“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU da oxuyan əcnəbi tələbələrlə görüş olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2025/2026-cı tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor universitetin tədris mühiti, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, tələbə həyatı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, xarici tələbələrin təhsil və sosial məsələləri universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Elçin Babayev onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini bildirib.
Rektor xarici tələbələrin təhsil və yaşayış şəraitləri, ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Tələbələrə təkcə tədris sahəsində deyil, BDU-nun sosial və ictimai həyatında da fəal iştirak etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















