Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Həyata yalnız pəncərədən baxma!

Həyata yalnız pəncərədən baxma!

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan sağlamlığında ən vacib amillərdən biri onun dayaq-hərəkət sistemidir. Bu sistem zədələnməyibsə, düzgün işləyirsə, onu tənbəlliyimizə və məsuliyyətsizliyimizə qurban verməmişiksə, deməli, dünya bizimdir: yaşayacağıq, həm də sağlam yaşamaqla dünyanın gözəlliklərini də görəcəyik. Çünki dayaq-hərəkət sistemi ayaq üstündə olmaq, yerimək, gəzmək və görmək deməkdir.

Lakin təəssüflər olsun ki, son 20-30 ildə həyatımıza daxil olan texnologiyalar tənbəlliyimizə səbəb olub, əslində sağlamlığımızı əlimizdən alıb, laklin biz bunun fərqində deyilik. Bu texnologiya həddən artıq oturmağa, istirahətə şərait yaradıb. Nəticədə xüsusilə qadınlarda çəki artımı, hərəkətin məhdudlaşması ilə əlaqədar bir sıra xəstəliklərlə mübarizə aparmalı olub.

Bu gün, 12 oktyabr -Ümumdünya Artritlə Mübarizə Günüdür. 1996-cı ildən etibarən qeyd olunan bu xüsusi günün əsas məqsədi dayaq-hərəkət aparatı xəstəlikləri barədə cəmiyyətin maarifləndirilməsi, erkən diaqnostikanın vacibliyinin vurğulanması və bu xəstəliklərdən əziyyət çəkən insanlara dəstək olmaqdır.

Nə üçün dayaq-hərəkət sistemimiz pozulur?..

Artrit və digər oynaq xəstəliklərindən dünyada 350 milyondan çox insan əziyyət çəkir. Xüsusilə yaşlı əhali arasında ən çox əlilliyə səbəb olan faktordur. Ümumi göstəricilərə və tibbi statistikaya əsasən, ölkəmizdə də on minlərlə insan artrit və revmatoloji xəstəliklərdən əziyyət çəkir. Yaş artdıqca, bu göstərici yüksəlir, lakin son illər uşaqlar və gənclər arasında da rast gəlinmə tezliyi artıb.

Artrit tək bir xəstəlik deyil, 100-dən çox müxtəlif növü olan oynaq iltihabıdır. Ən çox yayılan növləri osteoartrit və revmatoid artritdir. Bəs bu xəstəliyin əsas yaranma faktorları nələrdir? Birinci, genetik amillərdir: ailədə revmatoloji xəstəlikləri olanlarda risk daha yüksək olur. İkinci, yaş və cinsiyyətdir: bu xəstəlik xüsusilə qadınlarda və orta yaşdan yuxarı şəxslərdə daha tez-tez rast gəlinir. Üçüncü, artıq çəkidir: çəkinin çox olması diz və çanaq oynaqlarına düşən yükü artırır, qığırdaqların tez yeyilməsinə səbəb olur.

Xəstəliyin digər səbəbləri isə oynaq zədələri, keçirilmiş travmalar və ya idman zədələrinin illər sonra artritə çevrilə bilmə faktorudur. Və ya immun sisteminin pozulması, nəticədə immunitetin öz toxumalarına hücum etməsi nəticəsində revmatoid artritin meydana çıxmasıdır. Digər səbəb isə maddələr mübadiləsi pozuntuları, məsələn, orqanizmdə sidik turşusunun artması nəticəsində yaranan podaqradır.

Artrit necə müalicə olunur?

Artritin müalicəsi onun növündən və mərhələsindən asılı olaraq individual aparılır. Bunun üçün bir neçə üsul həyata keçirilir. Bunlardan birincisi dərman müalicəsidir. Xüsusi dərmanlar iltihabəleyhinə, ağrıkəsici və xəstəliyin gedişatını dəyişən immunomodulyator preparatlardır.

İkinci müalicə üsulu fizioterapiya və müalicəvi idmandır ki, bu oynaqların hərəkətliliyini saxlayır, əzələləri möhkəmləndirir.

Cərrahi müdaxilə xəstəliyin gedişində son tətbiqlərdən biridir. Son mərhələlərdə zədələnmiş oynağın protezlə əvəz olunması-endoprotezləşdirməyə böyük ehtiyac yaranır.

Belə olan hallarda həyat tərzinin dəyişdirilməsi-pəhriz, çəkiyə nəzarət və zərərli vərdişlərdən imtina vacibdir.

Erkən mübarizə həyatı xilas edir

Artritlə mübarizədə ən vacib addım erkən diaqnostikadır. Vacib tövsiyələrə əməl edərək xəstəliyin qarşısını almaq və ya gedişatını yavaşlatmaq mümkündür. Məsələn, xəstə simptomlara laqeyd yanaşmamalıdır, oynaqlarda ağrı, səhərlər sərtlik, oynaqların çətin açılması, şişkinlik və ya qızartı hiss etdikdə ləngimədən revmatoloq həkimə müraciət etməlidir.

Oturaq həyat bu xəstəliyin düşmənidir. Ona görə də aktiv olmaq lazımdır. Hər gün ən azı 30 dəqiqə piyada gəzmək, üzmək və ya yüngül gimnastika etmək oynaq qığırdaqlarını qidalandırır. Çəkiyə nəzarət etmək isə mütləqdir. Artıq çəkidən azad olmaq oynaqların yükünü dəfələrlə azaldır.

Burada ən vacib amil həm də düzgün qidalanmaqdır. Omeqa-3 (balıq), təzə tərəvəzlər və antioksidantlarla zəngin qidalara üstünlük vermək, duz və şəkər qəbulunu azaltmaq lazımdır. Oynaqları hər an travmadan qorumaq isə əsla unudulmamalıdır: ağır yüklər qaldırarkən və idman edərkən oynaqları düzgün mövqedə saxlamaqla bunu həyata keçirmək olar.

Unutmaq lazım deyil ki...

İnsan yalnız ayaq üstündə, həm də ağrısız-acısız xoşbəxt ola bilir. Digər xəstəliklər bir yana, dayaq-hərəkət sisteminin düzgün işləməməsi insanın dünyasını məhv edir. Adam ayağa qalxa, gəzə bilmirsə, yalnız pəncərədən baxırsa, xoşbəxt deyil, ola da bilməz. Odur ki, deyilənlərə-məsləhət və tövsiyələrə əməl etməklə artritə qarşı mübarizə aparaq. Həyatı pəncərədən deyil, parklardan, küçələrdən, meşələrdən, bağçalardan, yollardan izləmək-zövq almaq üçün...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri