Icma.az
close
up
RU
Heydər Əliyev fenomeni: xalqa sədaqət və effektiv idarəçilik modeli

Heydər Əliyev fenomeni: xalqa sədaqət və effektiv idarəçilik modeli

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elşən Alıyev,

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorumaq və güclü dövlət quruculuğunu təmin etmək üçün xilaskarlıq missiyasını həyata keçirmişdir. Onun rəhbərliyi dövründə siyasi sabitlik bərqərar olmuş, iqtisadi və sosial sahələrdə islahatlar aparılmış, milli həmrəylik gücləndirilmişdir. Eyni zamanda, Heydər Əliyev siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, strateji layihələrin reallaşmasına və ordu quruculuğuna təkan vermişdir. Bu siyasət ölkəmizin dünya miqyasında qüdrətli dövlət kimi tanınmasını təmin etmişdir.

1991–1993-cü illər Azərbaycanda həm siyasi, həm də iqtisadi baxımdan mürəkkəb dövr idi. Ölkədə siyasi xaos hökm sürürdü, dövlət idarəçiliyi səriştəsiz şəxslərin əlində idi. Regionlarda separatçı meyillər güclənmiş, xalq sosial problemlər və təhlükəsizlik təhdidləri ilə üzləşmişdi. İnflyasiya yüksək səviyyəyə çatmış, əməkhaqqı və pensiyalar ödənilmirdi. Xocalı qətliamı xalqın yaddaşına dərin izlər buraxmış, torpaqlarımızın işğalı milli həmrəyliyi zəiflətmişdi. Bu mürəkkəb dövrdə xalq yalnız güclü və uzaqgörən liderin simasında çıxış yolunu görürdü. Dövlətin gələcəyi üçün strateji qərarlar qəbul edə biləcək müdrik rəhbərin mövcudluğu həyati əhəmiyyət kəsb edirdi.

1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarlıq missiyasını üzərinə götürdü. Onun məqsədi həm siyasi sabitliyi təmin etmək, həm də ölkənin iqtisadi tərəqqi yoluna çıxarılması, hüquqi dövlət prinsiplərinin tətbiq olunması və milli həmrəyliyin möhkəmləndirilməsi idi. Ulu Öndər, həmçinin beynəlxalq əlaqələrin qurulması və ölkəmizin dünya birliyinə inteqrasiyası istiqamətində strateji addımlar atdı. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mövqeyini gücləndirdi. Bu dövrdə Ümummilli Liderin həyata keçirdiyi tədbirlər, xüsusilə ictimai-siyasi sabitliyin bərqərar olunması, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi və ölkədə ordunun qurulması gələcəkdə tarixi Zəfərin təməlini qoydu.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı böyük səs çoxluğu ilə Heydər Əliyevi Prezident seçdi. Bu tarixi seçim ölkənin gələcək taleyini müəyyən edən dönüş nöqtəsidir. Ümummilli Lider ölkədə davamlı sabitliyi bərqərar etdi, iqtisadi və sosial inkişafı sürətləndirdi və xalqın rifah səviyyəsini əhəmiyyətli dərəcədə artırdı. Həmin dövrdə Heydər Əliyevin qəbul etdiyi qərarlar, xüsusilə dövlət qurumlarının formalaşdırılması, qanunun aliliyinin təmin olunması və hüquqi dövlət quruculuğu, ölkəmizin suverenliyinin qorunması və xalqın gələcək rifahının təmin olunmasında həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlətçilik prinsipləri tətbiq olunmağa başladı. Məhkəmə sistemi təkmilləşdirildi, Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər mühüm qurumlar yaradıldı. Bu proseslərin nəticəsi olaraq cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə aparıldı, korrupsiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektiv tədbirlər görüldü.

Heydər Əliyevin iqtisadi siyasəti Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsini təmin etdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji potensialını dünya bazarına çıxardı və xarici investisiyaların cəlb olunmasına şərait yaratdı.  Həmçinin, Ulu Öndərin iqtisadi strategiyası, sahibkarlığın inkişafı, liberallaşma siyasəti və sosialyönümlü iqtisadiyyat modeli ilə ölkədə dayanıqlı iqtisadi inkişafın təməlini qoydu. Bu siyasət, həmçinin gələcəkdə strateji enerji layihələrinin – Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həyata keçirilməsinə zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirdi. Dövlətimizin dünya birliyinə inteqrasiya etdi, beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirildi, ölkənin ərazi bütövlüyü və milli maraqları beynəlxalq hüquq çərçivəsində müdafiə olundu. Ulu Öndər Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması ardıcıl və sistemli diplomatik fəaliyyət həyata keçirdi.

Heydər Əliyev yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün qorunması və tarixi Zəfərə gedən yol nəticəsində Azərbaycan bu gün dünya miqyasında nüfuzlu və qüdrətli dövlət kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və diplomatik layihələr, ordunun gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin davamlı siyasəti sayəsində Azərbaycan həm daxili sabitliyə, həm iqtisadi tərəqqiyə, həm də beynəlxalq nüfuza malik qüdrətli bir dövlətə çevrilib. Heydər Əliyev yolu Azərbaycanın inkişafında əbədi təməl rolunu oynayır, müstəqil dövlətimizin gələcək uğurlarına zəmin yaradır və xalqın milli həmrəyliyini təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri