Icma.az
close
up
RU
Heyvana işgəncə edən azyaşlı… Valideynlər harada səhv edir? VİDEO

Heyvana işgəncə edən azyaşlı… Valideynlər harada səhv edir? VİDEO

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Sosial şəbəkələrdə heyvana qarşı işgəncə edən azyaşlının görüntüləri geniş müzakirələrə səbəb olub. Bakupost.az xəbər verir ki, yayılan videoda uşağın pişiyə yumruq və ayaqqabı ilə zərbələr endirdiyi, ona əziyyət verdiyi əks olunub.

Minlərlə istifadəçi hadisəyə sərt reaksiya verərək bu cür aqressiv davranışların formalaşmasında valideynlərin rolunun böyük olduğunu bildirib və onları kəskin tənqid edib.

Hadisə bir sıra vacib sualları da gündəmə gətirir: uşaqlarda aqressiya necə formalaşır? Valideynlərin fərqinə varmadan etdiyi hansı davranışlar uşaqlarda şiddət meyilliliyinə səbəb olur?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən psixoloq Əyyub Nağıyev bildirib ki, aqressiya digər duyğulardan fərqli olaraq birbaşa yaranmır və onun arxasında müxtəlif səbəblər dayanır:


“Uşaq bəzən qorxu səbəbindən aqressiv davranır. Əgər ailədə valideynlər arasında mütəmadi münaqişələr yaşanırsa, bir müddət sonra uşağın təhlükəsizlik hissi pozulur, onda qorxu yaranır və bu hissin öhdəsindən gəlmək üçün aqressiya ortaya çıxır.

Bundan əlavə, uşaqlar bəzən sevgi, diqqət və qayğıdan məhrum qalırlar. Halbuki bunlar uşaq üçün əsas ehtiyaclardır. Bu ehtiyaclar ödənmədikdə, uşaq özü də fərqinə varmadan aqressivləşir”.

Psixoloqun sözlərinə görə, aqressiyanın səbəblərindən biri də uşağın sosial mühitdə uyğunlaşa bilməməsidir:

“Uşaq bağçada və ya məktəbdə sağlam münasibətlər qura bilmirsə, sosiallaşmaqda çətinlik çəkirsə, bu da onun aqressiv davranışlarına səbəb ola bilər.

Digər tərəfdən, evdə davamlı psixoloji təzyiq də mühüm amildir. Uşağa tez-tez ‘sən düzəlməyəcəksən’ kimi ifadələr demək, onu başqaları ilə müqayisə etmək onun özünü dəyərsiz hiss etməsinə və nəticədə aqressivləşməsinə gətirib çıxarır”.

Ekspert əlavə edib ki, problemin kökündə bəzən valideynlərin öz psixoloji vəziyyəti dayanır:

“Valideynin aqressiv davranışı, yanlış inancları və ya ağır ailə mühitində böyüməsi uşağa birbaşa təsir edir. Bu zaman uşaqda günahkarlıq və utanc hissi formalaşır və o, bu hisslərin öhdəsindən gəlmək üçün aqressiya nümayiş etdirir”.

Beləliklə, mütəxəssislər hesab edir ki, uşaqlarda zorakı davranışların qarşısını almaq üçün ilk növbədə ailədaxili mühit sağlamlaşdırılmalı və uşağın emosional ehtiyacları diqqətdə saxlanılmalıdır.

Lalə, Bakupost.az


" target="_blank">


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Aprel 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri