Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb FOTO

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri" ("The mystery of the rose") sərgisinin açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sərgidə müəllifin "Yuxulara səyahət", "Pişik-qız və tısbağa rəqsi", "Yelpik və albalı", "Ürəklə qız", "Günəşin uşaqları", "Hind fili və kəpənəklər" kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərləri də yer alıb.

Jurnalistlərə müsahibəsində heykəltaraş Andrey Ostaşov Bakıda açılan sərgisinin bəlkə də onun üçün ən böyüklərindən olduğunu dedi: "Burada 80-ə yaxın heykəl toplanılıb. Böyük məmnunluq hissi keçirirəm ki, işlərimi Azərbaycanda nümayiş etdirmək imkanım yaranıb. Ümid edirəm ki, ziyarətçilər bəyənəcəklər".

Sərginin əsas mövzusunun insan duyğularına, qadın və kişi, daxili dünyanın gözəlliyinə həsr olunduğunu qeyd edən heykəltaraş məhz ona görə də sərginin "Qızılgülün sirri" adlandırdığı bildirib. "Qızılgül özünü qoruyan çiçəkdir, lakin içəridə incə bir canlıdır", - deyə o, əlavə edib.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Andrey Ostaşovun yaradıcılığı ilə təsadüfən qalereyalardan birində tanış olduğunu dedi: "Həqiqətən məni heyrətləndirən yeni əsərlər gördüm. Andrey və əziz kuratorumuz İrina xanıma belə gözəl bir sərgini həyata keçirə bildiyimiz üçün təşşəkürümü bildirirəm. Əminəm ki, hamı onu bəyənəcək".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Andrey Ostaşovun adının bütün dünyada kifayət qədər məşhur olduğunu bildirib: "Sərginin bu gözəl binada - Heydər Əliyev Mərkəzində keçirilməsi heykəltaraş üçün başqa bir mərhələdir. Mən sizə böyük uğurlar arzulayıram və hər il olmasa da, ən azı bir neçə ildən bir Bakıda öz sərgilərinizi təşkil edəsiniz və sənətinizlə bizi sevindirəsiniz".

Heykəltaraşın həyat yoldaşı, sərginin kuratoru İrina Kolomenskaya sərgidə bu qədər sənətsevərlərin toplanması çox həyəcanverici hiss olduğunu deyərək Andrey Ostaşovun işlərinin Heydər Əliyev Mərkəzinin zallarında nümayiş olunması ideyasına görə minnətdarlığını bildirib.

1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəblərinin təsiri olub.

Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş yaradıcılığında Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənətin, samuray və Teddi oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.

Belarus Rəssamlar İttifaqının üzvü, 100-dən çox respublika və beynəlxalq sərginin iştirakçısı, incəsənət və memarlıq müsabiqələrinin laureatı olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.

Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkil olunub.

Daş və bürünclə işləyən Andrey Ostaşov ilk növbədə forma və xətt yaradıcısı, tunc və daş işində mütəxəssis, səth və həcm yaradıcısıdır. Andrey Ostaşovun əsərlərini fərqləndirən amillərdən biri də miniatürluqdur. Bu isə memarın ustadlığını bir daha nümayiş etdirir.

Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlu səyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir. Təsadüfi deyil ki, Bakı sərgisi də "Qızılgülün sirri" adlanır. Bu çiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığı və əzəməti, gücü və həssaslığı ehtiva edir. "Qızılgülün sirri" hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə - öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Mart 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri