Icma.az
close
up
RU
Heydər Əliyev adına universitet yaradılsın Ekspertdən dövlətə TƏKLİF

Heydər Əliyev adına universitet yaradılsın Ekspertdən dövlətə TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müasir dünyada dövlətlərin gələcəyini müəyyən edən əsas amillərdən biri elmdir, təhsildir və insan kapitalının keyfiyyətidir. Bu reallığı qəbul edən Azərbaycan dövləti son illərdə təhsil infrastrukturunun gücləndirilməsi, beynəlxalq proqramlara inteqrasiya və rəqabətqabiliyyətli gənc nəslin yetişdirilməsi istiqamətində mühüm addımlar atıb. Lakin zamanın çağırışları və qlobal dəyişikliklər fonunda biz artıq təhsilin mövcud səviyyəsini daha da yüksəltməyə, yeni model universitetlər yaratmağa, gələcəyin liderlərini, elm adamlarını, strateqlərini və texnoloqlarını yetişdirəcək innovativ mərkəzlər qurmağa borcluyuq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Heydər Əliyev adına yeni universitetin yaradılması haqqında öz təklifini irəli sürərkən danışdı.

"Məhz bu kontekstdə təklif edirəm ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına beynəlxalq səviyyəli, ixtisaslaşmış, müasir texnologiyalar və elmi-tədqiqat yönümlü bir universitet yaradılsın. Bu universitet yalnız ölkə daxilində deyil, regionda və beynəlxalq təhsil məkanında nüfuzlu bir elm ocağına çevrilə bilər. Çünki Heydər Əliyev şəxsiyyəti təkcə bir siyasətçi yox, həm də elmə, biliyə, intellektual potensiala böyük önəm verən dövlət xadimi kimi tarixə düşüb. Onun “Təhsil millətin gələcəyidir” fikri bu gün də aktuallığını qoruyur və strateji vizionun göstəricisidir.

Yeni universitetin yaradılması bir neçə mühüm məqsədə xidmət edə bilər. İlk növbədə, bu ali təhsil müəssisəsi gələcəyin lider kadrlarını – idarəçiləri, tədqiqatçıları, texnoloqları və diplomatları yetişdirəcək. Burada təhsilin əsas ağırlıq mərkəzi texnoloji sahələr, idarəetmə, süni intellekt, kibertəhlükəsizlik, enerji strategiyaları və beynəlxalq münasibətlər kimi gələcək yönlü sahələr ola bilər. Həmçinin universitet daxilində beynəlxalq əməkdaşlıq platformaları, müştərək proqramlar və xarici ali məktəblərlə qoşma diplom layihələri də nəzərdə tutulmalıdır. Bu, Azərbaycan gəncliyinin yerli diplomla yanaşı, beynəlxalq səviyyəli kvalifikasiyalar əldə etməsinə imkan yaradacaq.

Beynəlxalq təcrübədə də bu cür nümunələr çoxdur. Qazaxıstanda yaradılan Nazarbayev Universiteti, Türkiyədə Atatürk adına ali məktəblər, Cənubi Koreyada Sejon adına universitetlər, Fransada Louis Pasteur Universiteti kimi nümunələr göstərir ki, milli liderlərin adını daşıyan universitetlər həm təhsildə keyfiyyət rəmzi, həm də milli identitetin daşıyıcısı ola bilər. Ən əsası isə bu cür universitetlər qlobal səviyyədə elmi əməkdaşlıq üçün mühüm platformalara çevrilirlər".

Mütəxəssis qeyd etdi ki, Heydər Əliyev adına yeni universitetin yaradılması həm də dövlətin milli ideoloji xəttinin təhsildə yaşadılması baxımından əhəmiyyətlidir.

"Bu təhsil ocağı təkcə diplom verən qurum deyil, həm də milli dəyərləri qlobal çağırışlarla uzlaşdıran, gəncləri vətənpərvər ruhda, yüksək intellektlə yetişdirən bir mərkəzə çevrilməlidir. Universitet təkcə Bakı şəhərində deyil, ölkənin regionlarından birində məsələn, Gəncə, Naxçıvan və ya Şuşada da yaradılarsa, bu, həm regional inkişafı stimullaşdırar, həm də simvolik mənaya malik olar".

Ekspert təklif edir ki, bu universitetin modeli müasir yanaşmalarla formalaşdırılsın: dövlət-özəl tərəfdaşlığı, xarici investorların iştirakı, tədris azadlığı və tədqiqat müstəqilliyi prinsipləri qorunsun.

"Universitet elə bir struktura sahib olmalıdır ki, burada yalnız dərs deyənlər deyil, həm də araşdıran, kəşf edən, innovasiya yaradan akademik mühit formalaşsın. Müasir kitabxanalar, texnoparklar, startap inkubatorları və süni intellekt laboratoriyaları ilə zənginləşdirilmiş bir kampus mədəniyyəti qurulmalıdır.

Bu təklifin həyata keçməsi Azərbaycan təhsilinin yeni mərhələyə keçidini təmin edər. Bu, həm də cənab Prezident İlham Əliyevin təhsilin inkişafı üçün qoyduğu strateji xəttin davamı olar və ümummilli lider Heydər Əliyevin ideyalarının canlı şəkildə yaşamasına xidmət edər.

Qlobal rəqabətin gücləndiyi, bilik və informasiya savaşlarının getdiyi bu əsrdə ölkəmiz üçün elə təhsil mərkəzləri lazımdır ki, orada yetişən gənclər yalnız iş tapmaq üçün deyil, dünyanı dəyişdirmək üçün düşünə bilsinlər. Heydər Əliyev adına universitet məhz bu missiyanı yerinə yetirmək üçün real imkanlar yaradacaq", - deyə Əmrah Həsənli vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Avqust 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri