Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Killian Mbappe: “Yamaldan əl çəkin”

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Azı qərar, çoxu zərər...

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirtmək istəyib ÖZ DİLİNDƏN ŞOK DETALLAR

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirtmək istəyib ÖZ DİLİNDƏN ŞOK DETALLAR

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl yazır...

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilə biləcəyi haqqında APA-nın yaydığı xəbər (https://apa.az/edebiyyat/nesiminin-mezari-suriyadan-azerbaycana-getirile-biler-ekskluziv-video-914117) ulu öndər Heydər Əliyevin mərhum jurnalist Elmira Əmrahqızına müsahibəsini yadıma saldı.

O müsahibəyə təsadüfən rast gəlmişdim. Nəriman Nərimanovla bağlı apardığım araşdırma ilə əlaqədar bir neçə kitab oxuyurdum. Onlardan biri də rusiyalı tarixçi Rudolf İvanovun Nərimanov haqqında yazdığı “Smertelnaya sxvatka” (“Ölümcül döyüş”) əsəri idi. Əsərin sonunda Heydər Əliyevin Azərbaycanın tanınmış jurnalisti, mərhum Elmira Əmrahqızına (Əhmədovaya) müsahibəsindən bir parçaya rast gəlmişdim. Müsahibə 1990-cı ildə “Ulduz” jurnalının 6-cı sayında çap olunub. Kitabda verilən hissədə müsahibədən yalnız Nəriman Nərimanovla bağlı fikirlər əks olunduğundan, həmin müsahibənin tam mətnini əldə etmək qərarına gəldim. Həmin mətn 2018-ci ildə Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Lent.az saytında dərc olundu (https://lent.az/index.php/xeber/siyaset/xeber__color_red_heyder_eliyevin_28_il_evvelki_musahibesi__color____menim_dovrumde_ermenistana_bir_qaris_da_torpaq_verilmeyib____-300748).

“Olub keçənləri düşünərkən” başlığı ilə dərc olunan müsahibə 14 səhifədir (səh. 64-78). Müsahibədə Heydər Əliyev bir çox məsələlərlə bağlı sualları cavablandırıb. Onların arasında 20 Yanvar faciəsi, Azərbaycandakı xalq hərəkatı və Xalq Cəbhəsi, Azərbaycan SSR KP MK-nın birinci katibi kimi fəaliyyəti, sovet mətbuatında onun əleyhinə dərc olunan yazılar, Qarabağ münaqişəsi, erməni separatçı hərəkatının Zori Balayan və Silva Kaputikyan kimi ideoloqlarının ona qarşı apardığı çirkin kampaniyalar, İqor Muradyan adlı erməninin yazdığı təhdid dolu məktubu, Bütöv Azərbaycan ideyasına münasibət və digər məsələlərlə bağlı açıqlamalar da var.

Elmira Əmrahqızı müsahibəyə çox maraqlı bir giriş də yazıb: “Əziz oxucu! Sənin mühakimənə təqdim etdiyim bu materialın dərin məsuliyyətini yaxşı başa düşürəm. Çünki oxuyacağınız bu müsahibə hər şeyi həqiqətin və yenə də həqiqətin tərəzisində ölçmək baxımından çox vacibdir. Bu sətirləri yazarkən mənə elə gəlib ki, xalqımıza hava, su, işıq kimi gərək olan həqiqətin arxasınca gedirəm və nağıllarda təsvir olunan yolayrıclarında qalmışam. Gah ağ qoçun, gah da qara qoçun tərkindəyəm. Çünki müsahibim olan adama bizim münasibətimiz belə olub. Gah işıqlı, gah zülmətli… Və bu qaranlıqla işıq bizim xalqın qərarında, hökmündə yanbayan yaşayıb. Ona ovuclarımız ağrıyana qədər əl çalmışıq, qədərin çərxi dönəndə isə arxasınca qələm çalmışıq…”
Ən maraqlı məqamlardan biri də odur ki, müsahibədə Heydər Əliyev Hüseyn Cavidin məzarının Azərbaycana gətirilməsi ilə yanaşı, Məhəmməd Füzuli və İmadəddin Nəsiminin də məzarlarını Azərbaycana gətirmək istəyindən söz açıb. Gündəmlə səsləşdiyi üçün ulu öndər Heydər Əliyevin mərhum jurnalist Elmira Əmrahqızına müsahibəsindən həmin məqamları diqqətinizə təqdim edirik:

– Söhbət ki, gəldi xeyirxahlıq işlərinə, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirib, öz doğma torpağına tapşırdığınız üçün hər bir azərbaycanlı sizə minnətdar olmalıdır…

– Bu mövzu yadıma düşəndə həmişə kövrəlirəm. Azərbaycanın keçmiş və müasir mədəniyyət xadimlərinə həmişə böyük hörmətim olub. Mən onları heyranlıqla sevmişəm. Səməd Vurğuna olan məhəbbətim onu nəzərimdə ilahiləşdirib. S.Vurğun 1956-cı ildə vəfat etmişdi, ancaq ev-muzeyini 1975-ci ildə açdıq. Bəs bu uzun dövr ərzində belə bir dühanın ev muzeyini açmaq mümkün deyildimi? Əlbəttə, Azərbaycan, Bakı üçün bu, adi bir şey idi. Sadəcə olaraq bunu düşünən yox idi. Ancaq biz bunu etdik. Şairin ailəsi ilə həyat yoldaşı Xavər xanımla danışdıq, ailə üzvlərini yaxşı yaşayış evləri ilə təmin etdik. Azərbaycanda SSRİ ədəbiyyatı günlərində biz həmin muzeyi açdıq. Lenti Nikolay Tixonov və Süleyman Rüstəm kəsdi.
Götürək Cəfər Cabbarlını. O, 1934-cü ildə vəfat edib. Lakin 1980-ci ilə qədər C.Cabbarlının Bakıda nə abidəsi, nə də ev-muzeyi var idi. Bu işlə maraqlandım. Öyrəndim ki, Cabbarlının evi yuxarı məhəllədə olub, şəxsi evidir, indi oğlu yaşayır. Uzun danışıqlardan, bütün xahişlərini ödəyəndən sonra oğlunu yola gətirdik. Həmin evi boşaldıb ev-muzeyi açdıq. Sabunçu vağzalının yanında isə ona abidə ucaltdıq. O cümlədən Bülbülün, Ü. Hacıbəyovun ev-muzeyləri. Ü. Hacıbəyov 1948-ci ildə, Bülbül 1962-ci ildə vəfat etmişdir, lakin hər ikisinin ev-muzeyi yetmişinci illərdə açılıb. Böyük şairimiz Vaqifin Şuşa şəhərindəki qəbrinin üstündə gözəl və əzəmətli məqbərə də 1981-ci ildə tikilib qurtarmışdır. 1981-82-ci illərdə biz Bakıda Cəlil Məmmədquluzadənin, M. S. Ordubadinin, M. Maqomayevin ev-muzeylərinin açılması üçün qərarlar qəbul etdik. Onlar yaşadıqları mənzilləri boşaltdıq, onların qohumlarına başqa evlərdə mənzil də verdik. Təəssüf ki, bu niyyətlər indiyə qədər həyata keçirilməyib.

Hüseyn Cavidə gəlincə, o, Azərbaycan ədəbiyyatında görkəmli simadır, ona “Şərqin Şekspiri” deyərdilər. Əsərlərini oxuduqca Cavidin Azərbaycan üçün necə böyük bir sərvət olduğunu bir daha yəqin edirsən. Onun qəbrini tapmaq, sümüklərini gətirib doğma torpağında basdırmaq o qədər də asan deyildi. Etiraf edək ki, o dövrlərdə 1937-38-ci illərin qurbanlarına münasibət hələ başqa idi. Cavidə “millətçi”, “pantürküst” damğası vurmuşdular. Baxmayaraq ki, yavaş-yavaş Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başladı, lakin o damğa hələ də üstündən tam götürülməmişdi. Odur ki, qərara belə qərara gəlmək mənim üçün o qədər də asan deyildi. Cavidin qəbrini tapdıq. Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri Xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri Xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim öz xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim.

– Eşitdiyimə görə, sizin Füzuli haqqında da belə fikriniz olub…

– Füzuli və Nəsimi. Nəsiminin 600 illiyini keçirdik, Bakıda heykəlini ucaltdıq. Onun yubileyində UNESCO-nun sədri də iştirak edirdi. Sonra mən Suriyaya, Kommunist Partiyasının nümayəndə heyətinin rəhbəri kimi getməli oldum. Prezident Hafiz Əsəd bizi qəbul etdi. Hələb şəhərindən 40-50 km aralıda SES tikilirdi. Biz o tikintiyə baxmalı idik. Xahiş etdim ki, ora getməzdən qabaq Hələb şəhərində Nəsiminin qəbrini ziyarət etməkdə mənə kömək etsinlər. Təəssüf ki, Sovet səfarətxanasının işçiləri Nəsiminin qəbrinin harada olduğunu deyə bilmədilər. 2-3 saatlıq axtarışdan sonra Nəsiminin harada dəfn olunduğunu bilən bələdçi tapıldı. Həmin qəbiristanlığa getdik. 

Qabaqcadan xəbər verildiyi üçün qəbirə qulluq edən adam – Nəsimin törəməsi bizi gözləyirdi. Doğrusu, qəbir çox yaxşı halda idi. Qəbri ziyarət etdim, onun qəbiləsindən olan adamlarla tanış olub söhbət etdim və Nəsimini Azərbaycana gətirmək fikrindən daşındım. Deməli, Hələbdə Nəsimi nəsli davam edirmiş və onlar Nəsiminin qəbrinə çox gözəl qulluq göstərirmişlər, qəbri tərpətmək lazım deyildi.

O ki qaldı Füzulinin qəbrinə, məlumat aldım ki, İraq hökumətinin nümayəndələri Kərbəlada, Füzulinin dəfn olunduğu qəbiristanlığı rekonstruksiya etmək məqsədilə qəbri söküb, şairin sümüklərini yığıb başqa yerdə saxlayırlar. Bu məni dəhşətə gətirdi. SSRİ Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələni qaldırdıq. Məktublar göndərdik. Bir nəticə hasil olmadı. Süleyman Rüstəmi, Rəsul Rzanı, Mirzə İbrahimovu, Nəbi Xəzrini və başqalarını çağırıb bu işə cəlb etdim. Heyf ki, lazımi dərəcədə hərəkətə gəlmədilər. O vaxt bizdə təzəcə İraq konsulluğu açılmışdı. Həmin dövrlərdə İran-İraq müharibəsi başladı, münasibətlərimiz kəskinləşdi. Bizə dedilər ki, bu məsələni dövlət səviyyəsində qoymağımız çox çətindir. İraq Prezidenti Həsən əl-Bəkrə məktublar yazdıq. Çox cəhd elədik, lakin Füzulini Azərbaycana gətirməyə nail ola bilmədik. Belə güman edirəm ki, əgər bizim ziyalılarımız, onların görkəmli nümayəndələri daha fəal hərəkət etsəydilər, istəyimizə nail ola bilərdik. Təəssüf ki, ardıcıllıq çatmadı. N.Xəzrinin başçılıq etdiyi Xarici Ölkələrlə Əlaqə Cəmiyyəti bu sahədə çox iş görə bilərdi. Hesab edirəm ki, indi bu məsələni müvəffəqiyyətlə həll etmək üçün əlverişli şərait yaranıb. Başqa ölkələrlə, o cümlədən İraqla əlaqələr genişlənib, hərəkət etmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see397

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see182

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see166

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see144

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see134

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see130

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see127

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see127

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see126

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see126

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see123

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see121

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see120

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see116

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri