğurlu nəticələrin əldə olunmasına imkan verəcəkdir. Ona görə də dövlət başçımız çıxışda texnoloji inkişafa investisyaların qoyulmasının vacibliyini bir daha vurğuladı. Makro iqtisadi göstəricilərə toxunan dövlət başçımız xarici dövlət borcunun ÜDM-in 6% olduğunu qeyd edərək valyuta ehtiyatlarımızdan 16 dəfə aşağı olduğunu diqqətə çatdırdı. Bəli, Azərbaycan dünyada çox az ölkələrdəndir ki, xarici dövlət borcunu bir neçə ayda ödəyib sıfırlamaq imkanına malikdir. Bu gün inkişaf etmiş ölkələrin çoxunda xarici dövlət borcu həmin ölkələrin ÜDM -in 100% və daha çoxdur. Ölkəmizdə həyata keçirlən iqtisadi strategiyanın uğurudur ki, ölkəmiz həm regional inkişaf layihələri icra edir, həm də valyuta ehtiyatlarını artırır. Biz hər ilə dövlət büdcəsindən 4 milyard manata yaxın vəsaiti işğaldan azad olunmuş ərazilərə yatırırıq. Dövlət büdcəmizin qarşısnda ölkə ərazilərinin yenidən qurulması və bərpası kimi böyük vəzifələr dayanır. Təbii ki, Böyük Qayıdışa dair dövlət Proqramı uğurla icra olunur və işğaldan azad olunmuş ərazilərdə yeni şəhər və kəndlər tikilərək keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılır. Həm də paralel olaraq digər rayonlarda da sosial infrastruktur layihələrin icrası davam etdirilir. Yəni, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirlməsi ilə ərsəyə gələn dövlət büdcəsi böyük xərclər qarşılığında iqtisadiyyatın inkişaf dinamikasını qoruyub saxlayır. Amma bu templeri sürətləndirmək üçün isə alimlərimizin iştirakı ilə iqtisadiyyatın texologiyalar üzərində süni intelektin tətbiqi ilə davam etdirlməsi prioritetdir.

Azər Badamov

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlılq komitəsinin sədrinin müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri