Icma.az
close
up
RU
Həyata və Ölümə tələsənlər...

Həyata və Ölümə tələsənlər...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Çörəklə xəbər bazarda özlərini eyni cür aparır. İnsan qidasız, susuz çox dözə bilmir. Üstəlik telefonunu al, internetini kəs, gör, orqanizmi necə reaksiya verəcək. İnsanın iç kimyasında elə reaksiyalar gedəcək ki! Ağlın çaşar!

Çörəksiz yaşamaq çətindir, amma xəbərsiz qalmaq bəlkə ondan da müşkül olub artıq. İndiki informasiya əsrində çoxumuz informasiyanın əsirinə çevrilmişik. Hələ dezinformaiyanın köləliliyinə düşənlərimizi heç demirəm.

Bir az əvvəl xəbərlə çörəyin həyatımızda eyni, ya da demək olar, eyni yeri tutduğunu yazdım. Ancaq xəbər də var xəbər! Kriminal xronikanı çörəkdən də çox və daha iştahla "yeyirik". Kiminsə başına bir hadisə gəlməsə, tanıdığımız və ya tanımadığımız bir şəxs fəlakətlə üzləşməsə, biz də bundan vaxtında xəbər tutmasaq, sanki yaşaya bilmərik.

Əslində bunun psixoloji izahı var: insan başqasının fəlakətinə baxıb: "Şükür, o, mən deyiləm" deyə təskinlik tapır. Şair demişkən, "hələ yaşamağa dəyər bir az da" moduna keçir.

Ümumiyyətlə, insanın bütün həyatı da, ölümü də qeyri-səlis məntiqə əsaslanır. Bu, sevgidə də beləymiş; Vaqif Bayatlı çox gözəl ifadə edib: "Səni özümə həm sultan, həm də, həm də kölə istədim, niyə?!

İnsan bir tərəfdən, həyatdan dördəlli yapışır, hey yaşamaq, yaşamaq istəyir. Ancaq həm də "qurdla qiyamətə qalmaq" da istəmir. Bir yandan sevdiyini baş tacı edir, bir yandan kölə gözündə görür. Uşaqkən tez böyümək istəyir, böyüyəndən sonra tez qocalmaq istəmir. Tez ölməyi heç istəmir. Ancaq bir yandan da ömür atını ölümə doğru dördnala çapır.

Bu gün kriminal xronikada iki xəbərə rast gəldim. Bir yeniyetmə qızı ailə qurmağa yaşı çatmadığı halda özündən yaşca, demək olar, iki dəfə böyük oğlana ərə verməyə çalışıb ata-anası. Ancaq dövlət vaxtında xəbər tutub, özünü yetirib, buna imkan verməyib; ailə də, toyxana da böyük məbləğdə cərimələnib.

Hə, deyəcəksiniz, büdcəni doldurmağın bir yolu da belə tapılıb. Haqlısınız. Amma bu, işin bir tərəfidir. Olayın o biri tərəfinə baxsaq, vaxtsız nikahın da qarşısı alınıb axı. Vaxtsız həyat da elə vaxtsız ölüm kimidir.

Bax, bu yeniyetmə qız həyata tələsib. Bir də ölümə tələsən bir cavan oğlan var: sürətin qurbanı olub. Avtomobil qəzasında həyatını itirib.

O cavan oğlanın atası ürək dağlayan paylaşım edib. Dərdli ata yazır: “Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?! Bir az da geridə qalanları, valideynləri düşünün”.

Yox, heç kimi düşünməyin: nə atanı, nə ananı, nə övladı... Özünüzü düşünün. Bu cavan ömrü adrenalin tutqusuna, sürət duyğusuna qurban verməyə dəyməz. Hər insana həyat bir dəfə verilir, ölüm də bir dəfədir. Gerisini özünüz düşünün.

Hə, ölkəmdə hər il "Formula-1" yarışları keçirilir; sürət tutqusu, adrenalin coşqusu yaşanır-aşılanır. Mən də "Formula" yarışlarını sevmirəm. Hətta TV-də belə izləmirəm. Bakının mərkəzində keçirilməsini isə heç bəyənmirəm. Ancaq sürətə qarşı bizdəki bu ölümcül rəğbətin - avtomobili, ümumiyyətlə, nəqliyyat vasitələrimizi aşırı sürətlə sürməyimizin bütün təqsirini "Formula"nın boynuna yükləməyək.

Biz elə həmişə beləydik: mənasız, məqsədsiz vurnuxmalar ("qonşu" dildə buna "sueta" deyərlər), hədsiz və yersiz tələskənlik bizi tez-tez cəzalandırsa da, düzəlmirikki düzəlmirik. Bu aşırı alışqanlığımızdan əl çəkmirik. Hətta folklorumuz (ata-babalarımız) da bizi zalım, ancaq aydın dillə uyarıb, bizi gözləyən təhlükədən duyuq salmağa çalışıb: "Tələsən tərsə düşər", "tələyə düşər", ya da lap elə "təndirə düşər".

Eh! Nəyi qoyub, nəyi axtarıram! Folklordan düzgün dərs alan olsaydıq, indi dünyanın ən sayğın cəmiyyətlərindən biri idik.

Nə isə. Bunu bəlkə nə zamansa ayrıca yazaram.

Folklordan bu günkü ölümcül reallığa dönək.

İki misal gətirdim: bir yeniyetmə qız vaxtsız həyata tələsirdi, qarşısı alındı, bir cavan oğlan isə vaxtsız ölümə tələsirdi, önünü kəsən olmadı: adrenalin partlayışı" onu aramızdan alıb apardı.

...Avtomobilini aşırı sürətlə sürən adamları heç anlamıram. Belələrini görəndə, az qalıram, qışqırıb, qəflətdən ayıldam: "Atam-qardaşım, ömür sürmək yaxşıdır, yoxsa maşın sürmək?!"

Quru sərhədlərin bağlı olduğu bu balaca ölkədə sən maşınla nə qədər uzağa getmək istəsən, uzaqbaşı beş yüz kilometr gedərsən. Üstəlik özün də görürsən: Bakı-Qazax yolunun hər iki tərəfinə az qala ağacdan çox, radar "əkmişik". Hara tələsirsən?! Niyə tələsirsən?! Getdiyin yerə başqasından daha tez çatıb, atom parçalayacaqsan, yoxsa kosmosa raket buraxacaqsan?! Avtomobilin yüksək həddini sınadığın yerdə taleyini ölümcül sınağa çəkirsən, bunun fərqinə var, anlamını anla.

Əgər avtomobillə yola çıxmısansa, yolun dadını çıxar. Ölkəni gəzirsənsə, öz Vətənini, təbiəti hiss et. Heç olmasa, bax, gör, hansı Vətəni, niyə sevirsəm, ya da niyə sevmirsən.

Əsrarəngiz gözəlliklərin yanından - öz ömrünün içindən elə sürətlə keçib gedirsən ki, elə bil arxanca düşüb qovan var.

Nə xəbərsən axı?! Yol boyu ildırım sürəti ilə irəli şığıyıb bir göz qırpımında geridə buraxdığın bu dağlar, dərələr, düzənlər, meşələr, çaylar, şəhərlər, kəndlər, adamlar, heyvanlar... hər nə varsa, sənin öz həyatındır, gəlib sənin yanından keçib, gedir, xəbərin də olmur.

Sən heç fikir də vermirsən, heç baxmırsan, baxsan da, görə bilmirsən, hardan, necə keçdiyindən xəbər tuta bilməzsən bu sürətlə. Çünki...

Çünki sən, bax, bu sürətlə kriminal xronikaya doğru - informasiya agentliyi üçün ölümcül xəbər olmağa gedirsən. Vallah-billah, özündən xəbərin yoxdur...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see364

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see346

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see326

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see315

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see307

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see289

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see273

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see272

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see260

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see257

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see251

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see246

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see246

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see246

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see236

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see233

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see231

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see200

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri