Icma.az
close
up
RU
Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi daim yaşayacaq

Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi daim yaşayacaq

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu gün müstəqil Azərbaycan dövlətinin xilaskarı, zəmanəmizin dünya çapında böyük liderlərindən biri, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Onun vəfatından 21 il keçir. Ümummilli Liderin xatirəsi Azərbaycanla yanaşı, Türk dünyasında və bir çox xarici ölkələrdə də ehtiramla yad edilir. Azərbaycan xalqının bu dahi oğlunun qismətinə dəyişən tarixi dövrlərin qovşağında yaşamaq və ölkəmizə rəhbərlik etmək Missiyası düşmüşdü. O, bu şərəfli Missiyanın öhdəsindən layiqincə gəldi.
Uzagörən və müdrik siyasəti ilə tarix yazan Ulu Öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində rəhbərlik etdiyi Azərbaycanı bir dövlət kimi zamanın təlatümlərindən, ağır və sərt sınaqlarından çıxarmağı bacarıb. O, daim xalqımızın dərdlərinə şərik olan böyük Lider kimi tarixdə iz qoyub. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı Heydər Əliyevin Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıya yeridilməsini qətiyyətlə pisləməsini və keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov başda olmaqla bu qanlı qırğında əli olan, sovet rəhbərliyində əyləşən bütün günahkarların cəzalandırılmasını tələb etməsini bu gün də hamımız yaxşı xatırlayırıq.
Azərbaycana məhz tarixi dövrlərin qovşağında, dünyada böyük dəyişikliklərin baş verdiyi, SSRİ kimi nəhəng geosiyasi subyektin dünya xəritəsindən silindiyi təlatümlərlə dolu bir məqamda rəhbərlik etmək missiyasını üzərinə götürmüş Ulu Öndər Heydər Əliyev müstəqilliyin xalqımız üçün necə böyük bir nemət olduğunu düzgün dəyərləndirirdi. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dönəmdə Azərbaycanın müstəqilliyinin gerçəkliyə çevrilməsi, dövlət atributlarımızın bərpası istiqamətində mühüm addımlar atmışdı.
Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik illərində dirçəliş və yüksəlişimiz üçün əlindən gələni edib, Azərbaycanı inamla irəliyə doğru aparıb. Ölkəmiz və xalqımız üçün ən həlledici məqamlarda məhz Heydər Əliyevin müdrik liderliyi, düşünülmüş siyasəti və qətiyyətli mövqeyi bizi böyük bəlalardan xilas edib. Biz 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin üzləşdiyi təlatümlü prosesləri, ölkədə hökm sürən hərcmərcliyi, iqtisadi böhranı və vətəndaş qarşıdurmasını bu gün də unutmuruq. Heydər Əliyevin böyük Xilaskarlıq Missiyası məhz həmin faciəli durumda özünü təsdiqlədi. 1993-cü ildə xalqımızın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil respublikanın təcrübəli rəhbəri kimi ölkədə siyasi sabitlik yaratmağa nail oldu, Azərbaycanı bölünmək təhlükəsindən xilas etdi, iqtisadi tənəzzülün qarşısını aldı, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi istiqamətində önəmli addımlar atdı.
Ulu Öndərin ən böyük arzusu isə Qarabağımızın işğaldan azad olunduğu günü görmək idi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətini və əsl səbəblərini real faktlar əsasında dünya ictimaiyyətinə çatdıran Ulu Öndərin bu ülvi arzusu onun layiqli varisi və davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində yerinə yetirildi, Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edildi. Ümummilli lider Heydər Əliyevin kursunu müvəffəqiyətlə davam etdirən Prezident İlham Əliyev həmçinin Qərbi Azərbaycana Qayıdış hədəfimizin gerçəkləşməsi istiqamətində də mühüm addımlar atır.
Azərbaycanın bütövlüyü Ulu Öndərin ən böyük idealı idi. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası da məhz Bütöv Azərbaycan idealımızın gerçəkləşməsinə xidmət edirdi. Ulu Öndər bu idealımızın gerçəkləşməsi üçün milli birliyin, həmrəyliyin vacibliyini də daim vurğulayırdı. Bununla yanaşı, Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliğinə də xüsusi önəm verirdi. Bir sözlə, onun hər bir addımı, hər bir qərarı məhz Azərbaycanın bugünkü inkişafı və parlaq gələcəyinə xidmət edirdi. Qədirbilən xalqımız da Ulu Öndərə inanır və onu dəstəkləyirdi. Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi daim yaşayacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri