Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.
Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuat tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilir.
Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.
Konfrans çıxışlarla davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















