Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikat alıb FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu enerji idarəetməsi üzrə beynəlxalq sertifikat alıb FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakı, 7 iyul 2025-ci il — Heydər Əliyev Beynəlxalq Aeroportu enerji səmərəliliyinin artırılması və ətraf mühitin mühafizəsi istiqamətində atdığı addımların növbəti təsdiqi olaraq, ISO 50001:2018 – Enerji İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikat əldə edib.

Bu mühüm nailiyyət SƏTƏMM və KN İdarəsinin digər aidiyyəti struktur bölmələrlə sıx və məqsədyönlü əməkdaşlığı nəticəsində mümkün olub. Sertifikatlaşdırma prosesi qlobal miqyasda tanınmış audit və sertifikatlaşdırma qurumu "TÜV Austria" tərəfindən həyata keçirilib. Audit nəticələrinə əsasən, hava limanının enerji idarəçiliyi sahəsində fəaliyyəti beynəlxalq tələblərə tam uyğun qiymətləndirilib.

ISO 50001:2018 standartı müəssisələrin enerji performansını sistemli şəkildə artırmasına, enerji sərfiyyatını və xərclərini azaltmasına, eləcə də karbon emissiyalarını minimuma endirməsinə imkan verən çevik və dövri əsaslarla inkişaf edən idarəetmə çərçivəsini təqdim edir. Bu yanaşma xüsusilə yüksək enerji istehlakçısı olan kompleks infrastruktur obyektləri – o cümlədən müasir beynəlxalq hava limanları üçün strateji əhəmiyyət kəsb edir.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji idarəetməsi sahəsində ISO 50001 kimi nüfuzlu beynəlxalq standart üzrə sertifikat əldə etməsi, fəaliyyətimizin yalnız bu günə deyil, həm də gələcəyə hesablandığını göstərir. Bu uğur ətraf mühitə olan məsuliyyətimizin və dayanıqlı inkişaf yanaşmamızın real nəticəsidir.” — Teymur Həsənov, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru

“Heydər Əliyev Beynəlxalq Aeroportunun ISO 50001:2018 sertifikatına layiq görülməsi müəssisənin enerji idarəçiliyində beynəlxalq standartlara tam uyğun, sistemli və davamlı yanaşmanı tətbiq etdiyini göstərir. Bu, həm effektiv idarəçiliyin, həm də ətraf mühitə yüksək məsuliyyətin bariz nümunəsidir.” — Ülkər Quliyeva, TÜV Austria-nın Azərbaycandakı nümayəndəliyinin direktoru

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bundan sonra da enerji idarəetməsinin təkmilləşdirilməsi, karbon neytrallığına keçid və yaşıl texnologiyaların tətbiqi istiqamətində beynəlxalq standartlara uyğun strateji təşəbbüslər həyata keçirməkdə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri