Icma.az
close
up
RU
Heydər Əliyevin Naxçıvan dönəmi Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi oldu ŞƏRH EDİLDİ

Heydər Əliyevin Naxçıvan dönəmi Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi oldu ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"1991-ci ilin 3 sentyabrında Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilməlidir. Həmin dövrdə ölkə dərin siyasi böhran, iqtisadi çətinliklər və separatizm meyilləri ilə üz-üzə idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyi yeni elan edilmişdi və onun qorunub saxlanması ciddi risklər altında idi. Belə mürəkkəb bir şəraitdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı xalqın inamını gücləndirdi, dövlətçiliyin dayaqlarının möhkəmlənməsi üçün mühüm zəmin yaratdı: "Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri seçildikdən sonra bölgənin sabitləşməsində və Azərbaycanın bütövlüyünün qorunmasında həlledici rol oynadı. Ermənistanın hərbi təcavüzünün ən gərgin vaxtında Naxçıvan əhalisinin mübarizə əzmini gücləndirdi, eyni zamanda dövlət idarəçiliyində qətiyyətli addımlar atdı. Bu, Azərbaycanın digər bölgələri üçün də nümunəvi bir idarəçilik modeli kimi çıxış etdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qəbul edilən qərarlar Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının əsasını qoydu. Məsələn, o dövrdə Azərbaycan Respublikasının dövlət atributlarının üçrəngli bayraq, gerb və himnin bərpası prosesi məhz Naxçıvandan başlandı. Bu, milli kimliyin möhkəmlənməsi və dövlət müstəqilliyinin ideoloji əsaslarının formalaşmasında mühüm tarixi addım idi. Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illər onun yenidən Azərbaycan xalqının siyasi lideri kimi tanınmasına və qəbul edilməsinə zəmin yaratdı. Bu dövr həm də gələcəkdə Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışını və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsini şərtləndirdi.Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi sadəcə regional əhəmiyyət daşımırdı, bu hadisə bütövlükdə müasir Azərbaycanın dövlətçilik tarixində strateji dönüş nöqtəsi oldu. Bu qərar Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqda, milli birliyi möhkəmləndirməkdə və dövlət idarəçiliyi ənənələrinin formalaşmasında həlledici rol oynadı".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri