Icma.az
close
up
RU
“Heydər Əliyevin qayıdışı dövlətçiliyin xilası oldu”

“Heydər Əliyevin qayıdışı dövlətçiliyin xilası oldu”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Artıq 33 ildir ki, ölkəmizdə hər il 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü böyük ruh yüksəkliyi ilə qeyd olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Qurtuluş Günü ilə əlaqədar verdiyi açıqlamada millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ikinci dəfə öz üzərinə götürməsi xalqın və dövlətin müqəddəratını həll edəcək tarixi zərurət idi:

“Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, ölkənin hərtərəfli inkişafının əsasını qoydu. Həmin dövrdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradıldı və xarici investisiyaların cəlb edilməsinə imkan verən hüquqi baza formalaşdırıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəliş strategiyasını gücləndirdi. Eyni zamanda, ordu quruculuğu sahəsində mühüm addımlar atılaraq nizami və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirildi.

Təhlükəsizlik sahəsində isə dövlət institutları gücləndirildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik təmin olundu və hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, daxili sabitliyin bərqərar olmasına və gələcək inkişaf üçün etibarlı zəminin yaranmasına xidmət etdi”.

Fikirlərini davam etdirən deputat daha sonra qeyd edib ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi möhtəşəm tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirən əsas amillərdən biridir:

“1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin bir tərəfdən respublikada formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən də erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi və 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu”.

“Bu gün artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Cənab Prezident İlham Əliyevin son dərəcə uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz hazırda Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısı olmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün dünyada Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır”, – deyə millət vəkili fikirlərini başa çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri