Icma.az
close
up
RU
Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Oktyabrın 25-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri hesab olunur. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, oktyabrın 18-də bu məqsədlə oktyabrın Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Binəqədi heyvan bazarında monitorinq keçirilib.

İlk baxışdan bazarda vəziyyət heç də ürəkaçan deyildi. Bazardakı ciddi nöqsanlar, xüsusilə ərazidə toplanan müxtəlif çeşidli tullantılar, antisanitar vəziyyət mütəmadi olaraq təmizlik işlərinin aparılamamasının və satış üçün uyğun şəritin yaradılmamasının ilkin göstəriciləri idi.

Məhdudlaşdırma tədbirləri mərhələli şəkildə keçirilir ki, sahibkarların işlərində maksimal dərəcədə az çətinlik yaransın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikann baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında müvəqqəti məhdudiyyətlərin səbəbi və bazarda aparılan monitorinqin nəticələri barədə məlumat verib: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlara görə, bir sıra ölkələrdə, o cümlədə Cənubi Qafqaz regionunda heyvanlar arasında müxtəlif xəstəliklər yayılıb. Həm ölkə daxilində, həm də ölkələr arasında bu və ya digər heyvanların bir yerdən başqa yerə köçürülməsi zamanı mövsümi amillərin təsirindən müxtəlif xarakterli xəstəliklərin yayılmasına şərait yaranır. Ətraf qonşu ölkələrdə - Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda ekstensiv heyvandarlıq idarəçiliyi, yəni yaylaqlara və qışlaqlara köçürülməklə olan tipik təsərrüfatçılıq sistemi tətbiq olunur. Yaylaq əraziləri əsasən sərhədyanı ərazilərdir. Heyvanların orada birbaşa təması olmasa da həm virus, həm də bakteriya tipli xəstəliklər qansoran hüceyrələr, nəqliyyat vasitələri vasitəsilə, hava-damcı yolu ilə keçə bilir. Sonra qışlaq ərazilərinə gəlinən dövrdə həmin heyvanların gətirdiyi xəstəliklər ölkəyə yayıla bilər. Həmin risklər nəzərə alınaraq, heyvanların hərəkətinə, ölkə daxilində daşınmasına nəzarət gücləndirilib. Heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Buna görə də qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Məhdudlaşdırma tədbirləri mərhələli şəkildə keçirilir ki, sahibkarların işlərində maksimal dərəcədə az çətinlik yaransın. Proses oktyabrın 25-dək davam edəcək, ondan sonra növbəti stabilləşmə olana qədər fəaliyyət tam dayandırılacaq. Bizim gəldiyimiz qənaət və qəbul olunn qərarlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının yayımladığı məlmatlar əsasındadır. Mütəmadi, gündəlik məlumatlar alırıq. Təbii ki, bizim region ölkələrində stabilləşmə barədə məlumatlar daxil olduqdan sonra hər hansı bir məhdudiyyət olmayacaq”.

Binəqədi heyvan bazarında heç bir biotəhlükəsizlik tədbirlərinə əməl olunmur

Monitorinqin nəticələrindən danışan Q.Əbdüləliyev Binəqədi heyvan bazarında biotəhlükəsizlik tələblərinin gözlənilmədiyini bildirib: “Bazarın standartlara cavab verməsi sahibkarın öhdəliyinə düşür. Sahibkar yaratdığı obyektdə bioloji təhlükəsizlik tələblərinin təmin olunmasına cavabdehdir. Həmin tələblər tam təmin olunduqdan sonra bazar fəaliyyət göstərə bilər. Bazar elə yaradılmalıdır ki, ora daxil olan nəqliyyat vasitələri mütləq dezobaryerdən keçərək dezinfeksiya olunmalıdır. Heyvanların avtomobilə yüklənməsi və düşürülməsi şərait olan yerdə aparılmalıdır. Həm satılan, həm də alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər ayrılmalıdır. Son dövrlərdə ölkəmizdə heyvanların identifikasiya sisteminin yaradılmasına başlanılıb ki, bu, heyvanın izlənilməsində çox mühüm bir alətdir. Bazara satışa daxil olan heyvanların hamısı identikləşdirildikdən sonra daşınmalıdır. Bazardan kənara daşınan heyvanlar da müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmalıdır. Bu gün müşahidə etdik ki, Binəqədi heyvan bazarında heç bir biotəhlükəsizlik tədbirlərinə əməl olunmur. Bunun nümunəsində digər bazarlarda da çatışmazlıqlar var. Ümumiyyətlə, bazara heyvanlar müxtəlif təsərrüfatlardan gəlir. Burada arakəsmələr olmalıdır ki, bir təsərrüfatdan gələn heyvanın digəri ilə təması maksimal dərəcədə az olsun. Satış bitdikdən sonra heyvan toplaşdığı yerlər mütləq dezinfeksiya olunmalı, yuyulub təmizlənməli, tullantılar kənarlaşdırılmalı, ümumi dezinfekisya işləri aparılmalıdır. Burada biotəhlükəsizlik tələbləri mütləq gözlənilməlidir. Eyni zamanda, bazarlarda heyvan rifahı tələbləri də yerinə yetirilməlidir-yəni heyvan satışı dövründə su və lazım olduğu halda yemlə təmin edilməlidir. Ümumiyyətlə, bazarların hamısında adi rejimdə dezinfeksiya tələbləri qoyulub. Həmin tələbləri yerinə yetirənlər olsa da, neqativ hallara da rast gəlinir. Alıcıların vəzifəsi ondan ibarətdir ki, bazardan alıb apardığı heyvanın baytarlıq müşayiətedici sənədlərinin olub-olmamasını, heyvanın identikləşməsini araşdırsınlar. Heyvan mütləq identikləşmiş olmalıdır. Heyvan bazardan çıxıb təyinat nöqtəsinə daşınanda da bazardan ona ikinci bir müşayiətedici baytarlıq sənədi verilməlidir. Əks halda həmin şəxslər də inzibati məsuliyyət daşıyırlar”.

O, ət kəsim məntəqələrinin heyvanları haradan ala biləcəyinə dair sualını isə bu cür cavablandırıb: “Bazara gətirilən heyvanlar birbaşa heyvandarlıq təsərrüfatlarına satıla bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə bazarların fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətin məqsədi ondan ibarətdir ki, heyvanların bir yerə toplanmasının qarşısı alınsın. Bir yerə toplanıb, təmasda olub, sonra başqa yerə daşınmaq xəstəlik yayılma riski yaradır. Satıcılar öz heyvanlarını təsərrüfatlardan birbaşa sata bilərlər.

Ümumiyyətlə, fermer təsərrüfatları mümkün qədər qapalı şəraitdə fəaliyyət göstərirlər. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı strukturları tərəfindən fermer təsərrüfatlarındakı heyvanlar arasında peyvəndləmələr aparılır, baytarlıq xidmətləri göstərilir, onların müayinəsi həyata keçirilir. Bir sözlə, təsərrüfatın sağlamlıq vəziyyətinə nəzarət olunur, zərurət yarandıqda xidmət göstərilir”.

Heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması ilə bağlı iddialar şayiədir

Qobustan rayonundan gələn satıcı Tarif Babaverdiyev heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması ilə bağlı iddiaların əsassız olduğunu deyib: “Heyvanlar arasında dabaq xəstəliyi hər il olur. Amma geniş yayılması ilə bağlı məlumatlar şayiədir. Hazırda heyvanlarımızda belə bir xəstəlik yoxdur. Biz bura mal-qara satmağa gətiririk. Xəstəliklə bağlı bazarların fəaliyyətinə məhdudiyyətlər tətbiq olunacaq. Nə zaman məhdudiyyət aradan qalxsa, o zaman gətirib yenə satacağıq. Heyvanları öz həyətimdə saxlayıram, bazarların fəaliyyətə başlayacağı günü gözləyəcəyəm. Ümumiyyətlə biz heyvanları nəinki Bakıda, hətta rayonlarda bazara aparanda da onlar baytar müayinəsindən keçir. Heyvanları alanda da baytarlığın yoxlanışından keçənləri alırıq. Əgər heyvanda xəstəlik aşkarlanarsa, kimsə onu bazara çıxara bilmir. Heyvanları, onların ətini restoranlara və mağazalara verəndə belə onların sağlam olması barədə müvafiq sənədləri təqdim edirik”.

Qeyd edək ki, AQTA-nın regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə müvəqqəti məhdudlaşdırma qərarının icrasını təmin edəcəklər.

Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı oktyabrın 25-dən məhdudlaşdırılır.

Ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri